Bunu Simsar.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Bakı merinin ittihamlarına cavab verərkən deyib.
Abutalıbov Hacıbalanın birbaşa həbs edilməli olduğunu deyən partiya sədri bildirib ki, Bakı meri Azərbaycanı yeyib-talayıb: “Binaların üzlükləri vurulanda onun gözü kor idimi? Şəxsən o, bizim partiyanın qərərgahı yerləşən binanın uzlüyü vurulanda gəlib dayanıb, baxırdı. Məsuliyyəti niyə boynundan atır bu adam? Oğlu “vəhhabi”lərə qoşuldu, məsuliyyəti boynundan atdı. Bu gün Azərbaycanı yandırır, özünü xəbərsiz kimi göstərir. Özünü qoyub kloun yerinə. Prezidentin yanında özünü yaxşı oğlan kimi göstərir. Prezident də onun kim olduğunu yaxşı bilir”.
“Hacıbala bütün pulları yığır, oğlunun vasitəsi ilə “vəhhabi”lərə yedizdirir. Çünki o, ağılsız və sarsaq adamdır. Azərbaycan prezidenti gərək təcili onu həbs etsin. Ona görə ki, bütün qanunsuz tikintilərin pulunu o yeyib. Bu birmənalı şəkildə belədir. Onun Azərbaycan xalqından yediyi pullar milyardlarla hesablanır”, -deyə H.Hacıyev bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?