GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Xırdalanda poçtalyonlar Heydər Əliyev prospektini tanımır

Xırdalanda poçtalyonlar Heydər Əliyev prospektini tanımır

Tarix: 30-03-2015, 22:49 Bölmə :Manşet Baxış: 0
Xırdalanda poçtalyonlar Heydər Əliyev prospektini tanımır

Xırdalanda poçtalyonlar Heydər Əliyev prospektini tanımır

Bəs rabitə sisteminə rəhbərlik edən vəzifəli şəxslərin bundan və əhalidən internet xidmətinə görə “mənimsənilən” pullardan xəbərləri varmı?


Poçt xidməti lap qədim zamanlardan və bütün ölkələrdə şərəfli peşə olmaqla hörmətlə qarşılanıb. Bir növ bələdçilik sisteminə müvafiq olan bu sahə ən çox əhalini məlumatlandırmaq, kiçik həcmli daşımaları ünvana ən tez çatdırmaq missiyasını yerinə yetirib. Ərazini ən yaxşı tanıyanlar da poçt işçiləri arasından çıxıb ki, onları poçtalyon adlandırırlar.

Amma bu hər yerdə belə deyildir. Poçt sahəsində həyata keçirilən islahatlar bu xidmətdə çalışan insanların passivliyini artırıb. Belə ki, internet, mobil telefon əlaqələri, bəzi yükdaşıma xidmətləri yarandıqdan sonra poçtun vəzifə borcları xeyli azalıb. İstənilən halda bu məsələlər heç kimə haqq vermir ki, vəzifə borclarının icrasına səhlənkar yanaşsın və nəticədə vətəndaşların haqlı narazılıqlarına səbəb olsun.

Abşeron rayonu Xırdalan şəhər Mərkəzi Poçt şöbəsi işçilərinin məhz Heydər Əliyev prospektini tanımaması barədə vətəndaşların müraciətini ilk əvvəl ciddiliyə almasaq da sonradan mövzuya müraciət etmək məcburiyyətində qaldıq. Araşdırma zamanı bəlli oldu ki, məsələ ilə bağlı vətənndaşlar dəfələrlə Mərkəzi Poçtun rəhbərliyinə müraciət etmişlər. Hətta məktub gətirməli olan poçtalyon vətəndaşlar tərəfindən əraziyə gətirilərək Xırdalan dairəsi adlanan yerə yaxın olan prospektin dalanları və prospektə bitişik olan Mirzə Ələkbər küçəsi ilə tanış edilmişdir. Amma eyni hal yenidən təkrarlanmış və poçtalyon özünə haqq qazandırmışdır ki, bu dolaşığı o, deyil, poçtun məktub bölüşdürən işçiləri törətmişlər. Hətta poçtun müdirinin iki poçtalyonu işdən azad etdiyi xəbəri də vətəndaşların nəzərinə çatdırılmışdır.

Bununla belə vəziyyət hələ də öz həllini tapmayıb. Bu ərazidə yaşayan vətəndaşlara ünvanlanan məktublar ya it-bata düşür, ya “ünvanda yaşamır” qeydiyyatı ilə geri qaytarılır, ya da dəfələrlə müvafiq poçt filialına zəng olunandan sonra gətirilərək çatdırılır.

Araşdırma zamanı bəlli olub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Xırdalana şəhər statusu verildikdən dərhal sonra, yəni 2007-ci ilin ilk günlərində şəhərin mərkəzindən keçməklə iki hissəyə ayıran Zeynalabdin Tağıyevin adını daşıyan küçəyə Heydər Əliyev prospekti adı verilmiş və yenidənqurma, abadlıq işləri aparılmışdır.

Xırdalanda iki poçt filialı fəaliyyət göstərir. 1 saylı poçt şöbəsi şəhərin 28-ci məhəlləsində yerləşir və şəhərin prospektdən sağ hissəsinə, 2 saylı poçt şöbəsi isə Quşçuluq yaşayış massivində yerləşməklə şəhərin prospektdən sol hissəsinə xidmət göstərir. Nəzərə alsaq ki, Xırdalan şəhərinin uzunluğu Xırdalan dairəsindən başlamaqla Ceyranbatan gölü dairəsinədək beş kilometrdən uzundur və ərazidə bir neçə poçtalyonun fəaliyyəti kifayət etməz. Odur ki, ilk əvvəl vəzifəli şəxslərin ərazini yaxşı tanıması və düzgün bölgü aparması vacibdir.

Bu sahədə internet xidmətinin yarıtmaz olmasını da vurğulayan vətəndaşlar günahı məhz Abşeron rayon Telekommunikasiya Qovşağının işçilərində görür. “Zəng edib tələblərimizi bildirəndən iki-üç gün sonra internet olur, qalan günlər isə o qədər zəif fəaliyyət göstərir ki, olmaması ondan yaxşıdır” deyə açıqlama verən istifadəçi ATS işçilərinin bütün bəhanələrini aradan qaldırdığını bildirdi. Onun sözlərinə görə ATS işçiləri ilk əvvəl telefon xəttinin yararsız olduğunu bəhanə gətiriblər. Xətlər dəyişdirildikdən, hətta optik kabellə dəyişdirildikdən sonra da müxtəlif bəhanələr tapan işçilər bu ilin aprel ayından vəziyyətin düzələcəyini vəd ediblər. Onlara görə, ərazidə aparılan tikinti işləri o vaxta qədər başa çatdırılmalıdır ki, kommunikasiya kabellərinin çəkilişi yekunlaşdırılsın.

O vaxta qədər isə vətəndaşlar gözləməli, hər ay ödədikləri 20 manat müqabilində aldıqları 5 manatlıq internetlə kifayətlənməlidirlər.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, internet xidmət hər yerdə, paytaxtda və bölgələrdə yarıtmazdır və aradan qaldırılması üçün hələ ki, ən yüksək səviyyədə belə tədbir görmək fikrində deyillər. Azərbaycan Respublikası İnternet Forumunun Prezidenti Osman Gündüzün qeyd etdiyinə görə internetin zəif olmasına baxmayaraq ən baha xidmət də bizdədir. Acınacaqlı vəziyyətdir ki, müharibənin acısını dadan, ərazisi üç hissəyə parçalanan Ukraynada 4Mbit internet xidməti 6 manat civarında olduğu halda Azərbaycanda müxtəlif bölgələrə uyğun olaraq 30-40 manat arası dəyişir.

Əli bəy Azəri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hər 100 azərbaycanlıda 110 telefon nömrəsi var – Statistika

    Hər 100 azərbaycanlıda 110 telefon nömrəsi var – ...

    12-02-2014, 23:29

  • 
  • Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

    Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı ...

    1-02-2021, 10:42

  • 
  • Bu ərazilərdə poçtlar fəaliyyət göstərməyəcək

    Bu ərazilərdə poçtlar fəaliyyət göstərməyəcək ...

    10-02-2017, 13:28

  • 
  • Bakıda poçt məntəqəsində yanğın

    Bakıda poçt məntəqəsində yanğın ...

    22-11-2015, 14:16

  • 
  • “Azərpoçt”da “göbələyəbənzər” poçt şöbələri maxinasiyası

    “Azərpoçt”da “göbələyəbənzər” poçt şöbələri ...

    14-05-2014, 10:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (64)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu