GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bakının vəhhabi məscidlərində əməliyyatların şok pərdəarxası…

Bakının vəhhabi məscidlərində əməliyyatların şok pərdəarxası…

Tarix: 16-03-2015, 00:33 Bölmə :Manşet Baxış: 0
Bakının vəhhabi məscidlərində əməliyyatların şok pərdəarxası…

Şəhərin “Müşviqavad”, “Aşurbəy” və “Qaraçuxur” ibadət evlərinin nəzarətə götürülməsi ilə 26 radikalın həbsi İŞİD-ə qoşulanların sayını azaldıb; Suriyaya ailəvi gedənlər qayıda biləcəkmi? - “Gündəm-xəbər”də

Ölkəmizdən “İslam xilafəti”nə qoşulanların sayında kəskin azalma müşahidə olunur. Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən Suriyada və İraqda qanunsuz hərbi birləşmələrdə iştirak etməyə gedənlərin qarşısı alınmaqdadır.

“Gündəm-xəbər”n əldə etdiyi məlumata görə, bir neçə ay əvvəl müşahidə olunan tendensiya nisbətən səngiyib. Hüquq-mühafizə orqanlarının keçirdiyi ardıcıl əməliyyatlar, “Müşviqavad”, “Aşurbəy” ibadət evlərinin nəzarətə götürülməsi, “Qaraçuxur” məscidində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi prosesin qabağını kəsməyə kömək edib. Bundan əlavə, MTN-nin keçirdiyi uğurlu əməliyyatlar nəticəsində 26 İŞİD üzvünün, ardınca daha 10 belə radikal təriqətçinin həbsi axının qarşısını almaqda mühüm rol oynadı.

Eyni zamanda, sərhədi keçənlərin ciddi şəkildə yoxlanılması bu prosesin qarşısını əhəmiyyətli dərəcədə alıb. İraq və Suriyanın bir neçə şəhərlərini zəbt edərək özünü “İslam dövləti” elan edən terror təşkilatında yüzlərlə azərbaycanlının döyüşdüyü bildirilir.

Onların arasında xeyli sayda həlak olanlar var. Son aylarda isə ailəvi şəkildə İŞİD-ə qatılanların olması xüsusi xidmət orqanlarını hərəkətə keçirib. Sonuncu dəfə Şəkidən üç uşağı ilə birlikdə Suriyaya gedən ananın hadisəsi ciddi siqnal olub.

Terror qruplaşmalarına qoşulan azərbaycanlı radikal təriqət üzvlərinin sayının azalması son çıxışlardan sonra müşahidə edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlının bu mövzuda ardıcıl bəyanatları, radikal qüvvələrin iqtisadi bazalarının məhv ediləcəyi haqda çıxışları icra olunmaqdadır.

Komitə sədri son açıqlamasında Azərbaycandan İŞİD-ə qoşulanların sayının sıfıra endiyini açıqlayıb. M.Qurbanlı son müşavirədə bildirib ki, radikalizm ideyalarının yayılmasına qarşı Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir.

Xatırladaq ki, Azərbaycandan İŞİD-ə qoşulan ailələrin sayı durmadan artırdı. Şəkinin Daşüz kənd sakini İbrahim Məmmədovun Rusiyadan evinə qayıdanda ailəsinin Suriyaya getdiyini öyrənməsi şok effekti doğuran son hadisə idi.

İ.Məmmədovun sözlərinə görə, onun qayınları artıq bir neçə ildir Suriyada döyüşlərdə iştirak edir: “Qayınanam Şahbanova Qərinə Sədi qızı, bacanağım Alxasov Daşqın Abid oğlu və baldızım Alxasova Bahar Beydullah qızı mənim övladlarımı da özləri ilə aparıblar.

Amma onlar bunu necə edib, hələ də bilmirəm. Çünki mən 18 aprel 2013-cü ildə Rusiyaya işləməyə getmişəm. Orada işləyərək ailəmin dolanması üçün pul göndərirdim. Ölkəmizə isə bu il dekabrın 27-də qayıtmışam.

Anam mənə məlumat verdi ki, həyat yoldaşım Məmmədova Elnurə Beydullah qızı anasının və bacısının təkidi ilə uşaqlarımı

da götürüb onlarla Suriyaya gedib. Böyük qızım - Məmmədova Günay İbrahim qızının 15, kiçik qızım - Məmmədova Ülkər İbrahim qızının 12, oğlum - Məmmədov Rüstəm İbrahim oğlunun isə 13 yaşı var”.

İ.Məmmədovun sözlərinə görə, Şəki şəhərinin Daşüz kəndində 20 nəfərdən artıq adam Suriyada döyüşür. Daha əvvəl isə 40-a yaxın azərbaycanlı vəhhabi ailə Suriyaya gedib. Füzulidən məcburi köçkün düşən Fərhadovlar ailəsi məlumat verib.

Hazırda sözügedən ailənin 3 oğlu xanımları ilə birgə Suriya ərazisindədirlər. Kişilər saqqalını qırxaraq, qadınlar isə hicablarını açıb kosmetikadan istifadə edərək Azərbaycandan çıxmağa nail olublar. Ailələrin böyük əksəriyyəti evlərini və əşyalarını sataraq Azərbaycanı birdəfəlik tərk ediblər.

Fərhadovlardan gedən ailə üzvlərinin adları bunlardır - Fərhadov Məhəmməd, Fərhadov Seymur, Fərhadova Rahidə, Fərhadova Şəfiqə, Fərhadova Cəmalə və Fərhadov Vüqar. İsmayıllı rayonundan isə Suriyaya gedən vəhhabi ailələri geri dönüb. Əsəd rejiminə qarşı döyüşməyə gedən vəhhabilərin arvadları geri qayıdıb.

Rayonda bərbər işləmiş Rahidin həyat yoldaşı əri döyüşlərdə öldürüldükdən sonra Azərbaycana çətinliklə də olsa, geri dönməyə müvəffəq olub. Bu ilin avqustunda Suriyaya gedən bərbərin sentyabrın 27-də ölüm xəbəri yayılmışdı. Artıq onun arvadı və övladı İsmayıllıdadır. Məlumata görə, güləşçi Rəşad Baxşəliyevin də xanımı geri dönüb.

Onlardan biri - Şəkidə Rahim Hacıyev olub. Həmyerlisi Samir Abdurrəhmanova qarşı dələduzluq edərək avtomobil satacağı adı

ilə onun 11 min manatını alıb, avtomobili isə başqa yerdə gizlədib. Daha sonra R.Hacıyev həyat yoldaşı Günellə birgə Suriyadakı terrorçu qruplara qoşulmaq niyyəti ilə ölkəni tərk etmək istəyib.

Bu zaman rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. R.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan edilmiş 12 ədəd dini məzmunlu kitab, 9 ədəd disk və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Anoloji hadisə bu günlərdə Xudatda qeydə alınıb. Ata və oğul Suriyaya getmək istəyərkən sərhəddə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Xudat sakinləri Ramiz Şahbazi və oğlu Bəhruz Şahbazi Gürcüstanla sərhəddə yaxalanıblar.

Ata və oğul Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Suriyaya getmək istəyiblər. Hər iki şəxs İŞİD tərəfdarıdır. R.Şabhazinin digər oğlunun Xudat xəvariclərinə rəhbərlik etdiyi bildirilir.

Qeyd edək ki, onlarla belə ailə Suriyaya gedib.

Səhifəni hazırladı: Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MTN-lə MİT-in birgə İŞİD əməliyyatı

    MTN-lə MİT-in birgə İŞİD əməliyyatı ...

    8-01-2015, 23:26

  • 
  • ABŞ elçisi: “Suriyada əməliyyatlar başlayacaq”

    ABŞ elçisi: “Suriyada əməliyyatlar başlayacaq” ...

    4-09-2014, 19:29

  • 
  • Rusiya İŞİD-in qərargahını məhv edib

    Rusiya İŞİD-in qərargahını məhv edib ...

    15-10-2015, 19:54

  • 
  • “Bakı və ətraf rayonlardakı məscidlər son günlər ciddi polis nəzarətindədir”.

    “Bakı və ətraf rayonlardakı məscidlər son günlər ...

    14-12-2013, 23:26

  • 
  • İŞİD liderinin xilafət elan etdiyi məscidin ətrafı nəzarətə götürülüb

    İŞİD liderinin xilafət elan etdiyi məscidin ...

    16-04-2017, 20:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu