GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Qərib Məmmədovun kadrına şok ittihamlar

Qərib Məmmədovun kadrına şok ittihamlar

Tarix: 20-02-2015, 00:49 Bölmə :Manşet Baxış: 0
Qərib Məmmədovun kadrına şok ittihamlar

Ləğv olunmuş torpaq komitəsi Göyçay rayon şöbəsinin müdiri cənab Nofəl Fərzəliyev, vətəndaşın sahəsini qanunsuz yolla başqasına satıb, məhkəmə qərarına isə məhəl qoymur; prezidentin xitamını verdiyi qurumda yoxlamalar gedir

Göyçay rayonu, Cəyirli kənd sakini Feyzullayev Rahim “Gündəm-xəbər”in redaksiyasına şikayət məktubu ilə müraciət edib. Kənd sakini prezidentin sərəncamı ilə ləğv edilən torpaq komitəsinin yerli şöbəsindən şikayətçidir.

R.Feyzullayev müraciətində yazır: “14 nəfərlik ailəmizə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Göyçay rayon şöbəsinin müdiri Nofəl Fərzəliyev və Göyçay rayon İcra Qrupu birlikdə ziyan vurublar. Qəsdən hüquqlarımızı pozmaqla, hər iki qurum tərəfindən bizə küllü-miqdarda zərər də dəyib.

Belə ki, Göyçay rayon Aqrar İslahatlar Komissiyasının 28 avqust 1998-ci il tarixli 1 nömrəli qərarı ilə bizim ailəyə verilmiş 0,68 hektar torpaq sahəsini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin müdiri Nofəl Fərzəliyev başqa şəxslərə qanunsuz yolla satıb.

Uzun müddətli məhkəmə çəkişmələrindən sonar, torpağımızın zəbt olunması təsdiq edildi və sahənin özümüzə qaytarılmasına dair, Şəki İnzibati-İqdisadi Məhkəməsi 25.11.2014-cü il tarixdə qərar çıxarıb”.

Vətəndaş bildirir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25.11.2014-cü il tarixli qərarının qanunu qüvvəsini almasına və icraya yönəldilməsinə baxmayaraq, Göyçay rayon İcra Qrupu məhkəmə qərarını heç bir vəhclə yerinə yetirmir.

“Çünki, Torpaq Şöbəsinin müdiri Nofəl Fərzəliyev məhkəmə qərarının icrasına icazə vermir. Bu da məhkəməyə tabe olmamaq, birbaşa özbaşınalıqdır. Bu adam o qədər harınlayıb ki, dövlət adından əhaliyə verilmiş pay torpağı sahələrini, qanunsuz olaraq başqa-başqa şəxslərə satır.

Nofəl Fərzəliyevin qanunsuz əməllərindən, çoxlu sayda rayon sakinləri əziyyət çəkirlər. Belə mübahisəli işlər məhkəmələrdə yüzlərlədir. Hətta, torpağımızı zəbt etmiş şəxs bizə çəkinmədən dedi ki, mən torpağı qaytarmayacam, çünki Nofəl Fərzəliyevə 100.000 manat pul verib bu torpağı almışam”.

Şikayətçi əlavə edir ki, ümid ölkə başçısına qalıb: “Bütün bunlara baxmayaraq onun barəsində qanunu tədbir görülmür ki, nəticədə də o, azğınlaşıb. Uzun illərdi ki, torpağımız zəbt olunub və buna görə də əkib-becərə bilmirik. Bizə bu yolla küllü miqdarda ziyan dəyir. Buna görə də yoxsulluq həddində yaşayırıq.

Sevindik ki, məhkəmə torpağımızın özümüzə qaytarılmasına dair qərar çıxarıb. Ancaq buna baxmayaraq məhkəmə qərarını Göyçay rayon İcra Qrupu icra etmir, daha doğrusu icra edə bilmir. Biz bu qanunsuzluq əməlləri barədə, ədliyyə naziri cənab Fikrət Məmmədova şikayətlər də göndərmişik.

Mən mətbuat vasitəsi ilə cənab prezidentimiz İlham Əliyevə müraciət edirəm. Cənab Prezident! Sizin dünən imzaladığınız Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsinə dair sərəncamınıza ailəmiz çox sevindi. Atdığınız addım, yüzlərlə kasıbın haqqını yeyən Nofəl Fərzəliyevin bütün

fəaliyyətini obyektiv yoxlama imkan verir. Göyçayda torpaqlar qarış-qarış satılır. İnanırıq ki, bundan sonra bu istiqamətdə müsbət irliləyişlər olacaq.

Məhkəmə qərarını qanunsuz icra etməyən Göyçay rayon İcra Qrupu və Göyçay rayon sakinlərinin torpaqlarını saxtakarlıqla satıb mənimsəmiş, torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyev barəsində ciddi tədbirlər görməyinizi Sizdən çox-çox xahiş edirik”.

Qeyd edək ki, ləğv olunmuş komitənin rəhbəri cənab Qərib Məmmədova cinayət işi açıla bilər. Onun torpaq alqı-satqısında yol verdiyi nöqsanlar, qanunsuz torpaq satışı və digər əməlləri təftiş olunur.

Əldə etdiyimiz məlumatlara görə ölkə rəhbəri cənab İlham Əliyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunması haqqında fərman imzaladıqdan sonra, bu qurumda araşdırmalar başlanılıb. Bu araşdırmalar komitə rəhbərinin büdcə vəsaitlərini şəffaf xərcləmək və digər istiqamətlərdə aparılır.

Əgər aparılan araşdırmalar zamanı ciddi qanun pozuntularının aşkarlansa və birbaşa Q.Məmmədovun məsuliyyəti qiymətləndirilsə, onun barəsində cinayət işinin başlana biləcəyi ehtimal var. Üstəgəl, Azərbaycanın istənilən bölgəsində, torpaq şöbələrinin müdirlərinin alverlə məşğul olmaları danılmaz faktdır.

Ölkənin elə bir yeri yoxdur ki, orada torpaq şöbəsindən şikayət olunmasın. Göyçayda sadəcə min nümunədən biridir. Onu da deyək ki, hazırda Masallı, Astara, Tovuz-Qazax, Quba-Xaçmaz, habelə Şəki-Zaqatalada şıdırğı torpaq alveri gedir.

Vətəndaşların saysız-hesabsız şikayətləri yuxarı dairələrdə dosye şəklində toplanıb. Q.Məmmədovun və kadrlarının fəaliyyəti yenidən yoxlanılır. Ən çox korrupsiyaya bulaşmış qurumlardan olan bu komitənin ləğvi təqdir edilir. Təkliflər səslənir ki, struktur islahatları davam etdirilsin.

Onu da deyək ki, Dövlət Torpaq və Xəritəçmə Komitəsinin sədri ölkənin bütün bələdiyyələrindən, bələdiyyə mülkiyətində olan torpaqların xəritəsini və qeydiyyat sənədlərini vermək üçün rüşvət tələb edirdi.

İddia olunurdu ki, komitə ölkənin rayonlarında bələdiyyələrin mülkiyyətində olan torpaqlara rəsmi əmlak xəritəsi və qeydiyyat sənədi, həmçinin torpaqların qiymətlədirilməsi ilə bağlı normativ sənədlər vermədiyinə görə, vətəndaşların torpaq alması, satması, tikilən yeni evlərə pasport alınması və.s zamanı problemlər ortaya çıxırdı. Məhz, komitənin bələdiyyələrə əmlak xəritəsi verməməsi də, minlərlə vətəndaşı çətin vəziyyətə salırdı.

Ölkənin demək olar ki, əksər rayonlarında bələdiyyələrə əmlak xəritəsi verilməyib. Dövlət başçısı İlham Əliyevin bələdiyyə torpaqlarının sənədləşdirilməsi ilə bağlı rəsmi sərəncamı və göstərişləri var. Ancaq Qərib Məmmədovun rüşvət istəyi, dövlət başçısının verdiyi sərəncamın icrasını yubadırdı. Komitənin ləğvindən sonra, bu problemin də həllini tapacağı ümid edilir. O da gözlənilir ki, yoxlamalar zamanı, bəzi faktlara da toxunulacaq.

Xatırladaq ki, Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Palatanın mətbuat xidmətindən bildirilib ki, kollegiya iclasında dövlət büdcəsindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə, həmçinin büdcədənkənar vəsaitlərin formalaşması və istifadəsinə dair, audit tədbirinin nəticələri barədə hesabat və rəy, müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Göyçaydan nazirə şok korrupsiyası şikayəti...

    Göyçaydan nazirə şok korrupsiyası şikayəti... ...

    31-03-2015, 11:53

  • 
  • Göyçay sakini Kərəm Həsənovdan nəyi xahiş edir?

    Göyçay sakini Kərəm Həsənovdan nəyi xahiş edir? ...

    4-11-2016, 14:57

  • 
  • Bələdiyyə sədri vətəndaşların torpaqlarını bölüşdürüb satımaqla məşquldur

    Bələdiyyə sədri vətəndaşların torpaqlarını ...

    11-10-2016, 14:45

  • 
  • Göyçayda kəndlinin əlindən torpaq sahəsi alınır - VİDEO

    Göyçayda kəndlinin əlindən torpaq sahəsi alınır - ...

    21-11-2024, 15:50

  • 
  • Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi saxtakarlıqda ittiham olunur - GİLEY

    Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin ...

    17-04-2021, 13:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu