Rusiyanın Mardoviya vilayətində yaşayan yaxınlarımızdan “Gündəm Xəbər”-ə verilən məlumata görə, milli genefondun artımı ilə bağlı Rusiya hökuməti yeni layihə həyata keçirir.
Mardoviyada 4-cü uşaqdan sonra məbləğindən asılı olmayaraq ipoteka krediti olan ailələrin borcu, dövlət tərəfindən silinir. İqtisadi sanksiyalardan boğulan Putin hakimiyyəti bu addımı atmağa sövq edən nədir?
Əvvəllər rus əhalisinin say artımı emiqrantlar (qarabalalar hesabına ) hesabına kampensasiya edən rusiya, şirnikləndirici addımlar atmaq zorunda qalıb. 2014-cü ilin son 6 ayı ərzində Rusiyanı 2 milyon emiqrant tərk edib. Bunun çoxu da Azərbaycanın payına düşür.
Çox güman ki, emiqrantların qayıdışı Rusiyanı məcburiyyət qarşısında qoyub. Ölkəmizin rayon mərkəzləri, böyük şəhərlərdə olan əhalinin say artımı, heç də Rusiyadan fərqlənmir. İnsanların mənzil və sosial probleminin həlli, az müddət ərzində say artımı tempinə nail olmaq mümkündür.
Statistikya görə ölkədə ötən il ailələrdə uşaqların olmaması səbəbindən 11,000 boşanma qeydə alınıb. Səbəb isə çox sadədir. Ölkəyə gətirilən geni dəyişdirilmiş meyvə-tərəvəz və mənşəyi bilinməyən qida məhsulları, gənclərin orqanizminə mənfi təsir edir.
Zamanında ölkənin kənd təsərrüfatı inkişafına yönəlik addımlar atılsaydı, belə problemlərlə baş-başa qalmazdıq. Yerli qida məhsulları hesabına insanların sağlamlığını qorumuş olardıq. Rusiya böhranından sonra hakimiyyətin üst qatında indi yada düşür ki, ölkənin istifadəsiz torpaqları mövcuddur. İstifadəsiz torpaqların əkib becərilməsi ilə bağlı “Gündəm Xəbər”in iqtisadiyyat səifəsində çox sayda yazılarımız dərc olunub. Yazıqlar olsun ki, aidiyyatı qurumlar tərəfindən əhəmiyyət verilməyib.
Yuxarıda göstərdiyimiz sosial problemlərin həlli, az müddət ərzində ölkədə say tempinin rekord həddə çatmasına səbəb olar. Əlbətdə ki, bu “prioritet” olarsa.
Bəlkə də hakimiyyət üçün çox sayın, çox da problemi var tendensiyası, bu humanist addımların qarşısını alır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?