“Oğlum mənə söz verdi ki, bir də spirtli içki içməyəcək”.
Bunu azvision.az-a açıqlamasında Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov deyib.
O, oğlunun həbsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Qeyd edib ki, bu əməlinə görə, oğluna ciddi xəbərdarlıq edib: “Oğum Ceyhuna 5 sutka müddətinə həbs cəzası verilmişdi. İndi o cəzasını çəkib azadlığa çıxıb. O azadlığa çıxandan sonra içki içməməsi ilə bağlı ona xəbərdarlıq etim. İçkinin ziyanları barədə ona tövsiyələrimi bildirdim. O daha içki içməyəcək. Hazırda oğlum öz işi ilə məşğul olur”.
***** 14:37
Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb.
İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.
Martın 27-də C. Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?