GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Qərbdən hakimiyyətə sərt ittihamlar

Qərbdən hakimiyyətə sərt ittihamlar

Tarix: 1-02-2013, 11:05 Bölmə :Manşet Baxış: 703
Qərbdən hakimiyyətə sərt ittihamlar

Human Rights Watch-ın hesabatında Azərbaycan demokratiyasının portreti çəkildi

“Azərbaycan insan hüquqlarının kobud şəkildə pozulduğu zona olaraq qalıb”

“Hakimiyyət siyasi qisas aləti kimi həbslərdən istifadə edib və dinc nümayişləri zorla dağıdıb”

“İşgəncə və pis rəftar cəzasızlıq mühitində davam etməkdədir”


Human Rights Watch təşkilatı 2012-ci ildə dünyada insan hüquqlarının vəziyyəti haqqında illik hesabatını açıqlayıb. Azərbaycana həsr edilmiş hissədə deyilir ki, siyasi fəallar, müstəqil və müxalif jurnalistlər üçün mühit açıq-əşkar ədavətli olub. Hakimiyyət siyasi qisas aləti kimi həbslərdən istifadə edib və dinc nümayişləri zorla dağıdıb. Hesabatda blogerlərin və jurnalistlərin: Bəxtiyar Hacıyev, Əvəz Zeynallı, Anar Bayramlı, Zaur Quliyev və Vüqar Qonaqovun, Hilal Məmmədov, İdrak Abbasov, Xədicə İsmayılova və digərlərinin işlərinə də toxunulur. Müxalif “Azadlıq” qəzetinin yüksək məhkəmə cərimələri ilə sıxışdırılmasından danışılır.
Hökumət toplaşmaq azadlığını məhdudlaşdıraraq, dinc etirazları dağıdıb, bəzən isə bunun üçün güc tətbiq edib, iştirakçıları həbs edib. Mayda “Eurovision” müsabiqəsi ərəfəsində və müsabiqə zamanı polis Bakının mərkəzində bir neçə aksiyanı dağıdıb. Onlarla dinc nümayişçi döyülərək, avtobuslara doldurulub. Bir neçə saat sonra nümayişçilər azad olunub.
Noyabrda parlament icazəsiz etirazların təşkilinə və onlarda iştiraka görə sanksiyaları sərtləşdirərək, müvafiq olaraq 3 min manat və 1 min manat məbləğində cərimələr tətbiq edib. Siyasi motivli ittihamlarla azadlıqdan məhrumetmə problemi qalmaqdadır. Avropa Şurası Parlament Assambleyasının komitələrindən birinin iyun (2012) məruzəsində Azərbaycanda 89 siyasi məhbus olması haqqında məlumat yer alıb. Bu məruzə yayılmazdan bilavasitə əvvəl 9 nəfər prezidentin əvf fərmanı ilə azad edilib.
İşgəncə və pis rəftar cəzasızlıq mühitində davam etməkdədir. 2012-ci ildə saxlanma məntəqələrində 2 adam ölmüşdür. Həbsxanalarda müstəqil olaraq monitorinq aparan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin verdiyi məlumata görə 2012-ci ilin ilk səkkiz ayında həbsxanalarda pis rəftar iddiası ilə bağlı təşkilata 136 şikayət ərizəsi daxil olub.
2008-ci ildən başlayaraq paytaxt Bakı şəhərinin yenidən qurulması ilə bağlı geniş proqramın icrasına başlamışdır. Bu proqramın icrası donəmində, hokumət yuzlərlə mülkü, xususilə orta sinfin məskunlaşdığı ərazilərdəki bina və evləri qanunsuz olaraq məcburi şəkildə ozgəninkiləşdirərək, o ərazilərdə parklar, yollar, ticarət mərkəzi və təmtəraqlı yaşayış binaları tikmək məqsədiylə ucurmuşdur. Evlərindən məcburi olaraq çıxarılan insanların aldıqları kompensasiya bir çox hallarda mövcud bazar qiymətindən çox aşağı olmuşdur. 2012-cidə Eurovison Musiqi Yarışmasının keçirilməsi üçün aparılan tikinti işləri sürətləndirilməsi yüzlərlə mülk sahibinə ziyan vurmuşdur.
Din azadlığının hökumət tərəfindən məhdudlaşdırılması 2012-ci ildə də davam edib. 2011-ci ilin dekabr ayında qanunvericiliyə edilən dəyişikliklər prezident tərəfindən imzalanıb. Bu dəyişikliklərə əsasən dövlət tərəfindən təsdiq edilməyən dini ədəbiyyatların qanunsuz nəşri, paylanması və idaxalı cinayət tərkibi daşıyır. Bu dəyişikliklərə qədər isə belə hallar inzibati xəta kateqoriyasına aid edilirdi.
Cinayət Məcəlləsinin yeni maddəsinə görə dini ayinlərin icrası adı altında ictimai asayişi pozan qrup yaratmaq qanuna uyğun olaraq cəzalandırılacaq. Dini azadlıqların monitorinqi ilə beynəlxalq səviyyədə məşğul olan müstəqil Forum 18 adlı təşkilatın bildirdiyinə görə polis bir neçə evə daxil olaraq dini məsələlərlə bağlı reydlər aparıb.
Ölkənin cənubunda baş verən daşqınlardan ziyan çəkmiş insanların hüquqlarını qoruduqlarına görə Kür vətəndaş cəmiyyəti təşkilatının fəalı olan iki hüquq müdafiəçisi polis tərəfindən həbs olunub. 2012-ci ilin aprel ayında təşkilatın kordinatoru Oqtay Güləliyev xuliqanlıq ittihamı ilə həbs edilib. İyun ayında Güləliyev azad edilsə də cinayət təqibi hələ onun üzərindən götürülməyib. İyun ayında təşkilatın digər fəalı İlham Əmiraslanov həbs olunub. Sentyabr ayında məhkəmə Əmiraslanova qarşı sürülən qanunsuz silah saxlama adlı saxta ittiham əsasında onu 2 il azadlıqdan məhrum edib. Güləliyevin saxlanıldığı müddətdə pis rəftara məruz qalması haqda iddialar ümumiyyətlə araşdırılmayıb. Prokurorluq Əmiraslanovun iddia etdiyi pis rəftar faktlarıyla bağlı ilkin sorğusunu isə araşdırmaqdan imtina edib.
Göyçay rayonundan olan hüquq müdafiəçisi və bloqqer Taleh Xasməmmədov aprel ayında xuliqanlıq və dövlət məmuruna qarşı zorakılıq etmək maddəsi ilə 4 il azadlıqdan məhrum edilib. Xasməmmədov yerli hüquq mühafizə orqanları əməkdaşlarının daxil olduğu korrupsiya və hüquq pozuntuları iddiaları ilə bağlı aparırdığı araşdırmaları ilə tanınırdı.
Göyçaydan olan digər hüquq müdafiəçisi Vidadi İsgəndərov parlament seçkisiniə müdaxilə etmək adlı saxta ittihamla günahlandırılaraq 2011-ci ilin avqust ayında azadlıqdan məhrum edilib və hələ də dəmir barmaqlıqlar arxasındadır.
2011-ci ilin mart ayında Ədliyyə Naziriliyi tərəfindən qeydiyyatına xitam verilən Beynəlxalq İnsan Hüquqları Evi şəbəkəsinin üzvü olan Azərbaycan İnsan Hüquqları Evi hələ də bağlı olaraq qalır.
Avropa İttifaqi, Amerika Birləsmiş Ştatları və digər beynəlxalq və regional institutlar və tərəfdaşlar insan hüquqlarının durumuna görə Azərbaycanı tənqid etsələr də, hüquq pozuntuları ilə bağlı vəziyyətin konkret yaxşılaşdırılması məqsədi ilə siyasi təzyiq tətbiq etməyiblər və Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqələrini insan haqlarını yaxşılaşdırılması üçün şərtləndirə bilməyiblər.
Bir çox xarici ölkələrin hökumətləri və beynəlxalq təşkilatlar Macarıstandan Azərbaycana ömürlük cəzasının qalan hissəsini çəkmək üçün ekstradisiya edilən hərbçi Ramil Səfərovu əfv etdiyinə görə Prezident İlham Əliyevi tənqid ediblər. 2004-cü ildə Macarıstan məhkəməsi NATO-nun dəstəyi ilə Budapeşt şəhərində keçirilən bir treyninq zamanı öz erməni həmkarını qətlə yetirən Səfərovu azadlıqdan məhrum edib. Törətdiyi cinayəti etiraf edən Səfərov bildirmişdir ki, bu qətli törətməsinə onun qurbanının etnik kimliyi səbəb olub.
Avropa İttifaqı, Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı və Amerikanın Bakıdakı səfirliyi jurnalist İdrak Abbasova qarşı törədilmiş hücumu tənqid edərək, Azərbaycan hökumətinə müraciət edərək bu hücumla bağlı çevik və hərtərəfli istintaq aparmağa çağırsa da, heç bir nəticəsi olmayıb.
May ayında açıqlanan Yeni Qonşuluq Siyasəti hesabatında, Avropa Birliyi seçki prosesi üzrə, insan hüquqlarının müdafiəsi sahəsində və məhkəmələrin müstəqillyi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini xüsusi vurğulayıb. Bu hesabatda ilk dəfə olaraq hökumət rəsmilərinə ünvanlanan konkret tövsiyyələr də yer alıb.
Eurovision Musiqi Yarışmasının keçirilməsinə nəzarət edən Avropa Yayım Birliyi (AYB) Azərbaycanda söz azadlığının yaxşılaşdırmaqla bağlı açıq şəkildə öhdəlik götürsə də, ortaya ciddi prinsipial mövqe qoymaqdan imtina edib. AYB həmçinin Eurovision Musiqi Yarışması ilə əlaqədar aparılan tikinti-infrastruktur işləri ilə əlaqədar evləri uçurulan ev sahiblərinə müvafiq uyğun kompensasiyaların verilməsini Azərbaycan hökümətindən tələb etməkdən də imtina edib.
İyun ayının 26-da da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsi mühüm bir səsvermə ilə Azərbaycanda siyasi məhbuslar haqqında hesabatı qəbul edib. Azərbaycan hökuməti komitənin siyasi məhbuslar üzrə təyin olunmuş məruzəçisi ilə əməkdaşlıqdan imtina edərək onun Azərbaycana gəlməsini əngəlləyibr.
2012-ci ilin mart ayında BMT-nin Uşaq Hüquqları Komitəsi yuvenal ədliyyə sisteminində çatışmazlıqlara və ailəsiz uşaqların təkmilləşdirilməsi üçün alternativlərin olmamasına görə Azərbaycanı tənqid edib.
“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Human Rights Watch”dan Azərbaycanla bağlı sərt- Hesabat

    “Human Rights Watch”dan Azərbaycanla bağlı sərt- ...

    14-05-2014, 15:06

  • 
  • "Human Rights Watch"dan Azərbaycanla bağlı 100 səhifəlik hesabat -ŞOK TƏNQİD/VİDEO

    "Human Rights Watch"dan Azərbaycanla ...

    2-09-2013, 13:27

  • 
  • "Human Rights Watch"un nümayəndəsi Bakı aeroportunda saxlandı

    "Human Rights Watch"un nümayəndəsi Bakı ...

    31-03-2015, 20:31

  • 
  • Xədicə İsmayılova ilə bağlı prezidentə məktub yazılıb

    Xədicə İsmayılova ilə bağlı prezidentə məktub ...

    14-08-2013, 23:24

  • 
  • Xədicəyə daha bir nüfuzlu mükafat!

    Xədicəyə daha bir nüfuzlu mükafat! ...

    12-11-2015, 18:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu