Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Hafta.az-a açıqlamasında keçmiş nidaçı Elsəvər Mürsəllinin onun haqqında sosial şəbəkədə söylədiyi fikirlərə münasibət bildirib. H.Hacıyev söyləyib ki, E.Mürsəlliyə sadəcə yardım etmək istəyib:
“O, sadəcə 20 yaşlı bir uşaqdır. Ona siyasi müstəvidə cavab verməyi özümə yaraşdırmıram. Nidaçıdır, türmədə qalıb, görünür ağlında problem var. Məndən xahiş etdi ki, bir neçə məsələlərlə bağlı ona məsləhət verim. Mən də buna görə onunla görüşdüm. Ona bildirdim ki, əgər siyasətlə ciddi məşğul olmaq istəyirsənsə, bizim partiyada sənin üçün daha yaxşı şərait ola bilər. Məsələn, Yeni Azərbaycan Partiyasında üzvlərin sayı çoxdur. Hər halda bizim də partiyanın əsas məqsədi dövlətçiliyimizə xidmət etməkdir. Uşaqdır da, görünür kimsə ona təsir edib. 20 yaşlı uşağa bənd olmaq olmaz. Hər halda o da bizim övladımızdır. Çalışıb, ağıllandırmalıyıq. Nidaya qoşulmuşdu türməyə düşdü, bir az ağıllandı. İndi görünür kimsə ona yenidən təsir edib”.
Qeyd edək ki, E.Mürsəlli bildirib ki, Hafiz Hacıyevlə əməkdaşlıq etməyi düşünüb. Lakin sonradan hesab edib ki, H.Hacıyevin cəmiyyətdə nüfuzu zəifdir. Buna görə də onunla əməkdaşlıq etmək fikrindən daşınıb. E.Mürsəlli həmçinin qeyd edib ki, H.Hacıyev onu Müasir Müsavat Partiyasına dəvət etdiyi üçün onunla əməkdaşlıqdan birdəfəlik imtina edib.
Sorğu
Yeni dizaynımız necədir?