Korrupsiyanın şaxələnən sahələrindən olan Təhsil nazirliyi hələdə öz "işgüzar"lığını davam etdirməkdədir. Mikayıl Cabbarov yeni nazir təyin olunanda cəmiyyət arasında ruh yüksəkliyi yaranmışdı ki, artıq təhsil sahəsində hər şey öz qaydasına düşəcək, rüşvət və korrupsiya yığışdırılacaq. Ancaq hər şey deyilənlərin əksinə oldu. Yuxarıda deyilənlərə əsas verən faktlardan bir neçəsini gundemxeber.az olaraq oxucularımızın diqqətinə çatdırmaq istərdik. Məlumunuz olsun ki, bir neçə il bundan öncə Azərbaycan Beynəlxalq Univerisiteti (ABU) bağlansada Təhsil Nazirliyinin vəzifəli şəxsi olan İlyar Vahabov həmin, bağlanmış univerisitetin diplomlarını köhnə tarixlərlə satışa çıxarıb və bundan əlavə redaksiyamıza digər faktlarda daxil olub. Belə ki, bir dəfədə olsun sərhəd keçməyən adamları Rusiyanın Univerisitetlərinə qəbul etdirib saxta köçürmələr edirlər. Bu işlərin peşəkarı olan İlyar Vahabov nazirə çıxışını, müavin postunu tutan Ceyhun Bayramovun vasitəsi ilə həyata keçirir. Vahabovun əsas, özünə məxsus şüarlarından biri odur ki, nə olursa, olsun. Təki pul olsun. Prinsipi ilə yanaşması təhsilimizin belini qırmaqdan başqa bir şey deyil. Yazıda adları çəkilən şəxslərində, qarşı tərəf olaraq mövqelərini dərc etməyə hazırıq. Növbəti yazımızda yeni faktlarla çıxış edəcəyik. Bizi izləyin.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?