Yeni il bayramı ərəfəsində Taylandda 200-dən çox insan həlak olub.
ANS PRESS-in məlumatına görə, bu barədə Tayland Hökumətinin rəsmi mənbəsi məlumat yayıb. Rəsmi rəqəmlərə görə, Yeni il ərəfəsində baş verən yol-nəqliyyat hadisələri zamanı 2 mindən çox insan isə yaralanıb.
Baş verən qəzaların 80%-dən çoxu motosikllərin iştirakı ilə baş verib. Bu kateqoriyadan olan yol-nəqliyyat hadisələrin əksəriyyəti ölümlə nəticələnib. 36%-dən çox ölümcül yol-nəqliyyat hadisəsi sərxoş sürücülərin ucbatından baş verib. Təxminən 19,5% ölümcül yol-nəqliyyat hadisəsi isə sürət həddinin aşılmasıyla bağlıdır.
Taylandda yol qəzaları daha çox 30 dekabr və 5 yanvar tarixləri arasındakı 7 gün ərzində baş verir. Son statistikaya görə, bu ölkə avtomobil yollarında baş verən qəzalara görə dünyada ikinci yeri tutur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?