Bu gün Yasamal rayon məhkəməsində Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin rayon sakini Şəfəq Səfərəliyevaya qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu barədə məlumatı Ş.Səfərəliyevanın yaxınları verib. Hakim İlahə Abbasovanın sədriliyi ilə keçirilən məhkəmə iclasında Şəfəq Səfərəliyevanın 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarılıb. Ş.Səfərəliyeva məhkəmə zalından həbsxanaya aparılıb.
Məlumat üçün bildirək ki, Ş.Səfərəliyeva icra başçısının ona təcavüz etdiyinə dair mətbuatda çıxış etmişdi. Bundan sonra icra başçısı Yasamal rayon məhkəməsinə müraciət edərək Ş.Səfərəliyevanın ona böhtan atdığını bildirib. Ş.Səfərəliyeva məhkəmədə bütün faktları təqdim etsə də, qərar onun əlehinə olub
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?