GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İcra başçısı haqqında Prezident Administrasiyasına şok kompromat

İcra başçısı haqqında Prezident Administrasiyasına şok kompromat

Tarix: 9-04-2014, 10:37 Bölmə :Manşet Baxış: 5 044
İcra başçısı haqqında Prezident Administrasiyasına şok kompromat
Müavinləri Zaqatala merinin “torbasını tikir”, istefasına zəmin yetişdirir;
Mübariz Əhmədzadə donos yazan axtarışına çıxıb və RİH-də təmizləmələr
gözlənir, Əhməd Əhmədzadə qardaşını xilas edə biləcəkmi?


“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşı istefaya göndərilə bilər. İcra başçısı olan Mübariz Əhmədzadənin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb. Qardaşının hesabına uzun müddətdir ki, Zaqatalada meydan sulayan M.Əhmədzadənin vəzifəsindən kənarlaşdırılmasının vaxtı yetişib.
Zaqatala sakinlərindən “Gündəm-xəbər”in əməkdaşına göndərilən məktubda qeyd olunur ki, icra başçısı üçün istefaya zəmin hazırlanıb. Onun növbəti dəfə Zaqatala rəhbəri olacağı gözlənilmir. Hətta qardaşı Əhməd Əhmədzadə danışıqlara gedərək onu xilas etmək istəyib. Ancaq ASC sədrinin cəhdi baş tutmayıb.
Sakinlərin sözlərinə görə, Zaqatalanın icra başçısı müavinləri ilə yola getmir.
Müavinləri ilə daxildə çəkişməsi olan başçının istefaya göndərilməsi üçün mərkəzə kompromatlar göndərilir. Müavinlər başçının ayağının altını qazaraq Prezident Administrasiyasına barəsində sensasion məktublar yazıblar.
Məlumatlarda onun korrupsiya və tenderlərlə bağlı maxinasiyaları öz əksini tapıb. Eyni zamanda rayon əhli arasında sosial qəzəb yaratdığı söylənib. Görünən budur ki, müavinləri Zaqatala merinin “torbasını tikir” və istefasına zəmin yetişdirir; Əhməd Əhmədzadə də qardaşını xilas edə bilmir.
Rayon sakinlərinin dediyinə görə, başçı barədə yuxarı dairələrə kompromatlar artıq çatdırılıb və M.Əhmədzadənin vəziyyəti gərgin və kritik olaraq qalır.
Hətta Əhməd Əhmədzadə qardaşını danlayıb və deyib ki, ətrafına diqqətlə nəzər salsın. O, bununla qardaşının diqqətinə çatdırıb ki, müavinləri ona xəyanət edir, kimlərlə işləməyindən xəbərsizdir və qeyri-peşəkarlığına görə müavinləri ona “torba tikməyi” bacarıblar. ASC rəhbəri qardaşına möhkəm qəzəblənib və indi vəziyyətdən çıxış yollarını axtarır.
İddialara görə, M.Əhmədzadə şpion axtarışına çıxıb və müavinlərindən əsasən kimlərin ona qarşı işlədiyini öyrənməyə çalışır. Qeyd olunur ki, bu günlərdə Zaqatala icra hakimiyyətində “yapraq tökümü” başlaya bilər. Hazırda təftiş aparılır və başçıya qarşı kompromat materialları PA-na çatdıran müavinlərin kimliyini müəyyən edib, cəzalandıracaqlar.
Daxil olan başqa bir məlumatda isə bildirilir ki, Zaqatalada bir çox məmurlar da artıq Mübariz Əhmədzadəyə qarşı birlikdə addım atmağa qərar veriblər. Buna səbəb kimi icra başçısının yerli məmurlarla münasibətlərinin korlanmasıdır.
Eyni zamanda sahibkarlar da bu işə əl qoyub. Çünki, yerli-yersiz yığılan xəraclardan cana doyan sahibkarlar yeni təyin olunacaq rəhbərlə sövdələşə biləcəklərini güman edirlər. Sakinlərin “Gündəm-xəbər”ə verdiyi məlumata görə, Əhmədzadə qardaşları təkcə Zaqatalada padşahlıq eləmirlər. Onlar özlərini bu bölgənin ağası kimi aparırlar. Qardaşlar Qax və Zaqatalanı istədikləri kimi idarə edir, bu rayonların malını, sərvətini talan edirlər. Zəlzələdən sonra isə yeyilən milyonlar əhalidə daha böyük narazılıq yaradıb.
Ona görə də Zaqatalada cərəyan edən hadisələr və yaranmış vəziyyət əslində rayonun icra başçısı Mübariz Əhmədzadənin yarıtmaz fəaliyyətinin nəticəsidir.
Zaqatalanın təhsil şöbəsinin, səhiyyə şöbəsinin, maliyyə idarəsinin və digər qurumların fəaliyyəti sakinlərin ciddi etirazlarına səbəb olur. Son vaxtlar bizə müraciət edən mənbələr isə bütün nöqsanların əsasında məhz Mübariz Əhmədzadənin bu qurumlar qarşısında qoyduğu qeyri-qanuni tələblərin, idarəetmədə yol verilən kobud səhvlərin durduğunu iddia edirlər.
Digər tərəfdən isə rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik, yaşıllıqların məhv edilməsi və bir çox digər ciddi qanun pozuntularına dair ittihamlar da başçının istefasını şərtləndirir.
Qeyd olunur ki, icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verərək bütün torpaqları, zirzəmiləri və obyektləri ən qısa müddətdə satıb qurtarmağı qarşısına məqsəd qoyub. Müavinləri isə qruplaşma yaradaraq, ona qarşı içəridən müxalifət təşkil ediblər. Qruplaşma öz arasında olan güclərdən birini başçı gətirmək istəyir. Mübariz Əhmədzadə 15 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Qax şəhər 1 saylı orta məktəbini, 1970-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1970-ci ildə Zaqatala maşın-melorasiya stansiyasında sahə mühəndisi kimi başlayıb. 1976-1979-cu illərdə Qax rayon Yol İstehsalat Dairəsində rəis vəzifəsində çalışıb. 1979-1984-cü illərdə Qax rayon Təsərrüfatlararası Tikinti İdarəsində rəis olub. 1985-1989-cu illərdə Qax rayonundakı 94 №-li Səyyar mexanikləşdirilmiş dəstənin rəisi, 1989-2007-ci illərdə Qax “Avtonəqliyyat” müəssisəsinin rəhbəri vəzifəsində çalışıb. 27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. Hazırda Zaqatala rayonu İcra Hakimiyyətinin başçısıdır. İttihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə də hazırıq...
R.QARA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zaqatalada icra başçısı müavinindən şübhələnir

    Zaqatalada icra başçısı müavinindən şübhələnir ...

    10-05-2014, 13:42

  • 
  • Əhməd Əhmədzadə də Zaqatala probleminə qatılır

    Əhməd Əhmədzadə də Zaqatala probleminə qatılır ...

    19-02-2013, 11:01

  • 
  • Əhməd Əhmədzadə haqda dosye

    Əhməd Əhmədzadə haqda dosye ...

    21-12-2012, 13:43

  • 
  • Əhməd Əhmədzadənin müavini Arazı özəlləşdirib

    Əhməd Əhmədzadənin müavini Arazı özəlləşdirib ...

    15-03-2013, 10:43

  • 
  • Kəmaləddin Heydərov və Əhməd Əhmədzadə üçün qiyam sürprizi

    Kəmaləddin Heydərov və Əhməd Əhmədzadə üçün qiyam ...

    30-01-2013, 10:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (220)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu