GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Lənkəranda “yaşıl terror”

Lənkəranda “yaşıl terror”

Tarix: 31-03-2015, 11:19 Bölmə :Manşet Baxış: 0
Lənkəranda “yaşıl terror”

İcra başçısı Taleh Qaraşovdan ölkə rəhbərliyinə şikayət olundu

Bölgələrdə məmur özbaşınalıqları, vəzifə səlahiyyətlərindən sui-istifadə halları hər zaman əsas müzakirə obyekti olub. Təəssüf ki, dəfələrlə sərt xəbərdarlıqlar olunmasına baxmayaraq, hələ də özlərini toxunulmaz hesab edən, qanunlara məhəl qoymayan məmurlar tapılır. Məhz belə yarıtmaz fəaliyyətin nəticəsidir ki, dövlət tərəfindən əhəmiyyətli tədbirlər görülməsinə, büdcədən kifayət qədər vəsait ayrılmasına baxmayaraq regionlarda sosial-iqtisadi problemlər hökm sürür. İcra başçılarının fəaliyyəti nəticəsində narazılıq dalğası yaranır.

Ölkənin cənub bölgəsi də belə problemlərdən xali deyil. Cənub regionunun mərkəzi sayılan və əhalisinin sayına görə ən böyük şəhəri hesab olunan Lənkəran da sosial problemlər məngənəsində boğulur. Rayonun inkişafı üçün kifayət qədər vəsait ayrılmasına baxmayaraq, Lənkəranda həll olunmamış problemlər daha çoxdur. İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun fəaliyyəti artıq ciddi narazılıq doğurur. Xüsusilə abadlıq-quruculuq işləri adı ilə görülən tədbirlər iş adamlarını, yerli əhalini çətin duruma salıb. Lənkəranda torpaq satışı xüsusilə geniş vüsət alıb. Səfalı təbiətə malik olan rayonun əksər hissəsi satılıb. Təbii ki, torpaq satışı və tikinti bumu məmurların əsas gəlir mənbəyindən biridir. Təsadüfi deyil ki, indiyədək yüzlərlə vətəndaş müxtəlif formada bundan əziyyət çəkib. İllər öncə Bakı-Astara və Lerik-Lənkəran yol qovşağının birləşdiyi “Dördyol” adlanan ərazidə dükanların sökülərək yenidən tikilməsi və sahiblərinə satılması bir çox ailələrin maddi durumunu acınacaqlı hala saldı. Elə vətəndaşlar oldu ki, onlar yenidən dükanlarına sahib çıxa bilmədilər. Çünki yeni qiymətlər həddindən artıq böyük rəqəmlərdən ibarət idi. Bu söküntü-tikinti işləri Lənkəran “Böyük Bazar” ərazisində də aparıldı.

Şəhər ərazisində küçə yollarının bərbad bir vəziyyətdə olması da, rayonda görülən işlərin hansı səviyyədə olduğunu göstərir. Rayon rəhbərliyi sosial problemlər məngənəsində sıxılan Lənkəranın inkişafına heç bir diqqət yetirmir. Yoxsa yolları təmir etdirər, əhalini narazı salan digər çatışmazlıqları aradan qaldırardı. Bu gün şəhərin kanalizasiya sistemi yoxdur desək, yanılmarıq. Əslində yanılası bir şey də yoxdur. Çünki XXI əsrdə çirkli kanalizasiya sularının yolun kənarları ilə üstü açıq şəkildə axması həm xəstəlik saçır, həm də ətrafa pis qoxunun yayılmasına səbəb olur. Heç kim təminat verə bilməz ki, üstü açıq şəkildə axıdılan kanalizasiya suları sağalmaz xəstəliklər yarada bilməz. Amma bunun qarşısını almaq mümkündür. Rayon büdcəsindən müəyyən vəsait ayırmaqla yeni yeraltı xətlər çəkilə və mərkəzləşmiş qaydada çirkli sular dənizə axıdıla bilər. Amma görünür, icra başçısı və rayon rəhbərliyi bu problemlərə əlavə vəsait ayırmaq istəmir

Lənkəran öz zəngin təbiəti, yaşıllıqları ilə ölkənin ən gözəl bölgələrindən biridir. Lakin, rayon rəhbərliyinin “abadlıq-quruculuq” işləri yaşı yüz illərlə hesablanan qiymətli ağac növlərinin məhvinə səbəb olur. Bu gün ölkə rəhbərliyi, Heydər Əliyev fondu tərəfindən təbiətin qorunması, yeni ağac növlərinin əkilməsi xüsusilə diqqət mərkəzindədir. Mərhum prezident Heydər Əliyev ağac kəsilməsinə qarşı həmişə sərt mövqe sərgiləyirdi. Onun “ ağacın bir budağını kəsəndə elə bilirəm qolumu kəsirlər” sözləri təbiətin mühafizəsinə göstərilən diqqətin ən bariz nümunəsidir. Ancaq, Lənkəranda məmurların yürütdüyü siyasətə baxdıqda görmək olar ki, onlar nəinki bu sözlərə məhəl qoymur, əksinə daha çox qazanmaq üçün təbiətə divan tuturlar.

İcra başçısı Taleh Qaraşovun bu şəhərə vurduğu zərbə isə daha dəhşətlidir. Çünki şəhərin mərkəzində yaşı yüzü ötmüş yüzlərlə endemik ağac növü kəsilərək ticarət obyektləri inşa edilir. Maraqlıdır ki, ayrı-ayrı sahibkarların güdazına gedən yaşıllığın

haqq-hesabı kimdənsə soruşulmur. Əgər soruşulsaydı, onda icra başçısı belə səhlənkarlığa yol verməzdi .

Verilən məlumatlara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional İdarəsi rayon mərkəzindəki xiyabanda unikal ağacların kəsilməsi ilə bağlı rayon icra hakimiyyətinə müraciət edib. Həmin müraciətdə bu vəziyyətdən narahatlıq ifadə olunub, nadir ağacların qırılmasına dərhal son qoyulması və müvafiq araşdırma aparılaraq günahkarların cəzalandırılması tələb edilib.

Bundan başqa, verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Təşkilatı da bundan bir müddət öncə Lənkəran Rayon İcra Hakimiyyətinə müraciət edərək rayondakı parkda ağacların kəsilməsindən narahatlığını bildirib və bunun dərhal dayandırılmasını tələb edib.

Lakin İDEA təşkilatının da bu məsələyə müdaxiləsinə baxmayaraq, Lənkəran Rayon İcra Hakimiyyəti nadir ağac növlərinin qırılmasına göz yummaqda davam edir.

Lənkəran şəhərinin mərkəzindəki unikal park vəhşicəsinə məhv edilərək dağıdılır. Göründüyü kimi, Lənkəranda yaranan bu gərgin vəziyyət artıq nəzarətdən çıxıb. Açıq-aşkar dövlət siyasətinə zidd adımlar atılır, rayonun zəngin təbiəti məhv edilir. Bunun bərpası isə yəqin ki, uzun müddət mümkün olmayacaq.

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Lənkəranda “yaşıl terror”

    Lənkəranda “yaşıl terror” ...

    13-04-2015, 21:40

  • 
  • Taleh Qaraşovdan 1 milyon manatlıq şok korrupsiya

    Taleh Qaraşovdan 1 milyon manatlıq şok korrupsiya ...

    8-01-2013, 10:18

  • 
  • Palata Taleh Qaraşovu 15 dekabr ərəfəsində niyə “vurdu”? - Müdhiş iddia

    Palata Taleh Qaraşovu 15 dekabr ərəfəsində niyə ...

    27-11-2017, 10:55

  • 
  • Lənkəranda rəzalət davam edir-ŞOK İDDİA

    Lənkəranda rəzalət davam edir-ŞOK İDDİA ...

    23-12-2022, 15:26

  • 
  • Lənkəranda QARAŞOV ÇÖKƏKLİYİ... - Ölkə inkişaf edir, Lənkəran isə geriləyir...

    Lənkəranda QARAŞOV ÇÖKƏKLİYİ... - Ölkə inkişaf ...

    27-05-2019, 12:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu