GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hesablama Palatası 4 icra başçısının «evini yıxdı» – təfsilat

Hesablama Palatası 4 icra başçısının «evini yıxdı» – təfsilat

Tarix: 22-04-2016, 00:38 Bölmə :Manşet Baxış: 0
Hesablama Palatası 4 icra başçısının «evini yıxdı» – təfsilat

Lənkəran, Ağstafa, Qobustan və Kürdəmirin rəhbərləri yeyintiyə görə işdən çıxarılır

Məlum olduğu kimi, bir neçə gün əvvəl Hesablama Palatası bəzi şəhər və rayon İcra Hakimiyyətlərində və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda audit tədbirləri həyata keçirib.Tədbirlər Bakı şəhəri Səbail, Xətai, Xəzər rayonlarını, Mingəçevir və Lənkəran şəhərlərini, eləcə də Tovuz, Sabirabad, Ağstafa, Ucar, Bərdə, Kürdəmir və Qobustan rayonlarını əhatə edib.

Məlumatda deyilir ki, audit tədbirlərinin həyata keçirildiyi qurumlarda bəzi hallarda büdcə vəsaitlərinin funksional təyinatının dəyişdirilməsi hallarına yol verildiyi müəyyən olunub. Qurumlar tərəfindən mənzil fondunun gəlirlərinin az hesablandığı aşkar edilib. Mənzil fondu göstəricilərinin, o cümlədən əhalinin sayının tam nəzərə alınmaması, qeyri-yaşayış sahələri üzrə müqavilələrin bağlanılmaması və digər bu kimi səbəblərə görə mənzil və xidmət haqqı, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi haqqı və qeyri-yaşayış sahələri üzrə istismar yığımı üzrə mənzil fondunun gəlirləri az hesablanılıb.

Həmçinin, mənzil fondu evlərində liftlərə xidmətdən yaranan zərərin müəyyənləşdirilməsi prosesində əhalinin azaldılması hesabına lift haqqı az hesablanılıb.
Audit sübutları ilə mənzil fondunun zərərinin artırıldığı müəyyən olunub. Bundan başqa, dövlət büdcəsinə köçürülməli olan məcburi ödənişlərin bəzi hallarda təmin olunmadığı müəyyən edilib.

Həyata keçirilən tədbirlərin nəticələri ilə bağlı Hesablama Palatasına təqdim edilən məlumata görə, Səbail rayon İcra Hakimiyyətində büdcə vəsaiti hesabına artıq saxlanılan 21 ştat vahidi ləğv edilib və təsərrüfat gəlirləri hesabına maliyyələşdirilməli olan 7 ştat vahidinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi dayandırılıb. Eyni zamanda, 1 məsul işçi tutduğu vəzifədən azad edilib.

Xətai rayon İcra Hakimiyyətində 9 məsul işçiyə töhmət verilib, 2 işçiyə xəbərdarlıq elan olunub. Xəzər rayon İcra Hakimiyyətində 3 məsul işçiyə şiddətli töhmət, 6 işçiyə töhmət elan edilib, 1 işçiyə xəbərdarlıq olunub.

Mingəçevir şəhər İcra Hakimiyyətində 4 məsul işçi tutduğu vəzifədən azad olunub, 4 məsul işçiyə isə ciddi xəbərdarlıq edilib. Lənkəran şəhər İcra Hakimiyyətində 17 işçiyə töhmət verilib.

Tovuz rayon İcra Hakimiyyətində 1 məsul işçi tutduğu vəzifədən azad edilib, 7 işçiyə töhmət verilib, 1 qurumun rəhbərliyinə ciddi irad bildirilib.
Sabirabad rayon İcra Hakimiyyətində 6 məsul işçiyə ciddi xəbərdarlıq edilib. Ağstafa rayon İcra Hakimiyyətində 2 məsul işçi tutduğu vəzifədən azad edilib, 4 məsul işçiyə töhmət verilib, 3 işçiyə xəbərdarlıq edilib. Ucar rayon İcra Hakimiyyətində 2 məsul əməkdaşa töhmət verilib, 2-nə xəbərdarlıq elan olunub. Bərdə rayon İcra Hakimiyyətində 3 məsul əməkdaşa töhmət verilib, 5-nə xəbərdarlıq elan olunub. Kürdəmir rayon İcra Hakimiyyətində isə 11 nəfər maddi məsul rəhbər işçiyə töhmət verilib. Qobustan rayon İcra Hakimiyyətində 4 məsul işçiyə xəbərdarlıq elan olunub.

Hesablama Palatasının sənədində adları keçən İcra Hakimiyyətlərinin durumunun ağır olacağı deyilir. Belə ki, bu rayon və şəhərlərin bəzilərinin icra başçıları töhmətlə canlarını qurtara biləcəklərsə də, bəziləri bu şansdan məhrum olublar. Çünki hakimiyyət dairələri ciddi şəkildə korrupsiyaya yol vermiş qurumların cəzalandırılmasını daha məqbul sayıb.

Məlumatlarda vurğulanır ki, Kürdəmir, Lənkəran, Qobustan və Ağstafa rayon icra başçılarını artıq işdən çıxarılma gözləyir. Hakimiyyətin onlarla bağlı əvvəldən planı olsa da, bəzi səbəblərdən reallaşması ləngiyirdi. Lakin bu məsələ prosesi sürətləndirməyə rəvac verib. Nəticədə, onların vəzifələrini itirmələri və yeniləriylə əvəzlənmələri məsələsi gündəmə gəlib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hesablama Palatası icra başçısını yenə hədəfə aldı

    Hesablama Palatası icra başçısını yenə hədəfə aldı ...

    1-04-2015, 16:28

  • 
  • Mingəçevirdə büdcəni belə talayırlar Dəhşətli faktlar bu dəfə rəsmi

    Mingəçevirdə büdcəni belə talayırlar Dəhşətli ...

    21-01-2016, 20:42

  • 
  • Prezident Administrasiyasına ən çox müraciət edən vətəndaşların adları açıqlandı

    Prezident Administrasiyasına ən çox müraciət edən ...

    18-02-2014, 00:31

  • 
  • Hesablama Palatası AZAL-ın işində nöqsanlar aşkarlayıb

    Hesablama Palatası AZAL-ın işində nöqsanlar ...

    30-01-2018, 21:47

  • 
  • “İcra hakimiyyətlərinin işi” Milli Məclisə göndəriləcək

    “İcra hakimiyyətlərinin işi” Milli Məclisə ...

    29-10-2013, 13:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu