GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mikayıl Cabbarovla Bakı Təhsil İdarəsinin məhv etdiyi Bakı məktəbləri – Şok iddialar

Mikayıl Cabbarovla Bakı Təhsil İdarəsinin məhv etdiyi Bakı məktəbləri – Şok iddialar

Tarix: 27-02-2015, 22:19 Bölmə :Manşet Baxış: 0
Mikayıl Cabbarovla Bakı Təhsil İdarəsinin məhv etdiyi Bakı məktəbləri – Şok iddialar

Bakı Baş Təhsil İdarəsinin hər ay məktəblərdən müxtəlif ad və əməliyyatlarla bir neçə milyon pul topladığına dair faktlar var

«Varlı ailənin dəcəl» uşaqlarının qafasına uyğun olmayan idarəçilik məktəb direktorlarını kütləvi istefaya sürükləyir

Bakı Baş Təhsil İdarəsinin yarıtmaz və təlim-tədris prosesinə səriştəsiz yanaşması paytaxtın təhsil müəssisələrindəki vəziyyəti daha da ağırlaşdırıb. Artıq elə bir vəziyyət yaranıb ki, Bakı təhsili keçmiş kolxozçuların dili ilə desək, zootexnik səviyyəsində idarə olunur. Elə bunun nəticəsidir ki, Bakı məktəblərinin böyük əksəriyyətində tədrisin keyfiyyəti kəskin aşağı düşüb, təlim-tərbiyə sıfır vəziyyətdədir. Müəllim-şagird, müəllim-direktor, direktor-idarə münasibətlərindən isə danışmağa dəyməz. Bütün bunların kökündə isə Bakı Baş Təhsil İdarəsi və onun rəhbərliyi dayanır. Onlar məktəb direktorlarını tam səlahiyyətsizləşdiriblər.

Bu barədə «Gündəm Xəbər»i məlumatlandıran Təhsil Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyib ki, Bakı Təhsil İdarəsinin rəhbərliyi məktəblərə «zootexnik» və ya «aqronom» düşüncəsi ilə yanaşırlar:

«Mikayıl Cabbarov bu idarənin əsas vəzifələrinə təcrübəsiz, metodik və fundamental təhsil və müəllim-şagird münasibətlərindən anlayışsız, ancaq «varlı ailənin dəcəl» uşaqlarını təyin eləyib. Təbii ki, belə bir adamlar illərin peşəkar müəllim və direktorları ilə münasibətləri tənzimləmək, məktəblərdə mütərəqqi inkişafı təmin etmək, şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi üçün yeniliklər gətirmək qabiliyyətində deyillər. Bunu etmək gücü və qafasında olmayan Bakı Baş Təhsil İdarəsinin rəhbər şəxsləri, tam əksinə, keçmiş rəhbərliyin müəyyən qədər stabil saxladığı sistemi də məhv ediblər. Nəticə etibarı ilə, paytaxt Bakının təhsil sistemi tamamilə uçuruma yuvarlanıb».

Müsahibimiz deyir ki, hazırda paytaxt məktəblərində korrupsiya və rüşvət halları da mərkəzləşdirilib: «İndi məktəblərdə bəzi fənlər üzrə müəllimlərin ştatı, maaşı olduğu kimi saxlanılsa da, ancaq həmin fənni tədris edən müəllimləri sinif otaqlarında görmək mümkün deyil. Bakı Baş Təhsil İdarəsindən Bakı məktəblərinə laqeydsizlik, hər şeyi pulun gözü ilə görmək «xəstəliyi» səbəbindən əvvəllər məktəblərdə olan növbətçi müəllimlər də yoxa çıxarılıb. Daha dəqiqi, onların da maaşları mənimsənilir, amma özlərini məktəbdə görmək hər şagirdə nəsib deyil. Təbii ki, bu, təkcə təhsilin keyfiyyətinə təsir etmir, həm də uşaqların dərsdən yayınma hallarını kəskin artırır. Belə ki, şagirdlər dərs saatları sərbəst qaldıqlarından məktəbi özbaşına tərk edib, tərbiyələrinə mənfi təsir göstərən internet klublara ayaq açırlar. Məhz bunlara görə də məktəblərdə tez-tez əxlaqsız hallara, hətta qətl və intihar hallarına rast gəlmək olur. Səlahiyyətsiz duruma salınan direktorlar da buna qarşı tədbir görməkdə acizdirlər. Belə ki, direktorun bir az sərt davranışı və ya tələbi idarə rəhbərliyinin qəzəbinə səbəb olur, nəticədə direktorlar postlarını itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Pisi budur ki, direktorları Əmək Məcəlləsinin ən ağır maddəsi ilə cəzalandıracaqları ilə hədələyirlər. Bu isə onların məktəbdə nizamlı idarəçiliyi təmin etmək həvəsi və istəklərini də əngəlləyir».

Müsahibimiz müəllimlərin də ağır şərtlər altında işlədiklərini etiraf edib:

«Razıyam ki, ayrı-ayrı adamların Təhsil Nazirliyinə və ya Bakı Baş Təhsil İdarəsi ilə «gizli anlaşmaları» nəticəsində məktəblərə dərslik adı ilə müxtəlif test kitablarının sürətlə ayaq açmasına səbəb olur. Bu məktəbli çantasının nəzərdə tutulduğundan ağır olması ilə yanaşı, şagirdlərin həddən artıq yüklənməsinə səbəb olmaqla, onların dərsləri qavrama prosesinə mənfi təsir göstərir. Eyni zamanda, ağır vəziyyətdə çalışan müəllimləri də hərtərəfli çətin vəziyyətə qoyur. Onların şagirdlərlə aralarının açılması isə nizam-intizama həddən artıq pis təsir göstərir. Bəli, məktəblərdə dərs rejimi çox aşağı səviyyədədir. Maaşların azlığı, düzgün idarəçiliyin olmaması və sair hallar müəllimlərin də dərsə laqeyd yanaşması ilə müşaiyət olunur. Bundan əlavə, repititorluq edən müəllimlər zəif nəzarətdən istifadə edərək, şagirdləri özlərinə cəlb edirlər ki, pul qazansınlar. Hazırlığın bir ayının qiyməti 5 fənndən azı 500 manatdır. Bu isə hər ailənin ödəyəcəyi vəsait olmadığından Azərbaycan təhsilinin son illər daha ciddi uçurumda olduğunu söyləmək olar».

Ölkədə savadsızlaşmanın sürətlə vüsət aldığını deyən müsahibimizin sözlərinə görə, valideynlərin böyük əksəriyyəti məktəblərdə dərs keçirilməməsini, 9-cu sinifdən sonra şagirdlərin özbaşına buraxılması hallarına görə övladlarını tədrisdən tam ayırmaq məcburiyyətində qalırlar:

«Bakı Baş Təhsil İdarəsinin yenilənən rəhbərliyinin nəzarətsizliyi və korupsiyaya həddən artıq meylliyi belə vəziyyət yaradıb. Çünki belə vəziyyətə görə yuxarı siniflərin hər bir müəllimindən “aylıq hesab” yığılır. Bunu isə Bakı məktəblərinin ümumi sayına vurduqda isə ay ərzində çox böyük pulların toplandığını mübaliğəsiz demək olar».

Müsahibimiz onu da deyir ki, Bakı Baş Təhsil İdarəsinin belə fəaliyyətindən həddən artıq narazı qalan və özünə hörmət edən məktəb direktorlarının əksəriyyəti üsyan həddinə yetişiblər: «Direktorlar idarə rəhbərliyinin onlara zootoexnik və ya aqranom kimi yanaşmasını qəbul eləyə bilmirlər. Bu sahədə təcrübəsiz adamların məktəb direktorlarının bəziləri ərizə yazaraq işdən getmək niyyətlərini də gizlətmirlər. Sizə onu da deyim ki, bir müddət əvvəl əsassız bir əmrlə Bakı məktəblərində təhsil səviyyəsini yuxarı qaldıran 40 Qərbi Azərbaycan kökənli direktorların işdən azad olunmaları da, yeni rəhbərliyin hansı xislət və niyyətdə olduğunu təsdiqləyən önəmli faktorlardan biridir».

Bakı təhsilində korrupsiyanın tüğyan etdiyini də bildirən müsahibimizin sözlərinə görə, elə bir neçə il əvvəl Respublika Baş Prokurorluğunun Bakı şəhər Təhsil İdarəsinin Binəqədi-Nəsimi xidmət bölməsinin bir qrup maddi-məsul şəxslərinin cinayət əməllərinin ifşa edilməsi haqqında məlumatı da deyilənləri təsdiqləyə bilər:

«Həmin vaxtı Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakinlərinin Bakı şəhər Təhsil İdarəsinin əməkdaşlarının dövlət əmlakını mənimsəmələri barədə müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhər Təhsil İdarəsinin Binəqədi-Nəsimi xidmət bölməsinin bir qrup maddi-məsul şəxsləri qabaqcadan razılaşmaqla, orta məktəblərdə işləyən müəllim və texniki işçilərin faktiki əmək haqqı məbləğlərinin şişirdilməsi yolu ilə, habelə, həmin təhsil müəssisələrində işləməyən ayrı-ayrı şəxslərin adlarını orta məktəb işçilərinin ümumi siyahısına əlavə etməklə hesablanmış əmək haqlarını onların adlarına alınmış ödəniş kartları vasitəsilə müxtəlif banklara məxsus bankomatlardan ümumilikdə 695.0 min manat çıxarmaqla külli miqdarda dövlət vəsaitini mənimsəyiblər. Elə bu fakt yuxarıda deyilənləri təsdiqləyir. Əminliklə deyə bilərəm ki, bu hal indi daha rüsvayçı vəziyyətdə davam etdirilir. Yəni hər ay bəlkə də bir neçə milyon elə saxta əmək haqqı adı ilə mənimsənilir».

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda maaşı kəsilən müəllimlər kütləvi şəkildə etiraz etdilər

    Bakıda maaşı kəsilən müəllimlər kütləvi şəkildə ...

    8-12-2013, 23:56

  • 
  • Bakıda daha 3 məktəb koronavirusa görə BAĞLANDI

    Bakıda daha 3 məktəb koronavirusa görə BAĞLANDI ...

    17-03-2021, 20:22

  • 
  • Yeni dərs ilində Bakı məktəblərində 414 844 şagird təhsil alacaq

    Yeni dərs ilində Bakı məktəblərində 414 844 ...

    5-09-2019, 11:39

  • 
  • Bakıda koronavirusa görə bağlanan məktəbdə dərslər bərpa olunur

    Bakıda koronavirusa görə bağlanan məktəbdə ...

    3-03-2021, 14:04

  • 
  • 3000-dən çox şagird riyaziyyatdan və ana dilindən 2 alıb

    3000-dən çox şagird riyaziyyatdan və ana dilindən ...

    6-11-2013, 17:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu