GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mingəçevir icra hakiminin toruna düşən 2 milyon hara sərf olunacaq?

Mingəçevir icra hakiminin toruna düşən 2 milyon hara sərf olunacaq?

Tarix: 16-03-2015, 01:06 Bölmə :Manşet Baxış: 0
Mingəçevir icra hakiminin toruna düşən 2 milyon hara sərf olunacaq?

Bəli, bir çoxlarınız tərəfindən qınaq obyektinə tuş gəlsək də, dövlətinə və xalqına xainlik edənləri ifşa etməyi özümüzə borc bildiyimizdən bu günlərdə digər icra başçılarının hallanan adı altında Mingəçevir icra başçısının səssizcə xımır-xımır milyonları tükətdiyindən yazmaq qərarına gəldik. Elə bu minvalla da “Gündəm Xəbər”in əməkdaşı bütün bu maliyyənin məqsəd və prinsiplərini araşdırarkən çox ilginc məlumatlar əldə edib.

Belə ki, sən demə, Mingəçevir icra başçısı Niyazi Bayramov son iki ildə əldə etdiyi maliyyə maxinasiyaları və dolandırıçılıqla həm böyük təcrübə toplayıb, həm də olduqca böyük kapital sahibinə çevrilib. Həmin maliyyələrin hardan gəlib, hara getdiyini açıqlamazdan əvvəl istərdik bu günlərdə Cənab Prezidentin Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və kommunal texnikanın alınmasına dair əlavə tədbirlər haqqında sərəncamı əsasında 2 milyon manat vəsaitin ayrılması ilə bağlı maliyyənin Mingəçevir icra başçısı tərəfindən nəyə sərf olunacağı ilə bağlı bir sual qoyaq. Bəli, Niyazi Bayramov 2 milyonluq mənzil fondumu inşa edəcək? Cənab Prezidentin hümanistliyindən və yenidənqurma siyasətindən istifadə edərək, bir parkın bitmək bilməyən abadlaşdırılmasına görəsən daha nə qədər maliyyə dövlət büdcəsindən oğurlanacaq?

Bu suallara cavab vermək üçün əlavə şərhə ehtiyac yoxdur. Sadəcə yaxın zamanlara qədər Niyazi Bayramovun maliyyə maxinasiyalarını araşdırsaq, yenicə ayrılmış 2 milyon manat məbləğində vəsaitin hara gedəcəyini müəyyən etmək olar. Belə ki, oran gərək kis, Niyaz Bayramov Mingəçevir İcra Hakimiyyətinin yerləşdiyi yerin arxasındakı Dostluq parkının 400 kvadrat metrdən çox ərazisini dövlət hesabına təmir etdirib. Daha sonra həmin ərazini öz şəxsi mülkiyyəti kimi sahibkarlara hansı sifətlə satıb? Parkın satılan ərazisində isə 30-dan artıq ağac məhv edilib. Bununla da Niyazi bayramovun cənab Prezidentin “Ağacları və yaşıllığı qoruyun” kimi tövsiyyəsinə sayqısızlıq edərək, ikinci kəs öz həddini aşmış olduğu da gözdən qaçmamalıdır. Əcaba prezidentin tövsiyyəsinə məhəl qoymadan.

30 ağacı məhv edərək, dövlətə məxsus parkı öz şəxsi mülkiyyəti kimi satması kimi ipə-sapa yatmayan fəaliyyətinin sonucu olaraq, sən demə 100 min manat vəsaitə görə imiş. Yəni əldə edilən məlumata görə, Niyazi Bayramov dövlət parkının 1 kvadratmetrini 250 manata sataraq, 100 min manat əldə edib. Bu hələ harasıdır? Niyazi Bayramovun gözü

doymaq bilmədiyindən Mingəçeviri səssiz-səssiz elə sovurub-süpürüb ki, geridə ancaq bizə qalan bu bir-iki boş kəlmə olacaq. Onsuz da deyilənə görə, Mingəçevir icra başçısı yerini elə bərkidib ki, onu hələm-hələm yerindən dəbərdib məsuliyyətə cəlb etməkdə prokurorlar belə acizdir... Çünki, bunca zamandır Mingəçevir İcra Hakimiyyətinin əli ilə şəhərdə guya həyata keçirilən tikinti, yaşıllaşdırma, parkların və xiyabanların salınması, təmiri və abadlaşdırılması kimi işlərin həyata keçirilməsi üçün milyonlarla manat maddi vəsait ayrılıb. Amma əslində isə həmin manatlar necə olubsa, Niyazi Bayramovun cibinə düşüb...

Misal üçün, ötən il Mingəçevirdə yerləşən “Sahil” və “Heydər” parklarının təmirinə 1 milyon yarım manat vəsait ayrılmışdısa, əldə etdiyimiz məlumata görə, həmin maliyyə vəsaitinin böyük hissəsi mənimsənilib. Puldan gözü doymayan Niyazi Bayramovun pul toplamaq məcaraları bununla bitmir. Niyazi Bayramov yeni fırıldaq səhifəsində yaxınlarının adına bir çox sayda MMC-lər açıb müxtəlif sayda maliyyə maxinasiyalarına əl ataraq, külli miqdarda vəsait əldə edirmiş. Belə ki, ütivarlı mənbənin verdiyi məlumata görə, Mingəçevirin “mələk” üzlü icra başçısı “Lider Monolit MMC” ni yaxınların adına yazdıraraq əldə etdiyi vəsaitlə belə nəfsini ört-bastır edə bilmədiyindən, “İşıqlandırma” MMC-si, eləcə də dövlət müəssisələri olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi, Mənzil Kommunal Təsərrüfatı Kombinatı, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarələrini olduqca mahir üsula əl ataraq, “Fərdi Yaşayış Məntəqələrinə Xidmət” idarəsi vasitəsi ilə, heç bir dövlət strukturunun nümayəndəsinin ruhu belə duymadan realizə edir.

Bundan əlavə, dövlət yerlərini sata-sata gedən icra başçısı kür çayı ətrafındakı əraziləri də olduqca böyük vəsaitə satdığı da bildirilir. Bu icra başçıları deyəsən “posta” təyin olunan zaman “dövlətin varı-yoxu mənim olacaq” deyib qədəm qoyurlar. Əks halda ancaq düşmən bu cür dövlətə xəyanət edər. Bir çox QHT rəhbərlərinin işlədikləri layihələr əsasında əldə etdikləri vəsaitin maliyyə hesabatında mütləq sürətdə bir nöqsanın olmadığına nə qədər and içmək olarsa, Niyazi Bayramovun da, sütdən çıxmış ağ qaşıq olduğuna o qədər and içmək olar...

Faktla bağlı araşdırmalarımız davam edir... Ümid edirik, yaxın günlərdə yenicə ayrılmış 2 milyon manatın Niyazi Bayramov tərəfindən nəyə xərcləndiyi ilə bağlı yetərli məlumat əldə edə biləcəyik...

Ülkər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı köçkünlərə və sahibkarlara divan tutur

    İcra başçısı köçkünlərə və sahibkarlara divan ...

    16-12-2015, 02:24

  • 
  • Prezident İlham Əliyev Mingəçevir Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edib - SƏRƏNCAM

    Prezident İlham Əliyev Mingəçevir Şəhər İcra ...

    17-12-2018, 16:02

  • 
  • Mingəçevir İcra Hakimiyyətindən şəhidlərə hörmətsizlik - FOTO

    Mingəçevir İcra Hakimiyyətindən şəhidlərə ...

    23-01-2020, 10:36

  • 
  • Mingəçevir İcra Hakimiyyətində keçirilən iclasda qalmaqal düşüb

    Mingəçevir İcra Hakimiyyətində keçirilən iclasda ...

    13-02-2013, 10:03

  • 
  • Mingəçevirdə tender maxinasiyaları - İlham İsmayılov dövlət büdcəsini belə dağıdır

    Mingəçevirdə tender maxinasiyaları - İlham ...

    1-06-2021, 16:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu