GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Cəlilabad Rayon Maliyyə İdarəsində büdcə təşkilatlarına “divan tutulur” - Maxinasiya

Cəlilabad Rayon Maliyyə İdarəsində büdcə təşkilatlarına “divan tutulur” - Maxinasiya

Tarix: 5-03-2018, 16:50 Bölmə :Manşet Baxış: 476
Cəlilabad Rayon Maliyyə İdarəsində büdcə təşkilatlarına “divan tutulur” - Maxinasiya


Cəlilabad Rayon Maliyyə İdarəsi rəisi Əlinazim Quliyev özünü icra başçısı kimi hiss edir. Onun rayondakı fəaliyyəti, davranışları, büdcə təşkilatları ilə iş prinsipi belə deməyə əsas verir.

Maliyyə rəisinin əməllərinə dair mətbuatda yer almış geniş informasiyalar, maxinasiya iddiaları nazirliyin də diqqətinə çatıb.

Bu xəbərlər portalımızda da ictimailəşdirilmişdi. O zaman maliyyə rəisi yaxın adamlarından birini elçi göndərərək məqaləsinin saytdan silinməsini xahiş etmişdi.

Portal rəhbərliyi də xahişi yerə salmayaraq yazının yayımını dayandırmışdı. Ancaq bundan sonra arxayınlaşan Ə.Quliyev yersiz çıxışlar etməyə, danışmağa başlayıb.

O, yaxın çevrəsində müştəbehlik və təkəbbürlülük göstərərək bildirib ki, mətbuat kimdir onun sözünü eşitməyə, arxasında nazir dayanır və s. ilaxır.
Bu da maliyyə rəisinin yaxşılığa yamanlığı... Qanunsuz işlərinin mediada yayımını dayandır, sağ ol yerinə deyilənlərə bax.

İddia edilir ki, idarə rəisi Əlinazim Quliyev nazirlikdən gizli əməliyyatlar həyata keçirib.

Ə.Quliyevin dosyesi nazirliyə təqdim olunub. Onun fəaliyyəti dövründə yol verdiyi nöqsanlar, maxinasiyalar, nazirlikdən gizli maliyyə işləri, büdcə təşkilatları ilə birgə mənimsəmələr S.Şərifova xəbər verilib.

Cəlilabad toylarında qarmon çalan, “helloza” mahnısının məhşur ifaçısı kimi tanınmış bu şəxs indi Cəlilabad Rayon Maliyyə idarəsinin rəisi işləyir.
Quliyev Əlinazim Şahsuvar oğlu qarmondan əlavə maliyyə əməliyyatlarının mahir ifaçısıdır.

Üstəlik, dövlət başçısının sərəncamına uyğun olaraq, ali təhsili olmayan şəxslər heç bir vəzifədə, o cümlədən idarə rəhbəri vəzifəsində işləyə bilməz.

Bütun bunlara baxmayaraq, hazırda Cəlilabad rayon Maliyyə idarəsinin rəisi Əlinazim Quliyev orta ixtisaslı maliyyəçidir.

Əlinazim Quliyevin ali təhsili yoxdur. Maliyyə idarəsinin müdiri pulun gücünə vəzifədə qalırmış.

Hətta idarə rəisi bütün yığıncaqlarda açıq şəkildə deyir ki, onun yuxarılarda yetərli qədər güclü adamları var və bu səbəbdən də diplomsuz halda vəzifəsində qala bilir.

Maraqlıdır ki, heç bir iqtisadi savadı olmayan bu adama Cəlilabad kimi bir rayonun maliyyəsini necə etibar ediblər? Maliyyə naziri Samir Şərifov həqiqətənmi işləri bu qədər nəzarətsiz buraxıb?

Bu da azmış kimi, idarə rəisi bəzi KİV-lərdə özü haqda tərifli yazılar yazdırır. Nazirin etmədiyinə cürət edən Ə.Quliyev özünü yaxşı maliyyəçi kimi təqdim edir.

Mediaya istinadla xəbər verir ki, Cəlilabad rayonunda fəaliyyət göstərən iş adamları, eləcə də ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri rayon maliyyə idarəsindən ciddi şəkildə narazılıq edirlər.

Əlinazim Quliyevin müdaxiləsindən sonra bir çox sahibkar rayonun abadlıq, quruculuq işləri və digər xidmətlərin göstərilməsi üçün keçirlən tenderlərdə iştirakdan məhrum qalırlar.

Əlinazim Quliyevin bir sıra iş adamlarının keçirilən tender komisyalarına təqdim etdikləri sənədləri müxtəlif bəhanələrlə geri qaytardığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, dolayı yolla sahibkarlara bildiriblər ki, mütləq rayon maliyyə şöbəsindən razılıq alınmalıdır.

Çünki sonda vəsait Cəlilabad Rayon Maliyyə İdarəsi tərəfindən ayrılacaq. Elə buna görə də iş adamlarına Əlinazim Quliyevlə dil tapmaq məsləhət görülür.

İdarə rəisi isə öz növbəsində, onun «şərt»lərinə əməl edən şirkətlərin tenderdə iştirakını təmin edir, digərlərini isə oyundan kənar vəziyyətdə saxlayır. Bunun səbəbi isə artıq bütün rayon sakinlərinə bəllidir.

İdarə rəisi bu yolla, yəni özünə yaxın müəssisələr vasitəsilə dövlət büdcəsindən ayrılan vəsaitləri təyinatdan kənar xərclərə sərf etməklə məşğuldur. Məhz bunun nəticəsində rayon maliyyə idarəsinin rəisi bir xeyli var-dövlətə sahiblənib.

Əlinazim Quliyevin dövlət büdcəsindən ayrılan vəsaitlərə şərik durduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, Cəlilabad Rayon Maliyyə İdarəsi tərəfindən bəzi idarə və müəssisələrə verilən pullarda kəsir yaşanır.

Çünki idarə rəisi büdcə təşkilatları üçün ayrılmış pulların bir qismini özünə götürür. Həmin idarə və müəssisə rəhbərlərinə deyir ki, yalnız bu şəkildə onlara hər il pul ayrılmasına şərait yarada bilər.

Bundan əlavə o, ilin sonlarında büdcə təşkilatları ilə anlaşaraq onlar üçün büdcədən əlavə pulların ayrılmasını həyata keçirir.

Hər hansı bir idarə və müəssisə rəhbəri əlavə olaraq pul tələb edirsə, bəribaşdan maliyyə idarəsinin müdirinə onun 20 faizini verməlidir./fia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağdam Maliyyə İdarəsinin rəisindən sonra Qobustan rayon Maliyyə İdarəsinin rəisi də işdən çıxarıla bilər

    Ağdam Maliyyə İdarəsinin rəisindən sonra Qobustan ...

    12-04-2015, 23:59

  • 
  • Nazirliyin idarəsində şübhəli maliyyə fırıldaqları

    Nazirliyin idarəsində şübhəli maliyyə fırıldaqları ...

    19-02-2015, 23:35

  • 
  • Bərdədə Rza Əliyev “qanunları“

    Bərdədə Rza Əliyev “qanunları“ ...

    20-04-2016, 23:06

  • 
  • Maliyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiq edildi

    Maliyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi ...

    12-08-2016, 23:51

  • 
  • Vilyam Hacıyevdən Rəsul Quliyevə maliyyə dəstəyi

    Vilyam Hacıyevdən Rəsul Quliyevə maliyyə dəstəyi ...

    21-12-2012, 12:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu