GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Etibar Pirverdiyevin “dolanbac”a saldığı milyarlıq əməliyyatları

Etibar Pirverdiyevin “dolanbac”a saldığı milyarlıq əməliyyatları

Tarix: 20-02-2015, 00:27 Bölmə :Manşet Baxış: 0
Etibar Pirverdiyevin “dolanbac”a saldığı milyarlıq əməliyyatları

«Azərenerji» rəhbərinın korrupsiya pramidasının detalları açıqlandı

«Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevin yaxın ətrafı vasitəsilə yol verdiyi milyardlıq korrupsiya sistemi ilə bağlı redaksiyamıza olduqca maraqlı məlumatlar verilib.

«Gündəm Xəbər»ə verilən məlumata görə, son vaxtlar adı ölkə mətbuatının gündəmindən düşməyən Etibar Pirverdiyev və onun yaxın ətrafının nələrə sahib olması haqda araşdırmalara başlanılıb: “Bu araşdırmaların nəyə hesablandığı dəqiq bilinməsə də, fakt budur ki, Etibar Pirverdiyev və onun yaxın ətrafının mülklərindən tutmuş, iş fəaliyyətlərinə qədər müəyyən dairələr araşdırmaya start veriblər. Deyə bilərəm ki, araşdırma ciddi aparılarsa, bu, Pirverdiyev və yaxın ətrafına sərt gələcək vəd edəcək. Elə təkcə bir neçə il əvvəl bayraq meydanının tikintisi zamanı, Etibar Pirverdiyev və yaxın qohumlarının yol verdikləri özbaşınalıqlar və mənimsəmələr araşdırılsa, məncə kimlərinsə həbsxanaya düşməsi qaçılmaz olacaq.

Sizə bir fakt deyim. Meydanın tikintisində faktiki işi icra edən əvvəlcə Azərenerji»nin tabeliyində olan «Azərenerjitikinti» MMC olub. Tikintiyə başladıqdan 5-6 ay sonra isə, Etibar Pirverdiyev «qeyri-adi ənənəvi iş metodu»na söykənərək, sözügedən MMC-ni ləğv edib, onun bazasında «Azenco» ASC-ni yaratdı. Tikinti işləri də ASC-nin sərəncamına verildi. Həmin vaxtı bu dəyişikliyin səbəbini ondan soruşan olmadı. Halbuki, o, bununla «Azərenerjitikinti» MMC-də məsul şəxs olan bacısının həyat yoldaşı Ramiz Güləliyev, həmçinin, təchizatın rəisi olan tələbə yoldaşı Əbülfət Kamilovun (hal-hazırda «Azenco»da idarə rəisidir) dövlət vəsaitlərini mənimsənilməsindən bəhs edən fırıldaqlarını bu yolla ört-basdır elədi. Hələ Pirverdiyevin müavini olan Marlen Əsgərovun kürəkəni, «Azenco»da idarə rəisi işləmiş Kamil Mirzəyevin Dövlət Bayrağı Meydanındakı tikintidə nə işlə məşğul olduğunu araşdırsanız, şoka düşərsiniz. Bu adam vəzifə öhdəliyini unudub, meydandakı qazıntı zamanı çıxan dəmir, mis və s. kimi metalları toplayıb, satmaqla məşğul idi. Hansı ki vaxtilə «Sumqayıt TS-2»nin söküntüsündə də eyni işləri görüb”.

«Azərenerji»nin saxta tender oyunları və ya Çinlə kimlərin əlaqəsi var?

Müsahibimiz Etibar Pirverdiyevin digər bir böyük oyunundan da söz açıb. Bildirib ki, Etibar Pirverdiyev tender keçirmədən, yalnız müqavilə ilə «Azərenerji»nin bütün layihələrini «Azenco»ya verir və bu məqsədlə də milyonlarla manatı ASC-nin hesabına köçürür: «Maraqlı məqamlardan biri də budur ki, həmin ASC də təmir-tikinti, həmçinin, enerji layihələrində istifadə olunan bütün mal-materiallar, həmçinin sayğaclar, Etibar Pirverdiyevin nəzarətində olan özəl firmalardan alınır. Sonradan isə, izi azdırmaq üçün Pirverdiyev yenə maraqlı üsullardan istifadə edir. O, ya həmin firmaların fəaliyyətinə xitam verdirir, ya da həmin firmalarla işləyən müəssisələri əmrlə ləğv edərək, onun bazasında başqa bir idarə yaradır. Bununla da korrupsiya izi dolanbaca salınaraq, ört-basdır edilməyə hesablanır. Elə bir neşə ay əvvəl “Azeco”da aparılan struktur islahatlarının əsl səbəblərini araşdırsalar, bunun mahiyyəti açılacaq. O zaman bilinəcək ki, Çindən gətitilən keyfiyyətsiz mallar neçəyə “Azərenerji”yə satılır və burada kimlər milyonlarla manat qazanc əldə edirlər. Digər maraqlı məqam isə, həmin malların başqa ölkənin markası ilə “Azərenerji”yə satılmasıdır. Düşünürəm ki, bu məsələ də diqqətdən qaçmamalıdır”.

Tələbə yoldaşının əli ilə qazanılan milyonlar…

Müsahibimiz deyir ki, Çindən alınan məhsulların bir qismi, xüsusilə SMARTkart tipli sayğaclar illərdir ki, Pirverdiyevin tələbə yoldaşı, hazırda «Azenço»da idarə rəisi vəzifəsində işləyən Əbülfət Kamilov tərəfindən ölkəmizə gətirilir: «Bu faktı ona görə xatırladım ki, Pirverdiyev tələbə yoldaşları və qohumlarını iri maliyyə dövriyyəsinə nəzarət etmək üçün vəzifə başına gətirmir, həm də özəl biznesini çiçəkləndirmək üçün onlardan yararlanır. Təsəvvür edin ki, Çindən gətirilən sayğacların hər biri «Azenço»ya dəyərindən 5-10 dəfə artıq «sırınır». Əgər bu gün Azərbaycanın Bakı istisna olmaqla, bütün rayonlarının sayğaclaşdırma işinin Əbülfət Kamilovun rəhbərlik etdiyi idarənin sərəncamında olduğunu, həmçinin, 5-6 milyon abonentin sayğacla təminini nəzərə alsaq, ortada artıq milyonların deyil, milyardların dövr etdiyini görmək çətin deyil”

Bu və ya digər məlumatları redaksiyamızla verən mənbə deyir ki, Etibar Pirverdiyevin Bakı və ətraf kəndlər də daxil olmaqla, Şimal zonasında sahib olduqları daşınar və daşınmaz əmlakların sayı-hesabı yoxdur. Biz isə mövzunu davam etdirəcəyimizi qeyd etməklə yanaşı, qarşı tərəfi də dinləməyə hazır olduğumuzu bildiririk.

Cəfər MƏRDANOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Baba Rzayev və Etibar Pirverdiyev işdən çıxarıldı - PREZİDENTDƏN SƏRƏNCAM

    Baba Rzayev və Etibar Pirverdiyev işdən çıxarıldı ...

    4-09-2018, 16:32

  • 
  • Etibar Pirverdiyev işığın qiymət artımından danışdı

    Etibar Pirverdiyev işığın qiymət artımından ...

    12-12-2013, 12:47

  • 
  • Etibar Pirverdiyev 2.4 milyona villa alıb

    Etibar Pirverdiyev 2.4 milyona villa alıb ...

    14-05-2014, 10:56

  • 
  • Etibar Pirverdiyev niyə maaş verə bilmir? - İşçilər şikayətçidir

    Etibar Pirverdiyev niyə maaş verə bilmir? - ...

    16-10-2015, 14:22

  • 
  • Etibar Pirverdiyevdən daha bir anormal addım

    Etibar Pirverdiyevdən daha bir anormal addım ...

    7-02-2015, 00:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu