GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Musa Şəkiliyevin viran qoyduğu Qax

Musa Şəkiliyevin viran qoyduğu Qax

Tarix: 14-04-2015, 23:54 Bölmə :Manşet Baxış: 0
Musa Şəkiliyevin viran qoyduğu Qax

İcra başçısının fəaliyyəti rayonda böhranlı vəziyyət yaradıb

Ölkənin ayrı-ayrı bölgələrinin məmurlar tərəfindən az qala özəlləşdirilərək xüsusi mülkiyyət kimi idarə olunması haqqında dəfələrlə yazılıb. Məhz belə məmurların fəaliyyəti nəticəsində yerlərdə korrupsiyanın və rüşvətxorluğun inkişafı özünün “çiçəklənmə” dövrünü yaşayır. Nəticədə həm büdcənin milyonlarla vəsaitinin taleyi qaranlıq qalır, həm də insanlar arasında inamsızlıq və narazılıq formalaşır. Ölkənin regionlarının sosial-iqtisadi inkişafını təmin etmək üçün xüsusi proqramların qəbul edilməsi, bu məqsədlə büdcədən iri həcmli vəsaitlərin ayrılması razılıqla qarşılanır. Lakin, bir çox hallarda reallıqlara nəzər saldıqda görmək olar ki, əksər məmurlar öz əməlləri ilə görülən işlərə kölgə salır, onlara göstərilən etimadı doğrultmurlar.

Qax, Zaqatala və Balakən rayonlarının “Melorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri Əhməd Əhmədzadənin nəzarəti altında olması faktı da yeni deyil. Bu rayonların rəhbərləri də məhz onun “kadrları” hesab olunur. Mətbuatda gedən informasiyalara nəzər salsaq, qeyd olunan bölgədə bütün biznes strukturlarının da onlara aid olduğunu görərik. Bu baxımdan Qax rayonu da istisna təşkil etmir. Rayonun mövcud durumu ilə icra başçısı Musa Şəkiliyevin verdiyi rəsmi açıqlamaları tutuşdurduqda bütün mənzərə üzə çıxır. Belə ki, “xərclənən” dövlət vəsaitlərinin məbləği ilə Qaxın real mənzərəsi tamamilə ziddiyyət təşkil edir. Əgər icra başçısının təqdimatına inansaq, rayon tamamilə yenidən qurulan, müasir infrostruktura malik bir region təsiri bağışlayar. Əslində isə Qaxın problemləri illərdir ki, yerində saymaqdan qaxaca dönüb.

“Yola verilən” büdcə vəsaitləri və rayon yollarının real vəziyyəti

Kağız üzərində dəfələrlə əsaslı təmir olunmasına, tamamilə yenidən qurulmasına baxmayaraq, rayon mərkəzində və bir çox kəndlərində yollar pis vəziyyətdədir. Şəhər daxilindəki təmirsiz küçələr isə baxımsızlıqdan uçulub dağılır, yalnız bir neçə əsas küçələr istisna olmaqla.

Qismən də olsa, normal vəziyyətdə olan Oğuz-Qax kəsə yolunu nəzərə almasaq digər rayon daxili yollar bərbad vəziyyətdədir. Halbuki, qeyd etdiyimiz kimi əslində bu yollar sənədlərdə tamamilə “yenidən qurulub”. Verilən məlumatlarda isə yolların təmir olunmasının hansı “meyarlarla” həyata keçirildiyi aydın olur.

“Gündəm xəbərə” daxil olan informasiyalara əsasən, yol təmiri işlərində icra başçısı nədənsə daha çox fiziki şəxslərə etibar edir. Dövlət Satınalmaları Agentliyinin məlumatına görə, fiziki şəxs Kazım Hümmətov Aşağı Malax kəndinə gedən yolun təmiri üzrə tenderi udub. İş büdcəyə 157 min 175 manata başa gəlib. Lakin diqqət yetirdikdə bunun özəl sahibkarlarla olan ilk işbirliyinin olmadığını görərik. 2005-ci ildən onun yol tikintisi sahəsində 8 ərizəsinin olduğu məlumdur. Şəhərin bir sıra küçələrini (Dağıstanlı, C. Əhmədzadə, İ.Mustafayev, V. Eyvazov, S.Qocayev və s.) Hümmətov təmir edib. İşin keyfiyyəti barədə isə danışmağa dəyməz. Verilən xəbərlərə görə, əslində bu tenderlərdə “qalib olma” formal xarakter daşıyır. Bilavasitə rayonda görülən bütün işlər icra başçısı Musa Şəkiliyevə yaxın olan şəxslər və şirkətlər tərəfindən həyata keçirilir.

Qaxın illərdir həll olunmayan problemlərindən biri də içməli su ilə təminatdır. Qaxın rayon mərkəzində yağışlı günlərdən

sonra içməli su mənbələrinin çirklənməsi problemi uzun illərdir ki, qaydaya salınmır. Su kranlarından bəzən palçıq-lil axır. Belə antisanitariya vəziyyəti isə sakinləri daima qorxu içərisində saxlayır, lakin rayon rəhbərliyi hələ ki, hansısa tədbir görmək niyyətində deyil.

Qaxda “ərzaq böhranı” yoxsa...

Əslində isə Qaxın sosial-iqtisadi inkişafını təmin etmək üçün dövlət büdcəsindən yetərincə vəsait ayrılıb. Təkcə 2014-cü ildə Prezidentin Ehtiyat Fondundan Qax rayonuna 5 milyon manat pul ayrılıb. Bu vəsait il ərzində 2 dəfəyə verilib. Biri 2014-cü ilin 22 fevral tarixində, 3 milyon manat olmaqla, ikinci dəfə isə 21 avqust 2014-cü ildə ayrılıb. Əgər nəzərə alsaq ki, Qax rayonunun yerli büdcəsinin də vəsaitləri bu təyinatların bir hissəsidir, deməli, rayonun sosial-iqtisadi inkişafında müsbət irəliləyiş olmalıdır və şikayətlər üçün əsas axtarılmamalıdır. Amma real vəziyyət isə tamamilə başqadır. Belə ki, sakinlər bu vəsaitlərin haraya sərf olunmasından xəbərsizdirlər. Çünki, rayonda elə bir əməli iş yoxdur ki, bu “xərclənmələrə” nümunə göstərilsin.

Lakin, ayrılmış vəsaitlərin xərclənməsi statistikasına diqqət yetirsək sanki, rayonda ciddi “ərzaq böhranının” olduğunu düşünmək olar. Belə ki, Qax kimi kənd təsərrüfatı, xüsusən də heyvandarlığın inkişaf etdiyi rayonda icra nümayəndələrinin rayona ayrılmış büdcə vəsaitini “ərzaq məhsulları” almaq adı altında xərclədiyinin şahidi olmaq olar. Aşağıdakı rəsmi arayışa diqqət edin (arayış 2014-cü ilə aiddir):

-Qax rayon İcra Hakimiyyəti başçısının Qaxingiloy kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq

məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 23 min 476,58 manat.

-Qax RİH başçısının Qaxingiloy kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, “Qaçqaçay” kəndli fermer təsərrüfatı, 13 min 683,64 manat.

-Qax RİH başçısının Almalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 13 min 932,94 manat

- Qax RİH başçısının Almalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 8 min 121,01 manat.

-Qax RİH başçısının Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 6 min 899,61 manat.

-Qax RİH başçısının Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 11 min 837,44 manat.

-Qax RİH başçısının Ləkit kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 11 min 089,29 manat.

-Qax RİH başçısının Ləkit kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 6 min 463,59 manat.

-Qax RİH başçısının Tasmalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 986,52 manat.

-Qax RİH başçısının Tasmalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 10 min 270,86 manat.

-Qax RİH başçısının Güllük kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 9 min 723,44 manat.

-Qax RİH başçısının Güllük kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 667,48 manat.

-Qax RİH başçısının Zəyəm kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 671,15 manat.

-Qax RİH başçısının Zəyəm kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 9 min 729,75 manat.

-Qax RİH başçısının Qum kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 513,75 manat.

-Qax RİH başçısının Qum kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 9 min 459,63 manat.

-Qax RİH başçısının Əmircan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 9 min 273,5 manat.

-Qax RİH başçısının Əmircan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 405,22 manat.

-Qax RİH başçısının Sarıbaş kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 7 min 643,97 manat.

-Qax RİH başçısının Qorağan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 6 min 898,63 manat.

-Qax RİH başçısının Turaclı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 13 min 953,17 manat.

-Qax RİH başçısının Turaclı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 8 min 132,79 manat...

Göstərilən rəqəmlərə diqqət etsək, rayon rəhbərliyinin Qaxın inkişafına göstərdiyi “böyük qayğının” şahidi olarıq.

Qaxın səfasını və cəfasını çəkənlər

Qax ölkənin ən əhəmiyyətli turizm bölgələrindən biridir. Lakin, rayondan verilən xəbərlərə əsasən burada bütün əlverişli obyektlər, səfalı yerlər icra başçısı və yaxınları tərəfindən zəbt olunub. Hazırda Qax rayon məmurlarının bir çoxunun hektarlarla torpaq sahəsi və əzəmətli villalarının olduğu bildirilir ki, rayonun ən səfalı guşələrində inşa edilmiş, dəyəri yüz minlərlə ölçülən evlər bunun bariz sübutudur. Bu evlərin hər biri ayrı-ayrı məmurlara məxsusdur. Rayondan bildirilir ki, belə ərazilərdə torpağın bir sotunun qiyməti 5-6 min manat civarındadır.

Qax meşələrinin ən yaxşı yerləri artıq başqaları üçün əlçatmaz olub. Qaxın mərkəzində vaxtilə Kasparovun şahmat və istirahət mərkəzi kimi mövcud olmuş böyük bir obyektin

indi icra başçısının şərik olduğu bir istirahət mərkəzinə çevrildiyi haqqında məlumat verilir. Rayondan daxil olan informasiyaya əsasən, bu obyekt də Əhməd Əhmədzadəyə məxsusdur. Əhməd Əhmədzadə Kasparovun Şahmat Mərkəzi kimi tanınan obyekti “Azkontrakt”ın əlindən alıb, böyük bir restoran və istirahət mərkəzinə çevirib.

Hazırda zəngin turizm potensialına malik Qaxda bir mehmanxana, “Şəfa” istirahət və müalicə ponsionatı, “İlisu” ponsionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ballı bulaq”, “Qafqaz”, “Eden” Park hotel, “Səngər qala” istirahət mərkəzi, “El Resort” beş ulduzlu otel, “Ulu dağ” turizm mərkəzləri fəaliyyət göstərir. Lakin onların böyük əksəriyyəti Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin nəzarətindədir.

Rayon meşələrinin taleyi də təhlükə altındadır. Belə ki, qiymətli ağac növləri kəsilərək mebel sexlərinə satılır. Sakinlər bildirirlər ki, vəziyyət belə davam edərsə əfsanəvi Qax meşələri ancaq xatirələrdə qalacaq.

Bu günlərdə gözlənilən kadr islahatları çərçivəsində Musa Şəkiliyevin də vəzifədən alınacağı xəbəri yayılıb. Bu xəbər Qaxda böyük sevinc hissi ilə qarşılanıb. Əslində rayonda bu günü çoxdan gözləyirlər. Çünki, Qax təkcə Musa Şəkiliyevin və ona meydan açan havadarının yox, həm də buranın əzabını və sevincini yaşayan sakinlərinindir.

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qaxda 1milyona qədər tender udan şirkətin təmsilçisi həm də “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alır - İDDİA

    Qaxda 1milyona qədər tender udan şirkətin ...

    9-12-2019, 18:23

  • 
  • Zaqatalada “Mübariz”ə ab-havası

    Zaqatalada “Mübariz”ə ab-havası ...

    16-03-2015, 12:05

  • 
  • Əhmədzadənin QARANLIQ CAHANI... - İDDİA

    Əhmədzadənin QARANLIQ CAHANI... - İDDİA ...

    18-07-2019, 11:00

  • 
  • İcra başçısı kirayədə qalırmış... - Belə deyirlər...

    İcra başçısı kirayədə qalırmış... - Belə ...

    8-04-2021, 15:57

  • 
  • İcra başçısı haqqında Prezident Administrasiyasına şok kompromat

    İcra başçısı haqqında Prezident ...

    9-04-2014, 10:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (315)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu