Hakimiyyətiçi qara qüvvələr yenidən aktiv fəaliyyətə start verib
«Azərbaycanın tanınmış çox nüfuzlu iki müxalifət adamı qarşıdan gələn prezident seçkilərində məhz iqtidar daxilindəki təxribatçı qüvvələrin əlinə oynamaları üçün təlimat alıblar». Bu şok məlumatı Nazirlər Kabinetindəki qaynağımız ötürüb. Mənbə xatırladır ki, zaman-zaman həmin qüvvələr ölkədə qarşıqlıq salmağa çalışıblar: «Onlar özlərini həm də «qara piar» ustaları adlandırırlar və ən acınacaqlısı odur ki, əsas hədəfləri məhz müxalifət liderlərinə, ayrı-ayrı müxalifətçilərə qarşı qara piardan istifadə ediblər və zaman-zaman apardıqları siyasət nəticəsində müxalifətdə özlərinə böyük dayaqlar formalaşdırıblar ki, indi də həmin dayaqlarını yeni siyasi situasiyaya uyğun şəkildə təlimatlandırırlar». Təlimat alan müxalifətçilərin nələri edə biləcəklərinə gəlincə isə mənbəmiz bildirdi ki, artıq bu yöndə ciddi fəaliyyət müşahidə olunur: «Diqqət yetirsəniz, hər şeyi görəcəksiniz. Çünki artıq gizli heç nə qalmayıb. Fəal şəkildə öz patronlarının maraqlarına oynayırlar. Bunun müqabilində isə böyük həcmdə sərvət əldə edirlər. Lakin bütün bu oyunların isə prezident əvə onun hakimiyyətinə heç bir faydası yoxdur. Faydalananı yalnız hansısa qruplaşmalar, zərər görəni isə illərdir mübarizə aparan müxalifətçilər, narazı camaat və həmçinin həmin qara qüvvələrin hədəfində olan əks cinahdakı iqtidariçi güc mərkəzləridir». Hər zaman qara qüvvələrin özlərini hakimiyyətə faydalı kimi hiss etdirməyə çalışdığını bildirən mənbəmiz onu da vurğuladı ki, bu işdə müxalifət düşərgəsinin «xidmətlərindən» gen-bol istifadə olunub: «Süni şəkildə yaradılan düşmən obrazı hər zaman onların işinə yarayır ki, bu da hakimiyyəti öz daxilindəki gerçək problemlərin həllindən uzaq salır». Azər
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?