Nazirin hiyləgər oyunu; “Aztelekom”la BTRİB-i birləşdirir, iki baş direktorun xəyalı alt-üst oldu, nazirliyin “qara kassası” nəhəng quruma rəhbər gətirilir
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun son kollegiya iclasında, nazirliyin tabelyində olan iki mühim qurumun rəhbərlərinə xəbərdarlıq etməsi təsadüfi deyil. Nazir bununla da yaxın aylarda həyata keçiriləcək islahatların anonsunu verməklə bərabər, həm də “ayaqları yorğanından uzun” olan iki vəzifəli şəxsin yersiz iddiaya düşmələrindən məlumatlı olmasını və onları qarşıda yaşanacaq proseslərə psixoloji cəhətdən də hazırlamaq niyyətini göstərmiş oldu.
Bu barədə “Gündəmxəbər” qəzetinə daxil olan məlumata əsasən, nazirin Məhəmməd Məmmədovun baş direktoru olduğu "Aztelekom”la, Beytulla Hüseynovun rəhbərlik etdiyi Bakı Telefon Rabitə İstehsalat Birliyinin fəaliyyətində rüşvət və korrpsiya olmasını açıq deməsi də, yuxarıda deyilənləri və qarşıda çox ciddi dəyişikliklərin olacağı fikrini qüvvətləndirir .
Beytulla Hüseynov, yoxsa Məhəmməd Məmmədov?
Bizi məlumatlandıran mənbənin sözlərinə görə, hər iki məmur əslən Naxçıvanlı olsa da, bir-birlərinə qarşı həddən artıq soyuq münasibətdədirlər. Baxmayaraq ki, nazirliyin iclaslarında bir-birlərinə əl verib, salamlaşırlar:
“ Ancaq rabitədə kiçikdən böyüyə qədər hamı bilir ki, B.Hüseynov BTRİB-in baş direktoru olandan sonra, onun daha da yüksələcəyi xofu bəzi iddialı rabitəçilərlə yanaşı, Məhəmməd Məmmdəovun da qorxulu röyasına çevrilib. Bunu hətta son iki il ərzində “Aztelekom”la BTRİB-in birləşdirilməsi üzrə konkret layihələrin hazırlanması istiqamətinə aparılan işlərdən sonra, onun rəhbər təyin ediləcəyini uca səslə deyənlər də var. Lakin B.Hüseynov və onun tərəfdarları uzun illərin rabitəçisi və saraydaxili oyunlarda ustalaşan Məhəmməd Məmmədovun imkanlarını və “çevik qərar” vermək bacarağını düzgün qiymətləndirə bilmədilər. Bəli, M.Məmmədov kürəyini təkcə YAP-a və onun Milli Məclisdə təmsil olunan deputatlarına söykəməyib. Vaxtı ilə BTRİB-ə uzun illər rəhbərlik etmiş M.Məmmədov, əsas rəqibini sıradan çıxarmaq üçün başqa vasitələrdən də yararlandı. Və budur, o, artıq güc strukturlarının birinin rəhbəri ilə qohumluğuna arxayın olub, Beytulla Hüseynovun üzərində ciddi ölçüdə qalibdir. Ancaq bu o demək deyil ki, bu qalibiyyət Məhəmməd Məmmədovu birləşdiriləcək və Açıq Cəhmdar Cəmiyyət (ASC) statusunda təqdim ediləcək nəhəng qurumun rəhbəri postuna aparacaq. Nazirin son və özü də gözlənilməz sərt xəbərdarlığı belə düşünməyə əsas verir”.
Nazirin seçimi kimdən yan keçəcək?
Mənbə deyir ki, nazir Əli Abbasov sonillər bu iki “ağırçəkili məmur”un daxili çəkişməsinə akademik baxış sərgiləyib:
“Nazirlikdəki bütün “qara işləri” aparat rəhbəri Vidadi Zeynalova həvalə edən, özü isə xarakterinə uyğun olaraq, sakit və mədəni davranışları ilə seçilən nazir Əli Abbasov, Məhəmməd Məmmədov-Beytulla Hüseynov çəkişməsində həqiqətən tərəf tutmadı. Daha dəqiqi, nazir çox “incə hesab”lar yaparaq, öz oyununu oynadı. Yəni o, bu iki adamın nə yersiz intiriqa aparmasına müdaxilə etdi, nə də onların hər hansı birinə ümid verdi. Sanki “gedin, vuruşun, gücünüzü göstərin, amma unutmayın, qərarı nə siz, nə arxanızda duranlar deyil, mən verəcəyəm” demək istəsə də, bunlar anlamadı. Həssas məsələlərdə bir-birlərindən şübhələnir, az qala bir-birləri haqda mətbuata kompromat ötürməyə hazır olan M.Məmmədovla B.Hüseynovun ağlına da gəlməzdi ki, nazirin tamam başqa planı var. O isə, bunlar tərəzinin bir gözündə ağırlıq qazanacağı halda, birləşdirilmiş nəhəng maliyyə pramidasına rəhbərlik edəcəklərini xəyal edirdilər. Ancaq nazir Əli Abbasov son kollegiya iclasına qədər xəyal dünyasında yaşayan bu məmurlara vurduğu “tərs şapalaqla”, onları qəflət yuxusundan oyatdı. Nazir açıq şəkildə “hər ikiniz korrupsiya ilə məşğulsunuz” deməklə yetmədi, onları publika önündə Baş Prokurorluq yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi ilə də hədələməyin anonsunu verdi.
Nazir xəbərdarlığını belə tamamladı: "Hansısa şirkətlər "Aztelekom” və BTRİB -in rəhbərliyi tərəfindən dəstəklənir. Hansısa maraqlara görə, bu şirkətlərə daha çox imkanlar yaradılır. O birisilərinə isə yaradılmır. Bilmirəm. Mən sizə axırıncı dəfə deyirəm, bu korrupsiya elementidir. Burada özgətirəlik olmamalıdır. Bu cür faktların araşdırılması üçün audit komissiyası yaradılır. Komissiya həmin qurumların əhali ilə apardığı danışıqları qeydə alacaq. Bunun əsasında vətəndaşlar tərəfindən daxil olan şikayətlər araşdırılacaq”.
Doğrudur, bu xəbərdarlıqdan 10 günə yaxın vaxt ötür və hər iki baş direktora qarşı addımın atılmaması, hər hansı komissiyanın yaradılmaması, bəzilərinin fərqli nəticə çıxarmasına da əsas verib. Bəziləri nazirin hər iki şəxsə eyni anda “barmaq silkələməsi”ni, gündəlik iş rejimi və şou xarakterli olduğunu qabardırlar. Əsla belə deyil! Bu, nazirin yuxarıda qeyd etdiyim müdhiş planı üzərində indidən rəy yaratmaqla bərabər, həm də M.Məmmədovla B.Hüseynovun hakim dairələrlə əlaqələrindən istifadə edərək, ona “ayaqbağı” olmasının qarşısını almağa hesablanıb. Yəni nazir onlara dolayası ilə “Baxın, hər şeyi bilirəm və yeri gəlsə nazir kimi prokurorluğa müraciət edib, sizi çıxılmaz yola çəkərəm” mesajini vermiş oldu. Burada söhbət əslində ondan gedir ki, nazir bunlara belə xəbərdarlıq etməklə, daha yüksək posta layiq olmadıqılarını həm özlərinə, həm hakim zümrələrə və ən əsası isə cəmiyyətə çatdırmış oldu. “Komissiya yaradılacaq” ultimatimu da, bu prosesə hesablanıb. Düzdür, M.Məmmədovla B.Hüseynovun bundan nəticə çıxaracaqlarını da düşünmürəm. Hətta, nazirin də bu qədər dərinə gedəcəyi, yəni onları prokurorluğa verəcəyi şübhəlidir. Ancaq proseslərin məcrasına uyğun olaraq, nazirin komissiya yaradıb, hər iki şəxsin fəaliyyətini kompromat halına gətirə biləcəyi gözləniləndir.
Nazirin planı nədir?
Nazirin planı haqda isə, onun ətrafında olan ən etibarlı 3 adamdan biri tərəfindən danışılanlar işıq sala bilər. Bu danışılanlara istinad edən mənbəmiz deyir ki, Əli Abbasov yaxın aylarda təkcə “Azərpoçt”un simasında kredit tranşlarının pilot layihəsini genişləndirməyəcək, o, “Aztelekom”la BTRİB-i birləşdirməklə nəhəng rabitə müəsissəsinin yaradılması ilə də bağlı planlarını həyata keçirəcək.
“Gündəmxəbər”i məlumatlandıran mənbə deyir ki, nazir nazirliyin “onurğa sütunu funksiyasını daşıyacaq və başqa sözlə desək, nazirlik içində nazirlik kimi fəaliyyət göstərəcək yeni qurumun rəhbəri postuna, nazirliyin aparat rəhbəri və eyni zamanda, “qara kassası” sayılan Vidadi Zeynalovu gətirəcək:
“Bəlkə də bu sizə və elə əksər rabitəçilərə təəccüblü gələcək. Amma faktiki nazirin planı belədir. Maraqlı görünsə də, bu həm də Vidadi Zeynalovun istəyidir. Bəli, artıq Vidadi Zeynalovun nazirlik içində nazirlik sayılacaq və illik dövriyyəsi milyard manatı aşacaq, nəhəng quruma rəhbər təyin edilməsi böyük ölçüdə hakim dairələrlə də razılaşdırılıb. Əli Abbasovun onu seçməsi isə, nəhəng rabitə müəssisəsində nəhəng maliyyəyə birbaşa nəzarət etmək məqsədi daşıyır...”.
Bizi məlumatlandıran informasiyalı qaynaq, bu prosesdə yaşanan digər maraqlı olaylardan da danışıb. Eyni zamanda Əli Abbasovun "Aztelekom"un baş direktoru Məhəmməd Məmmədov, BTRİB-in rəhbəri Beytulla Hüseynov, “Azərpoçt”un baş direktoru Qənbər Bəybalayev, hətta bir neçə yaxın qohumu ilə bağlı müdhiş planlarından da məlumat verib. Bununla bağlı növbəti saylarımızı izləyin.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?