ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb.
Bu haqda xəbər ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib.
ABŞ Maliyyə Nazirliyi genişləndirilmiş sanksiyanın siyahısını dərc edib. Siyahıya RNKB bankı və Avrasiya gənclər ittifaqı, həmçinin siyasətçilər daxil edilib.
Siyahıya daxxil edilən şəxslər aşağıdakılardır:
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov, Krımın daxili işlər naziri Sergey Abisov, baş nazirin müavini və Milli Bankın sabiq başçısı Sergey Arbuzov, tanınmamış Donetsk Xalq Respublikasının təhlükəsizlik şurasının katibi Aleksandr Xodakovski, Ukraynanın səhiyyə naziri olmuş Raisa Boqatıryova, Rusiya ictimai xadimi Aleksandr Duqin, DXR-ın Xarici İşlər Nazirliyinin başçısı vəzifəsini müvəqqəti icra edən Yekaterina Qubaryova və başqaları.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?