Bir neçə gün bundan əvvəl benzin artımı ilə bağlı danışan futbolçu Mahir Şükürov yenidən açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” “Neftçi” qarşılaşmasından sonra oyunla bağlı fikirlərini bildirən Mahir Şükürov benzin artımı ilə bağlı yayılan açıqlamanın ona aid olmadığını deyib: “Mən elə bir açıqlama verməmişəm. Bu yuxarıda oturanların öz işidir. Bunun bizə aidiyyatı yoxdur. Mətbuatda haqqımda yayılan fikirlərin hamısı səhvdir”.
Qeyd edek ki, Mahir Şükürovun benzin artımı ilə bağlı verdiyi “Benzinin qiyməti istəyir 1 manat olsun, biz onsuz da SOCAR dan pulsuz benzin alırıq” açıqlaması geniş müzakirələrə səbəb olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?