GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İçdiyimiz su da çirkab imiş...

İçdiyimiz su da çirkab imiş...

Tarix: 14-04-2015, 21:47 Bölmə :Manşet Baxış: 0
İçdiyimiz su da çirkab imiş...

Bir adam su verəndə, ona “su qədər ömrün olsun”, “su kimi aydınlığa çıxasan”, “su kimi pak insandır” kimi kəlamları işlətirik. Düşünürük ki, su pak olmalıdır. Amma heç kəs düşünmür ki, su həqiqətən də pakdırmı? Bu sual çoxlarınıza qəribə gələ bilər. Amma biz həm mövcud su təchizatı ilə bağlı məsələləri də, su ehtiyatını və əhalinin necə su işlətməsi ilə bağlı araşdırma da apardıq. Məlum oldu ki, kasıb təbəqə su yerinə çirkab içir.

Bu arada isə Azərsu Səhmdar Cəmiyyəti nə iş görür, məlum deyil. Əslində onun nə iş gördüyü haqqında gələn sayımızda yetərli məlumat verəcəyik. İndi isə içdiyimiz suyun tərkibindən və haradan içdiyimizdən danışaq ki, bilməyənlər də bilsin. Məlum olduğu kimi, regionun ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, cəmi 10 faizi Azərbaycanın payına düşür. Müxtəlif bölgələrdə, xüsusən də Aran zonasında əhalinin içməli suya olan tələbatı əksər hallarda isə sanitar normalara cavab verməyən arx və kanal suları vasitəsilə ödənilir. Hə, elə problem də burasındadır. Çünki, Azərbaycanda şirin su ehtiyatının keyfiyyəti həqiqətən də narahatlıq doğuran məsələdir. Xüsusən də kənd əhalisinin 46 faizdən çoxu fiziki-kimyəvi tərkibi bəlli olmayan quyu sularından istifadə etmək məcburiyyətindədir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin 29,6 faizi, şəhər əhalisinin 26,3 faizi, kənd əhalisinin isə 29,9 faizi içməli suyu şəxsi həyətlərdəki quyulardan götürür. İçməli suyu ümumi quyulardan, bulaq, çay və nohurlardan götürənlər əhalinin 28,5 faizini təşkil edir. Kənd yerlərində isə bu göstərici 30,8 faizdir. Şəxsi həyətlərdəki quyuları da nəzərə alsaq, kənd yerlərində içməli suyu quyu, bulaq, çay və nohurlardan götürənlər bu ərazilərdə yaşayanların 60,7 faizini təşkil edir. Bəs quyu, bulaq, çay və nohurlardan götürülən suyun keyfiyyətinə nəzarət edən varmı, sualını versək, əlbəttə nəzarətin olduğunu

hamı deyəcək. Amma nəzarət olunsaydı, çirkab su əhalinin stolunun üstünə qədər necə gedib çıxa bilərdi? Deməli, mərkəzləşdirilmiş su sistemindən kənarda istifadə olunan içməli suyun keyfiyyəti müntəzəm şəkildə yoxlanılmır.

Dünya və içməli su problemi...

Bu gün etiraf edək ki, içməli su məsələsi dünyanın ən vacib problemlərindən hesab olunur. Beynəlxalq ekspertlərin fikrincə, dünyada yayılmasına və qlobal xəstəlik yükünə görə ikinci yeri tutan diareya (ishal) xəstəliyinin 90 faizi istehlak üçün təhlükəli olan su, qənaətbəxş olmayan sanitariya və aşağı səviyyəli gigiyenadan törənir.

Hesablamalara görə, 15 yaşdan kiçik olan uşaqlarda diareya xəstəliyinə tutulma halları HİV/AİDS, vərəm və malyariya xəstəliklərindən daha çoxdur. Bu xəstəlik 5 yaşına qədər olan uşaqlarda ölüm hallarının ikinci əsas səbəbi hesab olunur. Avropa regionunda hər il diareya xəstəliyinin hesabına 39 min ölüm halı qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, çirkli və içməyə yararsız su dünyada hər on xəstəlikdən birinin və bütün ölüm hallarının 6 faizinin səbəbidir. İstifadəyə yararsız su dünyada 15 yaşınadək uşaqlar arasında xəstəlik hallarının 22 faizini təşkil edir. Keyfiyyətli su mənbələrinin olmaması üzündən hər il dünyada 1 milyon 600 mindən çox insan tələf olur ki, onların də əksəriyyəti 5 yaşınadək uşaqlardır. Birləşmiş Millətlər Təşkilatının hesablamalarında deyilir ki, dünya əhalisinin 2,5 milyard nəfərinin hələ də keyfiyyətli suya çıxışı yoxdur. Qiymətləndirmələrə görə, hər il 1,6 milyon nəfər, xüsusən də 5 yaşadək olan uşaqlar keyfiyyətsiz suyun yaratdığı xəstəliklərdən dünyasını dəyişir. Qayıdaq Azərbaycandakı içməli suyun tərkibinə... Azərbaycanda keyfiyyətli su ehtiyatı və bu ehtiyatın insan sağlamlığına yararlı halda əhaliyə çatdırılması imkanları regionlar üzrə fərqlənir. Mərkəzləşdirilmiş su sisteminə malik paytaxt və iri şəhərlərdə suyun keyfiyyəti yoxlansa da, belə bir

nəzarət, demək olar, yoxdur. “Azərsu” ASC-də bildirirlər ki, Bakı şəhərinə daxil olan içməli su mənbədən paylama şəbəkələrinədək bir neçə mərhələdə MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standartın (2874-82 saylı QOST) tələbləri əsasında analiz olunur. (Bu analiz məsələsinə bir qədər sonra qayıdacağıq.) Belə ki, yeraltı və yerüstü su mənbələrindən götürülən su əvvəlcə mənbənin özündə 2874-82 saylı QOST-un standartları əsasında emal olunur və kəmərlər vasitəsilə paytaxtın su təchizatı şəbəkəsinə daxil olur. Paytaxta daxil olan suyun keyfiyyət göstəriciləri həmçinin “Bakı Sukanal” İdarəsinin mərkəzi laboratoriyasında təkrar təyin olunur. Nəql olunma və anbarlarda saxlama zamanı suyun keyfiyyət dəyişikliyinə nəzarəti təmin etmək məqsədilə analizlər götürülür.

Ümumilikdə “Azərsu” ASC-nin emal etdiyi içməli suyun keyfiyyət göstəriciləri Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı və QOST-un normaları əsasında müəyyən edilir. Bu zaman 36-dan çox norma üzrə orqanoleptik, fiziki-kimyəvi, radioloji və üzvi maddələrin miqdar göstəriciləri təyin olunur. Həmçinin ayrı-ayrı məhəllələrdə əlavə su anbarları varsa, orada da vaxtaşırı laborator yoxlamalar aparılır. “Azərsu”da bildirirlər ki, içməli suyun başlıca sanitar-bakterioloji göstəriciləri bağırsaq çöplərinin sayıdır və analiz zamanı bu normalara xüsusi diqqət yetirilir. Amma bütün bunlar yalnız mərkəzləşdirilmiş qaydada su sistemi ilə təmin olunmuş şəhərlərə və qismən də rayon mərkəzlərinə aiddir.

Mərkəzləşdirilmiş su sistemi olmayan rayonlarda əhali içməli suyu quyulardan, suvarma kanallarından, çay və göllərdən götürür ki, həmin mənbələrdə heç bir ekoloji təmizləmə aparılmır. Kürdəmir, Yevlax, Ucar, Biləsuvar, Salyan, Sabirabad və digər rayonların əksər kəndlərində isə əhali Kür və Araz çaylarından ayrılan kanalların suyunu kustar üsullarla təmizləyir, duruldaraq içirlər. Bəzilərinin “kaçalka” adlandırılan

su quyularının geniş yayıldığı Aran bölgəsində də əhalinin böyük əksəriyyətinin içdiyi suyun keyfiyyəti yoxlanılmır. Bölgənin ekoloji təmiz su qıtlığı problemi yaşanan ən iri rayonlarından sayılan Bərdə də vəziyyət eynidir. Kəndlərlə yanaşı rayon mərkəzində yaşayan əhalinin də bir qismi içməli suyu məhəllələrdə qazdıqları quyulardan götürür.

Şəhər əhalisinin “qara su” adlandırdığı bu sudan hətta qonşu məhəllələrin sakinləri də istifadə edir. Amma yerli sakinlər bildirir ki, ərazidə kanalizasiya sistemi olmadığından çirkab suları qrunt sularına qarışaraq su quyularına axır. Yaz-payız mövsümündə, xüsusən də qış aylarında isə uzun sürən yağış nəticəsində quyulardan çıxan suyun bulanıqlığı birə-beş artır.

Bərdə şəhər sakinləri isə öz növbələrində bildirirlər ki, quyulardan çıxan su içməyə yararlı olmasa da, hamı “kaçalka” suyundan çay da qaynadır, xörək də hazırlayır. Onların sözlərinə görə, adi vaxtlarda quyulardan çıxan su lilli olur. Ona görə də, əhali əvvəlcə qablarda çökdürüb, sonra yenidən süzdürürərərk istifadə edirlər. Amma bu proses yağış yağan zaman bərbad olur və əhali qapqara su içməli olur. Çünki palçıqlı suyu çökdürərək istifadə etmək belə effektli nəticə vermir. Amma əhali qeyd edir ki, məcburiyyət qarşısında qalıb o palçıqlı suyu da içməli olurlar. Sakinlərdən biri bildirir ki, çökdürərək istifadə etdikləri quyudan çıxarılan suyu bir dəfə maraq üçün bir butulkaya töküb analizə də aparıblar. Analiz zamanı bu suyun tərkibində bağırsaq çöpləri, hətta qurd olduğu müəyyənləşib. Amma məcburiyyət qarşısında qalan əhali elə həmin bağırsaq çöplü çirkab suyu içməli olurlar... Bu cür analizlərdən birini də politoloq Fərhad Mehdiyev aparıb və həmin nəticəni paylaşıb. Biz də, “Gündəm xəbər”in əməkdaşları həmin analizin görüntüləri ilə bərbər çirkab suların kimyəvi tərkibini də sizlərə çatdırmaq istəyirik. Politoloq Fərhad Mehdiyev su ilə bağlı apardığı analizdən sonra “Bakı sakinlərnə diqqət”, deyə müraciət edib. Həmin araşdırmanı elə politoloqun dilindən olduğu kimi oxuculara

təqdim edirik: “Bu axşam içdiyimiz və istifadə etdiyimiz suyu elektroliz qurğusundan keçirdim. İki növ suyu yoxladım. Pulla aldığımız Billur suyunu və şəbəkədən axan Qəbələ suyunu. Aşağıda bunların elektrolizdən sonrakı şəkillərini qoydum. Bunlardan sadəcə sarı rəngə bürünmüş su, Billur suyudur və ona bu rəngi verən sudakı kalsium və natrionlarıdır. Bataqlıq suyuna bənzəyən isə, içində yaşıl və qara çöküntülər olan - adi şəbəkə suyudur, o da qəbələdən gətirilən, normal gözlə çöküntüsü olmayan sudur.

Qəbələ suyu dərhal qızdı, bu ondakı ağır metalların çoxluğunu göstərir, Billur suyu isə az isindi. Billur suyunun mənfi cəhəti o oldu ki, ondaki sərtlik 20-dən yuxarıdır - hardasa 70 göstərirdi”. Politoloq sonrda həmin sudan istifadə olunmaması ilə bağlı tövsiyyə də etdi: “Əsla qaynadılmış belə olsa, şəbəkə suyundan içməyin! Bu sizi həyatınız sonunda xərçəngə gətirib çıxaracaq. O su ilə çox isti və uzun müddətli duş almayın - həmin ağır metallar dəri vasitəsilə bədəninizə keçəcəkdir!”

Görəsən, “Azərsu” ASC-si indi nə deyəcək? Burda deyirlər, “İçdiyimiz su da burnumuzdan gəldi”. Təki “Azərsu” ASC-nin çirkablı fəaliyyəti sağ olsun!

Ülkər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gecənin şok xəbəri: fevralın 1-dən suyun və işığın qiyməti qalxır

    Gecənin şok xəbəri: fevralın 1-dən suyun və ...

    18-01-2014, 01:00

  • 
  • Rusiya əhalisinin 52 faizi mövcud hökuməti dəstəkləmir

    Rusiya əhalisinin 52 faizi mövcud hökuməti ...

    18-12-2012, 13:33

  • 
  • Çirkab suların Xəzərə axıdılmasına görə Sumqayıt Su Kanal İdarəsinin rəisi cərimələnib

    Çirkab suların Xəzərə axıdılmasına görə Sumqayıt ...

    7-07-2018, 11:42

  • 
  • Ağsunun bu kəndində əhali 10 gündür içməli suya həsrətdir, qurumlar isə... (ŞİKAYƏT)

    Ağsunun bu kəndində əhali 10 gündür içməli suya ...

    25-06-2020, 16:06

  • 
  • Su təchizatı nə vaxt bərpa olunacaq? - RƏSMİ + YENİLƏNİB

    Su təchizatı nə vaxt bərpa olunacaq? - RƏSMİ + ...

    3-07-2018, 12:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu