Qobustan rayonu üzrə Maliyyə İdarəsindən təşkilatlara çətinlik yaradılır. Səbəb kimi rayon Maliyyə İdarəsinin rəisi Nuru müəllimin təşkilat rəhbərlərindən pul istəməsidir. Belə ki, hər ayın axırında aylıq məvaciblərlə bağlı ayrılan dövlət vəsaitindən ən azı 10% Nuru müəllimə rüşvət formasında verilməlidir. Hansı büdcə təşkilatının aylıq dövriyyəsi çoxdur, həmin təşkilatın rəhbəri ayrılan vəsaitin 8%-ni maliyyədə saxlamalıdır. Bütün bunlar Qobustan rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nuru müəllim tərəfindən yazılmamış qanundur. Hansı təşkilatın rəhbəri vaxtında əmək haqqı, təmir, təşkilati avadanlıqlarının alınmasını istəyirsə, mütləqdir ki, ayrılan vəsaitin 12%-ni Nuru müəllimə versin. Əks təqdirdə, get-gəl, süründürməçilik kimi birokratik əngəl ilə üz-üzə qalmalıdır. Bütün bunlara görə məsələ şişib və Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov Nuru müəllimi işdən çıxarmaq istəyir. Ağdam Maliyyə İdarəsinin rəisindən sonra Qobustan rayon Maliyyə İdarəsinin rəisi də işdən çıxarıla bilər kimi fikirlər dolaşır.
Hazırda rayonda Nuru müəllimin qoyduğu faizlərə uyğunlaşa bilməyən, bu şəkildə işləyə bilməyəcək idarə rəhbərləri hesab edirlər ki, maliyyədə saxlanılan 10% vəsaitin 120-150 manat məvacib alan işçidən saxlanılması mümkünsüzdür. Digər tərəfdən, məvaciblərin kart sisteminə keçməsi təmin olunub. Heç kimə demək olmaz ki, məvacibindən 10% geri ver. Hətta, məsələ o həddə çatıb ki, istənilən təşkilata təmir üçün ayrılan vəsaitin verilməsində güzəşt yoxdur. Mütləqdir ki, 12%-indən keçəsən. Belə hallara görə işləmək mümkün deyil. Rayonda neçə belə təşkilat rəhbəri məsuliyyətdən yan olmaq üçün işini itirib. Rayon Maliyyə İdarəsinin rəisi isə neçə illərdir ki, bu kimi qanuna zidd əməllərini davam etdirir. Onun bu hərəkətlərinə isə “bəsdir” deyən tapılmır. Korrupsiyaya qarşı mübarizə kimin üçün aparılır, bunun fərqinə varılmır. Görünən odur ki, Nuru
müəllim işləyir. Bu kimi hallar da Maliyyə naziri Samir Şərifovun diqqətindən yayınmayıb. Bu yaxınlarda Qobustan rayon Maliyyə İdarəsinin rəisinin də işdən çıxarılacağı gözlənilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?