Hüquq müdafiəçisi Rəsul Cəfərovun ilkin məhkəmə hazırlıq iclası keçirilib.
Bu barədə musavat.com-a "Yeni Müsavat"ın əməkdaşı Cavanşir Abbaslı xəbər verib.
Onun sözlərinə görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Məhkəmə önünə çoxlu sayda insan toplaşıb. Ölkəmizin bir sıra tanınmış simaları hüquq müdafiəçisinə dəstək olmaq üçün prosesin keçiriləcəyi binanın qarşısına toplanıblar. Xarici təşkilat və səfirliklərin nümayəndələri də prosesi müşahidə etmək üçün məhkəmə binasının önünə gəliblər.
Əməkdaşımızın verdiyi məlumata görə, Rəsul Cəfərovun məhkəməsi başa çatıb. Onun heç bir vəsatəti təmin olunmayıb. Hüquq müdafiəçisinin vəkillərinin onu ev dustaqlığığa buraxmaq və barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi vəsatəti də rədd edilib.
Məhkəmədə iştirak edən və zərərçəkmişlər kimi tanınmış şəxslər - reper Anar Cəbiyev (Nağılbaz) və Əhməd Heybətov vəkilin vəsatətlərinin təmin olunmasını istəyiblər. Onlar R.Cəfərovun günahsız olduğunu deyiblər.
Növbəti məhkəmə prosesi ayın 27-də 10:30-da olacaq.
Sorğu
Yeni dizaynımız necədir?