GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Güllə yarasından ölən iş adamı ilə bağlı sensasion məlumatlar

Güllə yarasından ölən iş adamı ilə bağlı sensasion məlumatlar

Tarix: 13-03-2015, 13:49 Bölmə :Manşet Baxış: 0
Güllə yarasından ölən iş adamı ilə bağlı sensasion məlumatlar

Fizuli Qasımov Ziya Məmmədovu üstələyən şərik tapandan sonra müəmmalı şəkildə ölüb; iş adamının ətrafı onun intihar xəbərini qəbul etmir; Goranboylu sahibkarın bahalı maşınları, paytaxtın bir neçə yerində evi olub; pulsuzluqdan özünə qəsd versiyası ortadan qalxır
İş adamı Füzuli Qasımovun müəmmalı ölümü çoxsaylı suallar yaradıb. Baş Prokurorluq F.Qasımovun ölümündən dərhal sonra özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlandığını bəyan edib. Amma F.Qasımovun yaxınları onun intihar etməsi iddiasını rədd edir, intihar versiyasını yaxına buraxmırlar. Bu ölümü təsadüf saymayanlar çoxdur...

İş adamı Bakının milyonçular məhəlləsində yaşayıb

F.Qasımovun ölümünə qədər yaşadığı Yasamal rayonu, Zahid Xəlilov küçəsi 145 ünvanındakı mənzilinə yollandıq. Bu ərazi Yasamalda milyonçuların yaşadığı məhəllə kimi tanınır. Məşhur “Tri Karona” yaşayış kompleksinin qarşısında “Lake Palace” hotelinin yanında yerləşən məhəllədə F.Qasımovu tanımayan yoxdur. Öyrəndik ki, F.Qasımov anadan olduğu Goranboy rayonunun Səfikürd kəndində torpağa tapşırılacaq. Mənzilində yalnız xanımlardan ibarət yaxınları vardı, onlar məsələ ilə bağlı F.Qasımovun atası Şubay Qasımova müraciət etməyimizi məsləhət bildilər. Ş.Qasımov Goranboya oğlunun dəfninə yollandığından onun fikirlərini öyrənə bilmədik...

Füzuli Qasımovu tanıyanlar nə deyir?

[thumbhttps://gundemxeber.az/uploads/posts/2015-03/1426239803_2.jpg[/thumb]

Fizuli Qasımov əlindən alınan gips karxanasındakı anbarda

F.Qasımovun ölümü ilə bağlı yayılan məlumatlarda onun depressiyada olduğu, ölümündən əvvəl yarım milyon manat pul axtardığı bildirilirdi. Qeyd olunurdu ki, F.Qasımovun silah gəzdirməyə xüsusi icazəsi olub. Özünü də həmin silahla vurub. Onu tanıyan şəxslər isə bunun əksini deyirlər.

Yarım milyon, yoxsa 70 min manat?

Güllə yarasından ölən iş adamı ilə bağlı sensasion məlumatlar

Buradakı iş yerimizi Ziya Məmmədova da verməyəcəyik

“Füzuli Qasımov həyatsevər insan idi. Ölümündən 1 gün əvvəl banklara getmişdi. Ona 70 min manat pul lazım idi. Əlində 300 minlik evin sənədləri vardı. Bankları gəzmişdi, ona pul verəcəkdilər. Yəni sənədləri girov qoyub pul götürəcəkdi. Onun oğlu Londonda təhsil alır, oğluna pul göndərəcəkdi. Martın 10-da pul tapıb, göndərib də. Bu dəqiqə iş adamlarının heç birinin əlində nağd pul yoxdur. Hamının pulu dövriyyədədir, Füzulinin də pulları dövriyyədə idi. Onun 1 milyon 400 min manat alacağı vardı. Yəni Füzuli 500 min manata görə özünü vurmazdı. Boş söhbətdir” - F.Qasımovun adının çəkilməsini istəməyən tanışı bildirib.

“Füzulinin pula görə özünü vurması düz söhbət deyil”

Fizuli Qasımov: “Həbsdə olanda təklif etdilər ki, müəssisənin 50 faizini onlara - yəni Ziya Məmmədova verim”

Digər bir tanışı isə F.Qasımovun ölümü ilə bağlı bunları deyib: “Füzuli Qasımov sırf iş adamı, sahibkar idi. Ürəyiaçıq, əliaçıq bir insan idi. Onun dələduzluqla, əyri işlərlə arası yox idi. Goranboydakı obyektinin yarısını əlindən almışdılar. İşinə mane olurdular, işi məhkəmələrdə idi. Obyektin qalan hissəsini də işlətməsinə imkan vermirdilər.

“Goranboy gips”in karxanası

Sənədləri də əlində idi. O, hakimiyyətdə çox böyük nüfuzu olan şəxsin yaxın qohumları ilə əlaqə yaradıb biznesinin ona aid hissəsini şərik işlətmək haqda razılıq əldə etmişdi. Ziya Məmmədov həmin şəxsin biznesinə girişməzdi. Belə bir vəziyyətdə, işlərinin düzələcəyi bir vaxtda Füzuli Qasımovun özünü öldürməsinə inanmaq çətindir. O, 2-3 il idi ki, əlaqə, güclü bir arxa axtarırdı ki, işini davam etdirsin.

İş adamının əlindən alınan karxana

Tapandan sonra özünü niyə vurmalı idi? İş düzələn yerdə Füzuli özünü vurardı? Əlbəttə ki, vurmazdı! Ona pul lazım olsaydı, Bakıdakı evlərindən birini satardı, 2 ay əvvəl 140 min manata aldığı ”Range Rover"i, 2014-ün son aylarında buraxılan “yeşka”nı, 5.7 motor “Lexus”u satardı. Bu adam Yasamalda, “Tri Karona” kompleksinin qarşısındakı gölün kənarında, qorunan həyətdə yaşayırdı. Oradakı mənzillərin qiyməti azı 200-300 min olar. Ötən ilin axırında Gəncədə 600 min manata bir obyektini də satmışdı. Yəni Füzulinin pula görə özünü vurması düz söhbət deyil.

Buranı ermənidən alıblar

İşlə bağlı hansı biznesmenin problemi yoxdur? O, deyib-gülən adam idi, özünü öldürməsi ağlasığmazdır. İndi elə bir iş adamı yoxdur ki, problemin içində olmasın. Onda Bakıda iş adamı qalmaz, hamı özünü vurar. Qumarbaz deyildi, narkotikdən istifadə etmirdi. Ailəsi, 2 övladı vardı, oğlu Londonda oxuyur, qızının da 3 yaşı var. Bu adam özünü, ətrafını dolandıran adam idi. Goranboyda imkansızlara da kömək edirdi. Döyüşçü uşaqlara da əl tuturdu. O, Goranboyda döyüşmüş, erməniyə qan udduran oğullardan idi. Onun gips kombinatı da ermənidən aldığı torpaqda idi. Silahı da yox idi. Onda silah görən olmayıb".

Füzuli Qasımovla nazirin ailə holdinqi niyə çəkişirdi?

2012-ci ilin martında F.Qasımov “Yeni Müsavat”a müraciət edərək üzləşdiyi haqsızlıqlarla bağlı yazı hazırlamağımızı xahiş etmiş, əməkdaşlarımızı Goranboya dəvət etmişdi. İstəyi bu idi ki, nəqliyyat naziri Ziya Məmmədovun ona qarşı qanunsuzluqları ictimailəşsin, məsələ ölkə rəhbərliyinin diqqətinə çatdırılsın. O dövrdə iş adamının dəvətini qəbul edib Goranboya getmişdik və “Yeni Müsavat”ın 2012-ci il aprelin 1-dəki sayında “Nəqliyyat naziri Qarabağ veteranının əmlakını əlindən alır” sərlövhəli yazı dərc etmişdik (Təqdim etdiyimiz fotolar da həmin vaxt çəkilmişdi, lakin sırf texniki səbəblərdən çapa getməmişdi).

Karxanada iş dayandırılmışdı

“Torpaqları erməniyə vermədik, buradakı iş yerimizi Ziya Məmmədova da verməyəcəyik”
Həmin yazını qısa ixtisarla təqdim edirik: “Biz bu torpaqları erməniyə vermədik, buradakı iş yerimizi Ziya Məmmədova da verməyəcəyik. Bizim çörəyimiz əlimizdən alınır. Biz heç nədən qorxmuruq, çəkinmirik. Prezidentimiz İlham Əliyevə güvənirik. Biz dövlətimizdən ötəri canımızı qoymuşuq” - bu sözləri redaksiyamızla əlaqə saxlayan Qarabağ veteranı, sahibkar Füzuli Qasımov dedi.

Bildirdi ki, Ziya Məmmədov Goranboyun Yuxarı Ağcakənd kəndindəki sahibkarların əmlakını ələ keçirmək istəyir: “Əsas məsələ budur. Biz bu torpaqları ermənidən almışıq. İndi də Ziya Məmmədov, onun oğlu Anar Məmmədov və ətrafları bu torpaqları əlimizdən almaq istəyir. Gəlin, burada yerindəcə başımıza gətirilən müsibətləri araşdırın”. Ötən gün Yuxarı Ağcakənddə olub yaranmış problemi araşdırdıq. Öyrəndik ki, kəndin ətrafında xeyli gips karxanaları yerləşir. 2000-ci ildə I Özəlləşdirmə Proqramı çərçivəsində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində yerləşən gips karxanalarının bir çoxu özəlləşdirilib.

Fizuli Qasımov işin dayandırılmasında naziri ittiham edirdi

“Biz ermənilərlə üz-üzə gələndə Ziya Məmmədovun oğlu Anar Məmmədov harda idi?”
Özəlləşmədə F.Qasımov da iştirak edərək gips karxanalardan birini özəlləşdirib: “Sovet vaxtı ”Goranboy Gips" ASC Yuxarı Ağcakənd Gips Kombinatı adlanırdı. Kombinatın rəhbərliyi və işçilərinin 90 faizi ermənilər idi. Qarabağ müharibəsi başlayandan sonra Goranboyda könüllü özünümüdafiə batalyonu yarandı.

Karxana avadanlıqları yarasız vəziyyətə salınmışdı

Ermənilər kombinatı qoyub qaçdılar. Bizlər dədə-babamızdan qalan silahlarla torpaqlarımızı ermənilərdən müdafiə etdik. Həmin karxanalar düşmən sərhədinin 1 kilometrliyində yerləşir. 1995-ci ilə kimi döyüşdük. Biz olmasaydıq indi Ziya Məmmədovun bizdən almaq istədiyi torpaqlar erməninin tapdağı altında idi. Bilmək istəyirəm ki, biz ermənilərlə üz-üzə gələndə Ziya Məmmədovun oğlu Anar Məmmədov harda idi?"

“Qurğu qurub məni həbs etdirdilər...”

Sahibkar deyir ki, “Goranboy Gips” ASC-nin özəlləşdirilməsi 2003-cü ildə başa çatıb. ASC-nin 58,4 faiz səhm paketi ona, 32,5 faizi isə qardaşına məxsus olub. Yerdə qalan hissə isə əmək kollektivinə məxsus olub: “Bu karxana 1992-ci ilin iyun ayında erməni işğalından azad olunan torpaqlarda yerləşir. Hazırda müəssisədə 85 nəfər işləyir. Burada işləyənlərin böyük əksəriyyəti bu torpaqların ermənilərdən azad olunmasında iştirak edən Qarabağ veteranlarıdır. 2006-cı ildə nəqliyyat naziri Ziya Məmmədovun adamları mənə ölkə rəhbərliyinin adından təzyiqlər etdilər ki, karxananı onlara verim. Vermədim.

Goranboyda Fizuli Qasımovun döyüşçü kimi hörməti vardı

Bundan sonra qurğu qurub məni həbs etdirdilər. Həbsdə olanda təklif etdilər ki, müəssisənin 50 faizini onlara - yəni Ziya Məmmədova verim. Dedilər ki, bu bizim yazılmamış qanunumuzdur. Məcbur olub ”Goranboy Gips" ASC-nin səhmlərinin 50 faizini onlara etibarnamə ilə verdim. İndi də bütün səhmlərimi əlimdən almaq istəyirlər".

“Xanlıq-bəylik yaradıb öz işlərini qurmaq istəyənlərə qarşıyıq...”

Ziya Məmmədovun əl qoymaq istədiyi gips karxanası Goranboyun mərkəzindən 45 kilometr aralıda yerləşir. Qeyd etdiyimiz kimi, karxana ilə təmas xətti arasında 1 kilometr məsafə var. Yol boyu müharibə zamanı dağıdılmış evlər, uçuq-sökük tikililər gözə dəyir. Karxanaya gedən yol dağların arasından keçir və dağılmış vəziyyətdədir. Bizi karxanaya aparan sürücü Aşağı Ağcakənddəki yeni tikilən evləri nişan verib deyir ki, orada qaçqınlar məskunlaşıb. Yuxarı Ağcakəndin girişdəki ilk gips karxanasını göstərən sürücü “Bura da deputat xanımın idi. Gültəkin Hacıyeva 15-20 nəfərə burada çörək verirdi. Deputatlığı bitən kimi Ziya Məmmədovun adamları tutub karxananı əlindən aldılar. Adamların da çörəyi kəsildi. Karxana da o vaxtdan böyrü üstə qalıb”.

BÖLÜM: Reportaj
YAYIM TARİXİ: 13 Mart 2015 08:55

Gültəkin Hacıbəylidən alınan “Gülüstan” karxanası

“Goranboy Gips” ASC-nin fəaliyyətdə olduğu ərazidəki gips karxanası 2006-cı ildə iki mərhələdə Füzuli Qasımovdan alınaraq “ZQAN holdinqə” (hazırda “Garant holdinq” adlanır - E.M.) daxil olan “Azbentonit” MMC-yə verilib: “ZQAN-ın tərkibindəki ”Azbentonit" MMC-yə dövlət zəmanəti ilə 52 milyon manat kredit ayrılıb. Yarandığı gündən “Azbentonit” MMC xammal olmadığına görə fəaliyyət göstərə bilmirdi. Buradakı gips mədənlərini ələ keçirib özlərinə məxsus zavodu xammalla təmin etməyə nail olmaq istəyirlər. Digər tərəfdən də Ziya Məmmədov “Azbentonit”i yaratmaqla ölkədə gips məhsulları istehsalını monopoliyaya almaq istəyir. Onların bu planları isə bizim kimi fərdi sahibkarların sıradan çıxarılmasından keçir. Məhkəmələrə müraciət edirlər ki, guya bizlər - yəni xırda sahibkarlar torpaqlardan səmərəsiz istifadə edir. Bu adla müəssisələri əlimizdən alırlar. İndi isə zor gücünə nəyim var əlimdən almaq istəyirlər. Məndən əvvəl sabiq deputat Gültəkin Hacıyevanın buradakı “Gülüstan” MMC adlı gips mədənini əlindən aldılar. Başqa mədən sahiblərinə də təzyiqlər başlayıb"- deyə F.Qasımov bildirdi.

Güllə yarasından ölən iş adamı ilə bağlı sensasion məlumatlar

Fizuli qasımovun əlindən zorla alınan avadanlıqlar

Sahibkar deyir ki, Azərbaycan torpaqları uğrunda can qoyan insanların çörəyinin əlindən alınmasında Goranboyun icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev də nəqliyyat nazirinə hər cür dəstək verir: “Başçı administrativ resurslardan istifadə edib müəssisəmizin fəaliyyətinə mane olur. Biz burada müharibə şəraitindəyik. Əmək kollektivinin əsas işçi qüvvəsi bu torpaqları ermənidən alanlardır.

Güllə yarasından ölən iş adamı ilə bağlı sensasion məlumatlar

Karxana yaxınlığında hərbçilərimizin postu var

Biz bu torpaqları erməniyə vermədik, buradakı iş yerimizi Ziya Məmmədova da verməyəcəyik. Bizim çörəyimiz əlimizdən alınır. Biz heç nədən qorxmuruq, çəkinmirik. Prezidentimiz İlham Əliyevə güvənirik. Biz dövlətimizdən ötəri canımızı qoymuşuq. Hansısa nazir bizim çörəyimizi əlimizdən ala bilməz. Burada xanlıq-bəylik yaradıb öz işlərini qurmaq istəyənlərə qarşıyıq. Dövlətimizdən, hörmətli prezidentimizdən kömək istəyirik”.

Güllə yarasından ölən iş adamı ilə bağlı sensasion məlumatlar

Bu gün “Goranboy gips”in karxanasından Ziya Məmmədovun holdinqi qazanır

Yada salaq ki, F.Qasımovun ölümü ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda 1970-ci il təvəllüdlü Füzuli Şubay oğlu Qasımovun meyitinin martın 11-də, səhər saat 11 radələrində paytaxtın Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdəki iş otağında aşkar edildiyi bildirlir. Qeyd olunur ki, odlu silahdan ürək nahiyəsinə açılmış bir atəş nəticəsində ölməsi ilə əlaqədar Yasamal rayon prokuroru, prokurorluğun əməkdaşları, prokuror-kriminalist, məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Hadisə zamanı qapı içəridən bağlı vəziyyətdə olub. Şirkətin digər əməkdaşları isə iş otaqlarında olublar. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin motivləri və başvermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Mövzuya qayıdacağıq.

E.MƏMMƏDƏLİYEV
Fotolar müəllifirndir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

  • “Şüşəli bazar” sahibinin ölümündə Ziya Məmmədov izi

    “Şüşəli bazar” sahibinin ölümündə Ziya Məmmədov ...

    4-12-2017, 14:25

  • 
  • Məşhur iş adamı qızını öldürüb, İNTİHAR ETDİ

    Məşhur iş adamı qızını öldürüb, İNTİHAR ETDİ ...

    23-04-2021, 15:13

  • 
  • Bakıda 56 yaşlı kişi özünü doğrayaraq intihar edib

    Bakıda 56 yaşlı kişi özünü doğrayaraq intihar edib ...

    31-10-2018, 13:51

  • 
  • “İrşad telekom” sahibinin ölümündə kriminal izlər - yeni iddialar

    “İrşad telekom” sahibinin ölümündə kriminal izlər ...

    26-09-2018, 16:19

  • 
  • Azərbaycanda 13 yaşlı oğlan intihar edib

    Azərbaycanda 13 yaşlı oğlan intihar edib ...

    3-02-2014, 11:39

Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

Hansı Antivirusdan istiafdə edirsiniz?

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu