Vəkillərin bir neçəsi gecikdiyi üçün proses saat 10.26-da başlayıb. Məhkəmədə "İsmayıllı Elşən" ifadə verib. Daha sonra hakim "Azadlıq" qəzetinin əməkdaşı Seymur Həzini zaldan çıxarıb. O, qərarını onunla əsaslandırıb ki, jurnalist prosesi pozur. Bu üzdən məhkəmədə qısa fasilə yaranıb. Hazırda məhkəmə dinləmələri bərpa olunub.
*** 11.55
Musavat.com-un əməkdaşı xəbər verir ki, əvvəlki məhkəmə iclaslarında olduğu kimi, bu dəfə də məhkəmə binasına yaxınlaşmaqda əngəllələr var. Məhkəməyə gələnlərin binaya yaxınlaşmaması üçün polis əməkdaşları yolu bağlayıblar.
***
11.44
Bu gün Şəki rayon Məhkəməsində "İsmayıllı işi" üzrə mühakimə olunan şəxslərin, o cümlədən Müsavat Partiyasının başqanı Tofiq Yaqublunun və "Real" təşkilatının sədri İlqar Məmmədovun məhkəməsi başlayıb.
Əməkdaşımızın verdiyi xəbərə görə, şübhəli şəxs qismində saxlanılan və mühakimə olunan şəxslərin yaxınları məhkəmə binasının önünə toplaşıblar.
Xatırladaq ki, müttəhimlər ötən ilin 23 yanvarında İsmayıllıda yanğınla müşayiət olunan iğtişaşın törədilməsində təqsirləndirilirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?