Bölgə qruplaşmasına aid çox nüfuzlu simalar bir araya gəliblər
Hakimiyyət daxilindəki gərginlik davam edir. Vəziyyət elə bir mərhələyə yetişib ki, artıq iqtidariçi güc mərkəzləri bir-birilərinə qarşı kompromat savaşını daha da gücləndiriblər. Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, bu günlərdə iqtidardaxili güclər arasında xüsusi olaraq diqqətə gələn Naxçıvan qruplaşmasına aid çox nüfuzlu simalar bir araya gəliblər. Mənbənin söylədikləri: «Həmin tədbir çox ciddi çevrələrin diqqət mərkəzində olub və hətta Naxçıvan MR rəhbərliyi də dəstəkləyib. Tədbirdə bir sıra qərarlar verilib. Əsas qərar isə hakimiyyətiçi Rusiyapərəst qanadın Naxçıvan klanını parçalanma cəhdlərilə bağlı olub». Hökumət içindən bu məlumatı ötürən mənbəmiz iddia edir ki, son zamanlar Naxçıvan qruplaşmasının PA-dakı dayaqlarına qarşı hərəkətlənmə var: «Onların nəzarət altına alınması, onların və onlara yaxın şəxslərin fəaliyyəti barədə məlumatların toplanılması üçün Mehdiyev özünə yaxın dairələrə, şəxslərə təlimat verib. Və bu təlimatla yanaşı, Naxçıvan klanının parçalanması da prioritet məsələ kimi dayandığından ayrı-ayrı şəxslərlə danışıqlar da həyata keçirilir». Məhz bu səbəbdən Naxçıvan qruplaşmasının toplandığını bildirən mənbəmiz bildirdi ki, toplantı zamanı ciddi qərarları da verilib: «Bu qərarın təzahürləri yaxın günlərdə ortaya çıxacaq».
Sorğu
Yeni dizaynımız necədir?