Mingəçevir Şəhər İcra Hakimiyyətində keçirilən iclasda qalmaqal düşüb. Adıçəkilən şəhərdən "bizimyolinfo.com"a verilən məlumatda bildirilir ki, icra başçısının müavinləri İlham İsmayılov, Əli Qəniyev, Hikmət Kərimov və Ramiz Əliyevin apardığı iclasda idarə, müəssisə və təşkilatların rəhbərləri növbəli şəkildə məruzə ilə çıxış ediblər. İclasın gedişi zamanı təyinatı mingəçevirlilər tərəfindən çox pis qarşılanan yeni müavin Ramiz Əliyev Kommunal Təsərrüfat və İstehsalat Birliyinin rəsi Ağa Ağayevə qarşı etikadan kənar ifadələr işlədib. O, özündən yaşca xeyli böyük olan Ağa Ağayevə "əəə" deyə müraciət edərək, onu başqa nalayiq ifadələrlə təhqir edib. Nalayiq ifadələr şəkər xəstəsi olan Ağa Ağayevə pis təsir edib. Ancaq əsl qalmqal da bundan sonra başlanıb. Ramiz Əliyevin ağsaqqal adama qarşı həqarətinə dözməyən Bağlar İdarəsinin müdiri Eyyub Rəşidov ona cavab qaytarıb. Bundan ürəklən digər idarə müdirləri də ona dəstək nümayiş etdiriblər. İclas yarımçıq qalıb. Hətta, R.Əliyevin dostu olan 1-ci müavin İlham İsmayılov da onları sakitləşdirə bilməyib. Tərəflər bir-birlərinə qarşı ağır ifadələr səsləndiriblər. İştirakçılar təkid ediblər ki, icra başçısı Niyazi Bayramov onları qəbul etməli və Ramiz Əliyev üzr istəməlidir. İcra başçısı öncə müavinlərini "sevdiyini"desə də, amma ara sakitləşəndən sonra Ramiz Əliyevi yanına çağıraraq onu "sərt şəkildə" tənbeh edərək, xəbərdalıq edib. Onu da qeyd edək ki, FHN-dən gələn və Azad Rəhimovun qudası olan bu icra başçısı olduqca sakit təbiətlidir və öz dilimizdə çətinliklə danışır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?