“Azəerenerli”ini rəhbəri 2 ay əvvəl apardığı islahatı ləğv elədi, tələbə yoldaşına yeni vəzifə verdi
Az öncə "Azərenerji" rəhbəri Etibar Pirverdiyev rəhbərlik etdiyi qurum və onun tabeliyində olan «Azenko» ASC-də apardığı struktur islahatlarına daha bir yenilik gətirib.
Bu barədə qəzetimizə verilən məlumata görə, Etibar Pirverdiyev islahat adı ilə tələbə yoldaşı olan Əbülfət Kamilovu üstün mövqeyə çıxarsa da, bu günlərdə vəziyyət yenidən dəyişib:
«Xatırlayırsınza, bir neçə ay əvvəl Etibar Pirverdiyevin nəzarətində olan və "Azərenerji"nin bütün layihələrini icra edən «Azenko» ASC-də də ciddi islahat aparmaqla, tələbə yoldaşı Əbülfət Kamilovun səlahiyyətini genişləndirməsi haqda dövrü mətbuata xəbər yayıldı. Həmin xəbərdə bildirilirdi ki, Pirverdiyev təkcə «Azenko»da deyil, həm də «Azərenerji»də söz sahibi olan tələbə yoldaşı Əbülfət Kamilovun mövqelərini möhkəmləndirən addımı atıb. Belə ki, Etibar Pirverdiyev "Azenko"nun Aşağı Gərginlikli Elektrik Verlişi Xətlərinin Çəkilişi, Yarımstansiyaların Tikintisi və Sayğacların Quraşdırılması İdarəsinin rəisi vəzifəsində işləyən Əbülfət Kamilovu, ölkənin energetika sahəsində ciddi fiqura çevirdi. Daha dəqiqi o, Mehman Şamilovun rəis olduğu Elektrik Avadanlıqlarının Quraşdırılması, Təmiri və Sazlanması İdarəsini, Etibar Əhmədovun rəis olduğu Yüksək Gərginlikli Elektrik Verlişi Xətlərinin Quraşdırılması İdarəsini, gürcü əsilli Ronaldın rəis olduğu Aşağı Gərginlikli Elektrik Verlişi Xətlərinin Çəkilişi, Yarımstansiyaların Tikintisi və Sayğacların Quraşdırılması İdarəsini bir əmrlə ləvğ etdi. Və bu ləğv edilən idarələrin bazasında yeni qurum yaradılmasına göstəriş verdi. Elə ən maraqlı proses də, bundan sonra başladı. Belə ki, Pirverdiyev peşəkarları bir tərəfə qoyaraq, ləvğ edilən idarələrin bazasında yaratdığı yeni quruma tələbə yoldaşı Əbülfət Kamilovu rəis təyin etdi. Bununla yanaşı, işsiz qalan idarə rəislərdən biri - Etibar Əhmədovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması xəbəri yayıldı.
Belə bir ərəfədə çoxları Etibar Pirverdiyevin addıçəkilən ASC-dəki islahastlara son verəcəyini düşünsə də, o, daha bir gözlənilməz addım atdı. Bu isə Etibar Pirverdiyevin ilk əvvəl özünün peşəkarlığını şübhə altına aldı. Eyni zamanda, onun məsuliyyətsiz addım atdığını təsdiqlədi»
Müsahibimiz deyir ki, qeyd edilən islahat əmrinin mürəkkəbi qurumamış, Pirverdiyev yenidən ASC-də dəyişikliyə imza atıb: «Etibar Pirverdiyev bu dəfə daha orjinal addaım atıb. Belə ki, o, bir neçə ay əvvəl 4 idarənin bazasında yaradılan qurumu ləğv etdi, onun bazasında isə yeni idarələr yaratdı. Bu prosesdə də diqqətçəkən məqamlardan biri, yenə tələbə yoldaşı ilə bağlı olub. Etibar Pirverdiyev bu dəfə də, Əbülfət Kamilovu işsiz qoymayıb. Onu yeni yaradılan başqa bir müəssisəyə rəis təyin etməklə, sanki “vəfa” borcunu yerinə yetirmiş oldu».
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?