GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » İdmançı ailələri sağlamdırmı?

İdmançı ailələri sağlamdırmı?

Tarix: 22-12-2013, 23:56 Bölmə :İdman Baxış: 1 301
İdmançı ailələri sağlamdırmı?
“Onu ilk dəfə voleybol zalında “Azərreyl” komandasının heyətində məşq vaxtı gördüm. Mən həmin zala komandanın türkiyəli baş məşqçisi Adnan Kıstakı ziyarətə getmişdim. Gələcək həyat yoldaşımı görən kimi ilk baxışdan aşiq oldum”. Bunu Ailem.az-a azərbaycanlı voleybolçu Natəvan Qasımova ilə ailə quran türkiyəli idman funksioneri Tunc Afşar söyləyir.

2 il öncə toyları olsa da, hələlik onların övladı dünyaya gəlməyib. Amma bu, cütlüyün münasibətlərinə heç bir mənfi təsir göstərməyib. Hətta həyat yoldaşının klubda və millimizin heyətində müntəzəm təlim-məşq toplantılarında, səfərlərdə olması da qarşılıqlı sevgini sarsıtmayıb. Əksinə, onlar özlərini çox xoşbəxt hiss edirlər. Afşar deyir: “İdmançı ailəsi öz istəyinə görə yox, oynadığı komandanın təqviminə görə yaşayır. Biz də elə yaşayırıq. Buna görə əziyyət çəkirik. Mənim vaxtım olanda onun vaxtı olmur. Yaxud tam əksinə. Amma mən daha azad işlədiyimdən, imkan olduqca öz təqvimimi ona görə uyğunlaşdırıram. Pis günü görməmiş insan yaxşı günün qiymətini bilməz. Mən günlərin çox pisini də görmüşəm, çox yaxşısını da. Biz, Allaha şükür, xoşbəxtik. Öncə sağlamlığımız yerində olsun, qalan məsələlərin hamısı hansısa formada yoluna qoyular”.

Ailə sərhəd tanımır!

Əlbəttə, sağlam ailə üçün ilk növbədə, can sağlığı gərəkdir. Adətən, bədən tərbiyəsi və idmandan söz düşərkən, “Sağlam bədəndə sağlam ruh olar” məsəli çəkilir. Görünür, bu, əbəs yerə deyilməyib. Azərbaycanda bu sahəyə də göstərilən dövlət qayğısı nəticəsində fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişməkdədir.

İdmançı ailələrindəki sağlam mühit, sağlam ruh bir çox digər ailə üçün nünumə göstərilir. Bunu Afşar – Qasımova cütlüyünün timsalında da görmək olar. Biri Türkiyə, digəri Azərbaycan vətəndaşı olsa da, qarşılıqlı sevgi və ailələrindəki sağlam mühit onları enişli-yoxuşlu ömür yolundakı maneələri aradan qaldırmağa ruhlandırır. Necə deyərlər, ailə sərhəd tanımır! Xüsusən, bir millət, iki dövləti təmsil edənlərin timsalında: “İkimiz də türkük. Biz bir millət olduğumuz üçün azərbaycanlı və ya türkiyəlinin fərqi yoxdur. Bir-birimizi yaxşı başa düşürük”.

Ümumiyyətlə, son illər Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikaha girmə sayında artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin ilk yarımilliyində bağlanan nikahların 1719-u qarışıq, yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə olub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfədən də çoxdur. Belə ki, ötən ilin ilk altı ayında 847 qarışıq nikah bağlanıb.


“Sağlam həyat tərzinin təbliğatçıları”

İdmançı ailələri təkcə qarışıq deyil, öz vətəndaşlarımız arasındakı nikahlarda da adətən, “sağlam ittifaq” təsiri bağışlayırlar. Azərbaycan milli komandasının sabiq futbolçusu Ceyhun Sultanov artıq 11 ildir ki, ailəlidir. Onun həyat yoldaşı idmançı deyil, münasibətlərinin qurulmasında futbolçu olması da xüsusi rol oynamayıb. Sultanov da idmançı fəaliyyətinin ailədə müəyyən çətinliklər yaratdığını etiraf edir. Bununla belə, indiyədək həyat yoldaşı ilə heç bir ciddi problem yaşamadığını bildirir: “Birmənalı şəkildə iddia edə bilmərəm ki, idmançı ailələri tam sağlam və uzunömürlü olurlar. Ailədən-ailəyə fərq var. O cümlədən, idmançı ailələri arasında da. Amma mən 11 ildir ki, evliyəm və indiyədək həyat yoldaşımla aramda ciddi problem olmayıb”.

Bəs görəsən, idmançı ailələrinin möhkəmliyinin səbəbi nədədir? Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədovun sözlərinə görə, idmançılar beynəlxalq miqyasda ölkəmizi layiqincə təmsil etdikləri kimi, öz sağlam ailələri ilə də cəmiyyətə və dövlətə faydalı olmağa səy göstərirlər: “İdmançılar, ilk növbədə, övladlarının da sağlam olmaları, ailə möhkəmliyi üçün çalışırlar. Onlar böyük əziyyət bahasına qazandıqları uğurlardan sonra dövlətə sağlam ailə ilə də töhfə vermək istəyirlər. Sirr deyil ki, idmançıların özləri kimi, ailə həyatları da diqqət mərkəzində olur. Bu mənada, sağlam ailələrdən danışarkən, idmançı ailələrini nümunə göstərmək olar. Çünki onlar cəmiyyətdə sağlam həyat tərzinin təbliğatçıları kimi cıxış edirlər”.

Təbliğatdan söz düşmüşkən, Milli Olimpiya Komitəsi Azərbaycanda valideynlərin uşaqlara dəstək olaraq sağlam həyat tərzinə cəlb edilmələri məqsədilə bu ildən yeni kampaniyaya başlayıb. "Fəal ailəm, sağlam aləm” devizi altında keçirilən proqram yaxın 5 ili əhatə edəcək. Proqram ilk fəaliyyət ilində 70 mindən çox insanı əhatə edəcək ki, bunların da 40 mini uşaq və gənclər olacaq. Layihə gerçəkləşdirilərkən, ailələri fəal və sağlam həyat tərzinə sövq edən həvəsləndirici sistem yaradılacaq. Kampaniya çərçivəsində açıq ailə turniri, ənənəvi Olimpiya Qaçış Günü keçiriləcək, 80 ümumtəhsil orta məktəb və internat müəssisəsində Olimpiya festivalları təşkil ediləcək. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin sözlərinə görə, qarşılarında duran əsas vəzifələrdən biri sağlam həyat tərzinin təbliği, insanlar arasında idmana marağın artırılmasından ibarətdir: “Bu proqram ailələri əhatə edəcək. Çalışacağıq ki, layihə vasitəsilə ailələr müxtəlif idman yarışlarına, idman tədbirlərinə cəlb olunsunlar. Bunun üçün əlimizdən gələn vasitələrdən istifadə edəcəyik”.

“Cəmiyyətimizə və dövlətimizə xeyirli olsun!”

Göründüyü kimi, sağlam həyat tərzi həm də sağlam ailə timsalında özünü büruzə verir. Bu istiqamətdə atılmış ən mühüm addımlardan biri kimi 2006-cı il fevralın 6-da prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmasını qeyd etmək olar. Hicran Hüseynovanın rəhbərlik etdiyi komitədə 7 ilə yaxındır ki, sədr müavini vəzifəsində ötənlərin tanınmış şahmatçısı Aynur Sofiyeva çalışır. O, hələ 4 yaşında ikən, 1974-cü ildən idmanın bu növü ilə məşğul olmağa başlayıb. 6 yaşında gənclər arasında Qax rayonunun çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 1990-cı ildə, yəni 20 yaşında tələbələr arasında dünya çempionu, həmin il 20 yaşadək qızlar, 1993-cü ildə Azərbaycan komandasının tərkibində gənclər arasında dünya çempionatının gümüş mükafatçısı, bir çox beynəlxalq turnirin qalibi olub. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. Sofiyeva 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti olub.

Onun həyat yoldaşı Yunis Hüseynov da idmançıdır. Hüseynov “Neftçi” və “Kəpəz” kimi klubların heyətində 4 dəfə Azərbaycan çempionu, 3 dəfə ölkə kubokununun qalibi olub, 2 dəfə Azərbaycanın ən yaxşı futbolçusu seçilib, milli komandamızın heyətində 34 oyuna 4 qol vurub. O, baş məşqçi qismində də uğurlu fəaliyyəti ilə seçilib, “Karvan” və “Xəzər Lənkəran” klublarının “sükanı arxasında” ölkə çempionatının gümüş və bürünc medallarını qazanıb, UEFA Kubokunda mərhələ adlayan ilk azərbaycanlı baş məşqçi kimi tarixə düşüb. Məhz idmançı fəaliyyətləri dövründə - 1990-cı ildə ailə qurmuş Hüseynov və Sofiyevanın 2 qızı var.

Aynur xanım öz ailəsi barədə danışmaq istəmir. Baxmayaraq ki, Yunis müəllimlə 23 ildir xoşbəxt ömür sürür. Deyir ki, ailənin möhkəmliyi ailə üzvlərinin dünya görüşləri və xarakterlərinin uyğunluğu, qarşılıqlı hörmət, bir-birinə güzəştə getmə bacarığı və önəm vermək, qayğı göstərmək, məsuliyyət hissi, ailəyə görə daşıdığı vəzifələri dərketmə kimi bir çox məsələlərdən asılıdır: “Ailə təktərəfli münasibət əsasında yaranan qurum deyil. Bu səbəbdən, ailədaxili fərdlərin hər biri milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılması üçün öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Ümumiyyətlə, ailəni formalaşdıran amillərə gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, uşaq-valideyn münasibətlərinin düzgün qurulması, ailədə pozitiv psixoloji iqlimin olması, xasiyyətlərin uyğunluğu və ailədə qarşılıqlı hörmət, valideynlərin gənclərin ailə həyatına müdaxilə etməməsi, sağlam həyat tərzinin aparılması, ər və ya arvadın alkoqolizm, narkomaniya xəstəliyinə tutulmaması kimi bir sıra amillər misal göstərilə bilər”.

“Bir ailə - iki dövlət”

“Ailə - kiçik dövlətdir” deyiblər. Yəni, ailə cəmiyyətin əsas özəyi kimi möhkəm təməl üzərində qurulmalıdır. Bu təməl mənəvi, psixoloji, fizioloji, özünüdərk, qarşılıqlı hörmət və məhəbbət, məsuliyyət hissinin, ailənin hüquq və vəzifələrinin dərk edilməsi prinsiplərinə arxalandıqda daha da möhkəmlənir. Konstitusiyamızın 17-ci maddəsində qeyd edilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Sağlam ailə isə cəmiyyətin və güclü dövlətin təməlidir. Həm də yalnız bir dövlətin yox. Yazıya əbəs yerə Tunc Afşar – Natəvan Qasımova evliliyindən başlamadıq. Afşar Türkiyənin idman elitasında kifayət qədər tanınan simadır. Təsadüfi deyil ki, bu cütlüyün Bakıdakı toyuna qardaş ölkədən xeyli tanınmış şəxs təşrif gətirmişdi. Yazını da elə ailə başçısının sözləri ilə tamamlamaq istərdik: “Azərbaycan Türkiyədə hər kəs üçün qardaş ölkədir. Bu baxımdan, qurduğumuz ailəyə həm mənim dostlarım, həm də həyat yoldaşımın yaxınları tərəfindən maraq artdı. Toyda iştirak üçün birinci dəfə Bakıya gələn dostlarımız oldu. Bir sözlə, onunla evliliyim Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinə də öz töhfəsini verdi...”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • İdmançı məşqdə öldü

    İdmançı məşqdə öldü ...

    16-01-2015, 11:32

  • 
  • Millimizin təlim-məşq toplanışı

    Millimizin təlim-məşq toplanışı ...

    19-07-2016, 15:12

  • 
  • Ziya Məmmədovun adamları braziliyalı qadını girov saxlayıb

    Ziya Məmmədovun adamları braziliyalı qadını girov ...

    18-07-2013, 01:04

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu