GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » AMAY rəhbəri məhkəmədə od püskürdü

AMAY rəhbəri məhkəmədə od püskürdü

Tarix: 27-02-2015, 21:38 Bölmə :Manşet Baxış: 0
AMAY rəhbəri məhkəmədə od püskürdü

“Mən danışsam çoxlarının canı yanacaq”

Abdulla Abdullayev: “25 il əziyyət çəkmişəm, sonda da adımı dələduz qoyublar”

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Abdulla Abdullayev və digər təqsdirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə propsesi saat 11.00-a təyin olunsa da, məhkəmə prosesinin vaxtında başlanması baş tutmayıb. Hakim Əfqan Hacıyev bildirib ki, təqsirləndirilən şəxslərin vəkillərinin bəziləri məhkəmə iclasında iştirak etmirlər. Hakim qeyd edib ki, vəkillər saat 12.30-da məhkəmədə olacaqlarını bildiriblər və bu səbəbdən prosesdə fasilə elan olunub. Saat 12.30-da yenidən məhkəmə iclası başlasa da, yenə də vəkillər prosesdə iştirak etmirdilər. Hakim qeyd edib ki, prosesdə iştirak etməyən vəkillər – Yunis Vəliyev və Şöhlət Allahmanovdur. Hakim onu da bildirib ki, bu vəkillər təqsirləndirilən şəxslərin müdafiə etməsi üçün dövlət vəsaiti hesabına ayrılıb.

Abdulla Abdullayev dövlət vəsaiti hesabına ayrılan vəkillərdən imtina edilməsini təqsirləndirilən şəxslərə bildirib. Hakim yenə də məhkəmə iclasını günün ikinci yarısına qədər təxirə salıb.

Günün ikinci yarısında davam etdirilən prosesdə hakim məhkəmə iclasına vaxtında gəlməyən vəkillərə etirazını bildirib. Daha sonra

Abdulla Abdullayevin vəkili Osman Kazımov vəsatətlə çıxış edib. O, bildirib ki, məhkəmənin hazırlıq iclasında 4 vəsatətlə çıxış edib. Onun sözlərinə görə, Abdulla Abdullayevin barəsində olan cinayət işinə xitam verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.

Osman Kazımov bildirib ki, zərərçəkmişlərin sübutlar siyahısından çıxarılması, cinayət işində olan sənədlərin müdafiə tərəfinə təqdim edilməsi ilə bağlı vəsatətlər verilsə də, hakimlər həmin vəsatətlərin baxılmamış saxlanılması barədə qərar açıqlayıblar: “Amma hazırlıq iclasının qərarında həmin vəsatətlərin rədd edilməsi göstərilib. Biz həmin qərarda qeyd olunan faktlara etiraz edirik və bunun protokola qeyd edilməsini istəyirik. Belə olan halda “Kişi sözü” filimində bir epizodun günə düşürük. Orada müxbir gəlib müsahibə göstərir, sonra da deyir ki, baxın məni televizorda göstərəcəklər, onun yerinə heyvan göstərirlər. Məhkəmə zalında vəsatətlərin baxılmamış saxlanılması elan olunur. Amma hazırlıq iclasının qərarının təsviri hissəsində vəsatətlərimiz rədd edilməsi qeyd olunur. Ehtimal edirik ki, bu texniki səhvdir. Amma biz yenə də etirazımızı protokola qeyd olunmasını istəyirik”.

Osman Kazımov daha sonra deyib ki, Abdulla Abdullayevin məhkəmə zalında qeydlər etmək, vəsatət vermək üçün hazırlaşmaq imkanı yoxdur: “Bu səbəbdən Abdulla Abdullayevin dəmirbarmaqlıqlar arasından çıxarılması, onun müdafiəçiləri ilə yanaşı əyləşdirilməsini istəyirik. Həmçinin prosesin video çəkilişinin aparılması da vacibdir. Bu məhkəmə prosesin şəffaf aparılması üçün vacibdir”.

Abdulla Abdullayevin müdafiəçisi cinayət işində olan zərərçəkənlərin adlarının sübutlar siyahısından da çıxarılmasını istəyib. O, bildirib ki, Abdulla Abdullayevə mənzil tikintisi ilə bağlı ittihamın verilməsi düzgün deyil. Onun sözlərinə görə, cinayət işində olan sübutlar siyahisi müdafiə tərəfinə təqdim edilməyib: “Biz bununla bağlı əvvəlki prosesdə vəsatət vermişik. Amma əsassız olaraq bizim vəsatətimiz təmin olunmayıb. Amma qanunda birbaşa göstərilib ki, cinayət işində olan sübutlar siyahisi tərəflərə təqdim edilməlidir. Cinayət işində çoxsaylı sənədlər var, bu sənədlərin də çoxunun Abdulla Abdullayevlə əlaqəsi yoxdur. Bu sübutlarla, sənədlərlə tanış olmaq bizim hüququmuzdur. Amma həm ibtidai istintaq orqanı, həm də məhkəmə həmin hüququ əlimizdən alıb. Eyni zamanda burada kreditlərin verilməsi ilə bağlı ittihamlar da var. Bu ittihamlardan görünür ki, müqavilə əsasında tərəflərin arasında olan məsələdir. Belə olan halda müqavilə ilə bağlanmış məsələlər üzrə cinayət işi başlana bilməz. Lakin prokurorluq bununla bağlı qanunsuz olaraq cinayət işi başlayıb və korrupsiya idarəsində cinayət işini araşdırandan sonra materiallar məhkəməyə göndərilib. Qanunsuz olaraq iş hakim icraatına götürülüb. Amma bu məsələlər tərəflər arasında mülki qaydada həll olunan məsələdir. Bildirmək istəyirik ki, Abdulla Abdullayevə qarşı qanunsuz cinayət işi açılıb. Bu işdə məhkəmədə icraata götürülüb”.

Vəkil daha sonra qeyd edib ki, cinayət işi üzrə olan ittiham aktı düzgün tərtib edilməyib. Vəkilin sözlərinə görə, ittiham aktında bəzi ittihamlar fərziyələrlə göstərilib: “İttiham aktında 144 milyon manat istintaqa məlum olmayan mənbə tərəfindən əldə edilib və mənimsənilməsi göstərilib. Bundan başqa, Abdulla Abdullayevin

İran islam Respublikasında olan biznesi də istintaqa məlum olmadığı qeyd olunub. Belə olan halda cinayət işinə məhkəmədə baxılması mümkün deyil. İstintaq belə nəticəyə gəlib ki, guya Abdulla Abdullayev istintaqa məlum olmayan mənbədən əldə etdiyi vəsaiti “AMAY”-ın binasının tikintisinə sərf edib. O da qeyd edilib ki, bütün bu məlumatlarda ittiham aktında mövcud olmadığı göstərilir. Mövcud olmayan cinayət işinə məhkəmədə necə baxıla bilər? Biz istəyirik ki, istintaq orqanı mövcud olan cinayət işini, sübutları müdafiə tərəfinə təqdim etsin. Abdulla Abdullayev bu gün nədə ittiham olunduğunu başa düşmür. Bunun üçün də cinayət işində olan sübutlar Abdulla Abdullayevə təqdim olunmalıdır ki, nədə ittiham olunduğumuzu bilək”.

Prokuror Həbib Nağıyev bildirib ki, cinayət işi üzrə ittiham aktı qanunla nəzərdə tutulmuş qaydada tərtib edilib. Onun sözlərinə görə, ittiham aktının tərtib edilməsi zamanı qanundan kənara çıxılmayıb. Prokuror zərərçəkənlərin sübutlar siyahısından çıxarılması üçün əsas görməyib: “Zərərçəkənlərə ziyanın dəyib-dəyməməsi məhkəmə istintaqı zamanı müəyyən edilən məsələdir. Məhkəmədə zərərçəkənlər ifadə verməlidirlər və bundan sonra onlara ziyanın dəyib-dəyməməsi araşdırılmalıdır. Buna görə də cinayət işində olan zərərçəkənlərin məhkəmədə dindirilməsi vacibdir”.

Prokuror vəkilin hazırlıq iclasının qərarında vəsatətlərin rədd edilməsi ilə bağlı ittihamlarına belə cavab verib: “Hazırlıq iclasının qərarı Baş prokurorluğa daxil olsa da, həmin qərarın təsviri hissəsi ilə tanış ola bilməmişəm. Bu səbəbdən vəkilin qərarda nəyin düzgün, nəyin səhv yazılmasına münasibət

bildirmək istəmirəm. Bu məsələni məhkəmənin mülahizəsinə buraxıram”.

Prokuror daha sonra qeyd edib ki, cinayət işinin məhkəmə baxışına verilməməsi üçün əsaslı faktlar yoxdur. Onun sözlərinə görə, ittiham tərəfinin sübutları ittiham aktı çərçivəsində məhkəməyə təqdim olunub: “Həmin çərçivədə də işə məhkəmədə baxılacaq. əgər sübutlar təkzib olunarsa, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarıla bilər. Əks halda isə ittiham hökmü çıxarılacaq”.

Yerində müşavirə keçirən hakim heyəti vəkilin vəsatətlərini baxılmamış saxlayıb. Hakim bildirib ki, müdafiəçinin qaldırdığı məsələlər hazırlıq iclasının qərarında şərh olunub. Hakim əlavə edib ki, prokurorluğun sübutları ittiham aktından ibarətdir, bu da müdafiə tərəfinə təqdim edilib: “Biz məsələyə belə münasibət bildiririk, kim necə başa düşür, öz işidir”.

Daha sonra çıxış edən Abdulla Abdullayev bildirib ki, bundan əvvəl bir neçə vəsatət versə də, məhkəmə həmin vəsatətləri təmin etməyib. Onun sözlərinə görə, vəsatətlərindən biri zərərçəkənlərlə arasında olan mənzil verilməsi ilə bağlı müqavilələrdir: “Tərəflə bağlanan müqavilə əsasında cinayət işinin başlanması mümkün deyil. Çünki tərəflə aramızda müqavilə əsasında öhdəlik olub. Həmin öhdəliklə bağlı işimiz aparılır. Bizim işimizi korrupsiyada qanunsuz aparıblar. Burada insan taleyindən söhbət gedir. Bir qədər əsəbiyəm, bu səbəbdən fikirlərimi cilovlaya bilmirəm. Bu gün bizim vəsatətlərimiz rədd edilir. Belə görünür ki, biz ədalətə nail ola bilməyəcəyik.

Hörmətli hakim! Burada oturanların bəzilərinə əvvəllər 11 il iş vermisiz. Onların ailəsini başsız qoyubsuz. Hər bir vətəndaşın hüququ var. Mənim də danışmaq hüququm var. Məni hər kəs tanıyır. Eyni zamanda yuxarıda oturanlar da tanıyır. Mən danışsam yaxşı olmayacaq. Hər kəsin canı yanacaq. Onda heç kim deməsin ki, Abdulla niyə danışdı”.

Abdulla Abdullayev daha sonra bildirib ki, hüquqlarının bərpa edilməsi üçün Avropa Məhkəməsinə də şikayət edəcək: “Mən öz hüquqlarımı bərpa edəcəm. Bu gün çox şey danışmıram. Çünki Azərbaycan dövlətçiliyinə hörmət edirəm. Sabah danışsam, deməyin ki, niyə danışdın. 25 il əziyyət çəkmişəm, sonda da adımı dələduz qoyublar. Tikintiləri 5 ildir təhvil verə bilmirəm. Buna imkan vermirlər. Korrupsiya idarəsi mülki qaydada olan işə əl qoyub”.

Hakim bildirib ki, Abdulla Abdullayevin səsləndirdiyi fikirlər məhkəmənin gedişində həll olunan məsələdir. Buna görə də onun səsləndirdiyi fikirlərə bağlı hər hansı qərar açıqlanmır.

Daha sonra prosesdə çıxış edən prokuror ittihamnaməni elan edib. İttihamlara münasibət bildirən Abdulla Abdullayev özünü təqsirli bilməyib. O, ittihamların saxta olduğunu qeyd edib. Digər təqsirləndirilənlər Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasova da ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə

təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız Abdulla Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

Onu da qeyd edək ki, yanvarın 29-da keçirilən iclas zamanı hakim Əfqan Hacıyev deyib ki, hazırda təqsirləndirilənlərdən Elşən Novruzov barəsində olan başqa bir cinayət işinə onların iştirakı ilə baxılır və o iş də bu cinayət işi ilə əlaqəlidir. Ə. Hacıyev bu səbəbdən hakim heyətinin özlərinin özlərinə etiraz verdiklərini açıqlayıb.

Etiraz baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Həmin etiraza Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. İş yenidən hakim Əfqan Hacıyevin icraatına qaytarılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “AMAY Abdulla” şikayətini geri götürüb

    “AMAY Abdulla” şikayətini geri götürüb ...

    10-03-2016, 00:17

  • 
  • Prokuror “AMAY Abdulla”ya 14 il iş istədi

    Prokuror “AMAY Abdulla”ya 14 il iş istədi ...

    18-08-2015, 18:16

  • 
  • Təcili: “AMAY Abdulla”ya hökm oxundu - 13 il

    Təcili: “AMAY Abdulla”ya hökm oxundu - 13 il ...

    7-09-2015, 13:31

  • 
  • ​“AMAY Abdulla”: “Mən bilmirəm nəyi sübut etmək istəyirsiniz?!”

    ​“AMAY Abdulla”: “Mən bilmirəm nəyi sübut etmək ...

    21-05-2015, 23:28

  • 
  • “AMAY Abdulla”nın məhkəməsində yeni situasiya…

    “AMAY Abdulla”nın məhkəməsində yeni situasiya… ...

    20-04-2015, 22:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu