ABŞ Maliyyə Nazirliyi «Hizbullah» terror qruplaşmasının liderlərindən olan Xaytam Ali Tabatabaini sanksiya siyahısına daxil edib.
Tabatabai hərəkatda xüsusi təyinatlı dəstələrə cavabdeh idi. ABŞ bu dəstənin üzvlərini terrorçu hesab edir. Əsasən Suriyadakı döyüşlərdə iştirak edən Tabatabainin hazırda Yəməndə olduğu bildirilir.
ABŞ-ın yeni sanksiya siyahısına «Hizbullah»ı maliyyələşdirməkdə şübhəli bilinən bir şirkət və daha 3 nəfər də daxil edilib.
«Qara siyahıya» düşənlər ABŞ-ın hüquqi və fiziki şəxsləri ilə hər hansı biznes apara bilməz.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?