GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Qurmaq asandır, qorumaq çətin...

Qurmaq asandır, qorumaq çətin...

Tarix: 8-02-2015, 01:23 Bölmə :Manşet Baxış: 0
Qurmaq asandır, qorumaq çətin...

Cəmiyyətimizin əsasını təşkil edən ailə institutu təhlükə qarşısında

Ailə - müasir cəmiyyətin əsasıdır. Sivil cəmiyyətin formalaşması yeni ailənin hansı təməl üzərində qurulmasından birbaşa asılıdır. Sağlam təfəkkürlü ailənin qurulması, həm də dövlətin gələcək inkişafını, mədəniyyətini, iqtisadiyyatını, hərbi qüdrətini, bir sözlə, onun inkişafı üçün lazım olan bütün zəruri amilləri özündə cəmləşdirir.
Bəs bu gün Azərbaycan cəmiyyətinin təməli olan Azərbaycan ailəsi hansı problemləri yaşayır? Dünyada gedən sürətli inkişaf, mədəniyyətlərin bir-birinə inteqrasiyası prosesini sürətləndirdiyi bir dövrdə əsrlərlə toplanmış mənəvi-əxlaqi dəyərlər bazasını itirmək təhlükəsilə üzləşmiş Azərbaycan ailəsi vəziyyətdən necə çıxmalıdır? Bu suallara cavab vermək üçün gərək problemlərin yaranma səbəbləri və bu səbəblərə gətirən amillər diqqətlə nəzərdən keçirilməlidir. Söhbət ailə və cəmiyyətin ümumi problemlərindən gedirsə, sözsüz, bu kiçik bir yazının mövzusu deyil. Ona görə də biz bu mövzuya ötəri və səthi toxunmaqla bir sıra məqamlara aydınlıq gətirməyə çalışacağıq.

Fərdin şəxsiyyətə çevrilmək problemi

Zərrəcik maddənin bir elementi olduğu kimi, fərd də cəmiyyətin elementidir. Cəmiyyət, ayrı-ayrı fərdlərin cəmindən təşkil olunur. Bu baxımdan cəmiyyətin necə olması fərdlərdən birbaşa asılıdır.
İnsan doğulduğu andan ətraf mühitin təsiri ilə qarşılaşır. Əvvəl ailəni, sonra isə cəmiyyətin “uşağı” olur. Anormal mühitlərdə yetişən fərdin normal şəxsiyyətə çevrilməsi çox çətin məsələdir. Çünki hər kəsin qismətinə Dostoyevski olmaq düşmür...
Anormal mühitin təsirinə düşmüş fərdlərin psixoloji geriləməsi xüsusi nəzarət proqramı ilə nizamlanmadıqca, onlarda laqeydlik, unutqanlıq, etinatsızlıq və s. kimi mənəvi xəstəliklərin meydana çıxmasına səbəb olur. Belə mənəvi xəstəliklər nəhayətdə manqurtlaşmaya gətirib çıxarır ki, bu da cəmiyyəti fəlakətə sürükləyir. Beləliklə, fərd, cəmiyyət üçün dəyərli şəxsiyyətə çevrilə bilmir. Şəxsiyyətə çevrilə bilməyən fərd isə hansı ictimai sferada olmasından asılı olmayaraq, öz ailəsini millətçilik, vətənpərvərlik ruhunda, dünyaya açıq gözlə baxmağa hazırlamağı bacarmır.
Bu reallıqları nəzərə almaqla belə bir qənaətə gəlmək olar ki, bugünkü Azərbaycan insanının öhdəsinə düşən ən vacib vəzifələrdən biri öz milli dəyərlərinə söykənərək, mənəviyyatına, əxlaqına müsbət nə isə qazandırmaqdır.
Fərdin şəxsiyyət çevrilməsində təhsil faktoru mühüm əhəmiyyət kəsb edir. Hazırda ölkəmizdə təhsilin real vəziyyətini dəyərləndirməyi bacaran istənilən şəxs, fərdin şəxsiyyətə çevrilə bilməsi üçün hansı şəraitin olduğunu aydın görməlidir.

Rüşvət və maddi maraq - təhlükəli viruslar

Əgər bu gün fərd (qadın və ya kişi) maddi imkanlar baxımından və yaxınlarının rütbəsini əsas götürməklə ailə qurmağa çalışırsa, sağlam cəmiyyət quruculuğundan danışmağa dəyməz. Belə bir mühitdə dünyaya göz açmış fərd hələ kiçik yaşlarından yanlış yola istiqamətlənir. Bir qədər sonra o, başqa ziddiyyətlərlə rastlaşır. Misal üçün, fərd, ibtidai təhsil alarkən tədris müəssisəsində rüşvətə ikrah ruhunda tərbiyə olunursa və öz müəlliminin dilindən ruşvətxorluq barədə şikayətlər eşidirsə, yaxud ali məktəbdə dərs deyən ziyalı alim əsərlərinin gizli surətdə əlindən alınıb başqasının adına çıxarıldığından tələbəsinə hiddətlə danışırsa, gələcəyin qurucusu olan yetişməmiş şəxsiyyət (fərd) hansı sağlam həqiqətlər, ədalətli baxışlar uğrunda mübarizə apara bilər? O, gələcəkdə ailə qurarkən özünü hansı formada gələcəyin potensialı kimi hazırlaya bilər?
Sözsüz ki, maddi tələblər üzərində qurulan ailənin baxışlarında mənəviyyat bəlkə də sonuncu olur və bu cür yaranan ailəni nə dövlətçilik, nə mədəniyyət, nə də başqa məsələlər maraqlandırır. Müşahidələr göstərir ki, son illərdə ailələrin əksəriyyəti belə qurulur.
Beləliklə, eybəcərlik üzərində formalaşmaqda olan viruslu cəmiyyət yaxşıları və yaxşılığı məhv edə-edə tənəzzülə doğru gedəcək.

Ailə ilə cəmiyyətin bir-birinə qarşılıqlı təsiri

Ailə və cəmiyyət bir-birini tamamlayır. Ailə cəmiyyətə təsir göstərdiyi kimi, cəmiyyət də ailəyə təsir edir. Əgər cəmiyyətin formalaşması düzgün getmirsə, bu, ailələrə birbaşa təsir edir. Buna görə də ailələrin xoşbəxt olması üçün birinci növbədə cəmiyyətin xoşbəxtliyi və azadlığı vacibdir. Əgər cəmiyyət sivil cəmiyyətdirsə, ailədə də demokratizmin və sivilliyin əsasları yaranır. İstər Avropada, istərsə də dünyanın bir çox sivil ölkələrində ailə problemləri mediya və publisistikada çox geniş və anlaqlı şəkildə müzakirə edilir. Azərbaycan cəmiyyətində isə bu, təəssüf ki, gerçəkləşmir. Bir şeyi də nəzərə almaq lazımdır ki, haqqında danışdığımız sivil ölkələrin mənəvi bazası bizdəki kimi zəngin deyil. Bizim bir çox köklü ənənələrimiz var ki, sivil dünya həmin keyfiyyətlərdən məhrumdur. Deməli, bizdəki ailə quruculuğu problemi Avropa ölkələrindəkindən tam fərqlidir. Fikrimizcə, bu amil çox böyük əhəmiyyət kəsb etməlidir. Avropa ölkələrində demokratiya girdabında mənəvi keyfiyyətlər çoxdan boğulub. Misal üçün, onların ailə fəlsəfəsinə görə valideyn öz övladını ciddi tənbeh edirsə, uşağın hüquqlarını pozmuş olur. Belə olan təqdirdə, uşaq öz valideynini məhkəməyə verə bilər. Bəs bundan sonra valideyn-övlad münasibətləri hansı məcrada inkişaf edə bilər? Şübhəsiz, bu münasibətlərdə mənəvi keyfiyyətlər nəzərə alınmayacaq.

Cəmiyyət ailəyə qarşı getməməlidir

Sovet dönəmində ailələrin milli dəyərləri qoruyub saxlamasını xüsusi qeyd etməliyik. Bu dövrdə qədim adətlərimiz, bayramlarımız məhz ailələr tərəfindən qorunub saxlanılıb. Əgər dədə-babalarımız senzuralı sovet dönəmində yada salınmasına belə imkan verilməyən Novruz bayramı kimi milli ənənəvi bayramını qoruya bilibsə, bu, çox mühümdür. Demək, bir çox hallarda ailə cəmiyyətə qarşı gedir və öz köklü, qədim xüsusiyyətlərini, milli-etnik, dini özəlliklərini saxlaya bilir. Bu mənada ailə həmişə cəmiyyətin təkrarı deyil. Ailə həm də cəmiyyətə müəyyən qədər yön verən, müəyyən qədər mühafizəkar olan müəssisədir.
Əgər biz ailədə müasirlik, sivillik, ailə institutunun müqəddəsliyini gözləmək istəyiriksə, ilk növbədə, cəmiyyətin ailəyə qarşı getməməsinə nail olmalıyıq. Bir sözlə, ailə institutunu saxlamaq üçün cəmiyyətlə ailə arasında bir harmoniya olmalıdır.

Televiziyalarımızın “ailə nümunəsi”...

Bu gün Azərbaycan televiziyalarında həqiqətləri təhrif etmək, ictimaiyyətdən gizli saxlamaq da ürəkağrıdıcı faktdır. Bu, bizə lazımdırmı? Əlbəttə yox. Televiziyalarda uşaq ölümü, boşanmalar haqqında açıq söhbətlər aparılıb, bu problemlərin həlli yolları araşdırılmalıdır. Ailə problemlərinə həsr olunmuş ciddi əsərlər yazılmalı, təbliğat gücləndirilməlidir. Televiziyalarda şou xarakterli, yüngül, xalqımızın milli xislətinə yad olan verilişlərin göstərilməsinə son qoyulmalıdır. Amma bunun əvəzində bu gün televiziyalarda nə görürük? Harda pis ailə nümunəsi varsa, onu tapıb ortaya çıxarır, dünyaya “Azərbaycan ailəsinin nümunəsi” kimi təqdim etməyə çalışırlar. (Maraqlıdır ki, bu mövzu dəfələrlə müzakirə olunsa da heç bir nəticəsi olmayıb. Baxmayaraq ki, dövlət tərəfindən, MRTŞ tərəfindən dəfələrlə xəbərdarlıqlar edilib, ancaq bəzi televiziyalar sanki heç nə olmayıbmış kimi öz işindədir. Bəhanələri də çox sadədir: reklam və reytinq...) Bilmirəm, bütün bunlar bilərəkdən baş verir ya yox, lakin hər bir halda çox acınacaqlı bir durumdur.
Cəmiyyətdə psixoloji anormallıqlar qaldıqca, cinayətlərin sayı da çoxalır. İctimai harmoniyanın, balansın pozulmasının nəticəsidir ki, bu gün Azərbaycanda yeniyetmələr, gənclər arasında cinayətkarlığın sayı artır və sağlam ailələr qurulmur. Psixoloji anormallıqların artması isə ailələrin dağılmasının əsas şərtidir.

Təbəqələşmə problemi

Sağlam ailələrin qurulmamasının bir səbəbi də uzun illər ərzində ölkəmizdə formalaşmış sosial qütbləşmə ilə əlaqədardır. Cəmiyyətdə qütbləşmə ailə institutlarına da təsir edir və proporsiyanı pozur. Varlılar və kasıblar bir-birinə başqa planetin adamları kimi baxırlar. Hər təbəqə öz “yorğanına ayaq uzadır”. Varlı varlı ilə, kasıb kasıb ilə qohum olmağa çalışır. Beləcə, varlılarla kasıblar arasında qohumluq əlaqələri getdikcə zəifləyir. Təbəqələr arasında yaranmaqda olan bu dərin uçurum, gələcək sinfi mübarizənin əsaslarından biridir.
Əlbəttə, istisna hallar da var ki, kasıbın elçisi varlının qapısından xoş xəbərlə qayıdır. Bunun da səbəbi qarşılıqlı anlaşma, ailələrin bir-birini var-dövlətinə görə yox, insanlığına görə tanımasıdır.

“Növbəti dayanacaq” hansıdır?

Bu yazımızda müasir Azərbaycan ailəsinin bəzi problemlərindən danışdıq. Problem – həll olunmadıqca daha da dərinləşməlidir; bu aksiomadır. Məhz bu səbəbdən də Azərbaycan dövləti ailə-cəmiyyət münasibətlərinin tənzimlənməsi, ictimai-sosial problemlərin həll olunması istiqamətində davamlı olaraq addımlar atır. Lakin bu addımların daha böyük nəticələr verməsi üçün güclü vətəndaş mövqeyinə ehtiyac var. Hər bir vətəndaş özünü ümumi işdən kənarda saxlamamalı, öz öhdəsinə düşən işi yerinə yetirməlidir. Adına “qloballaşma” deyilən qaranlıq bir oyun tədricən milli dəyərləri əjdaha kimi kamına çəkməkdədir. Bizim cəmiyyətimizin ən vacib dəyərlərindən biri olan ailə institutu da bu gün böyük bir təhlükə qarşısındadır. Bu gün geciksək, necə deyərlər, “qatar gedəcək”.

Ən qorxulusu isə, qatarın növbəti dayanacağından xəbərsiz olmağımızdır...

Güntay Qurbanlı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əli Əhmədov tələbələrə çağırış etdi: - “Çirkli təbliğata qarşı olun”

    Əli Əhmədov tələbələrə çağırış etdi: - “Çirkli ...

    21-12-2018, 11:00

  • 
  • Azərbaycanlı yazıçının səkkizinci kitabı işıq üzü gördü

    Azərbaycanlı yazıçının səkkizinci kitabı işıq üzü ...

    4-02-2013, 10:54

  • 
  • Tağı Əhmədov işdən çıxarıldı

    Tağı Əhmədov işdən çıxarıldı ...

    27-02-2014, 14:43

  • 
  • İdmançı ailələri sağlamdırmı?

    İdmançı ailələri sağlamdırmı? ...

    22-12-2013, 23:56

  • 
  • Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir

    Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir ...

    10-03-2025, 14:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu