Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Sahibkarlığa Kömək Fondunu nümayəndəsi, sektor müdiri Emin Nəzərov ifadə verib. Emin Nəzərov deyib ki, 2006-2008-ci illər üzrə verilən kreditlər təyinatı üzrə istifadə edilməyib: “Bu günə kimi “Birlikbank”ın fonda 3 milyon 986 min manat əsas borc, 923 min manat cərimə, 138 min manat faizi var. Bu məbləği tələb edirik”.
Emin Nəzərov vəkillərin və Abdulla Abdullayevin suallarını cavablandırıb. Abdulla Abdullayevin suallarını cavablandırmaqda çətinlik çəkən fond nümayəndəsi bunları dəqiqləşdirib və növbəti prosesdə cavab verəcəyini deyib. Onun cavabları Abdulla bdullayevin narazılığına səbəb olub: “Mən cinayətkar deyiləm. Mən o vaxt cinayətkar ola bilərəm ki, siz mənə hökm oxuyasınız. Dövlət ittihamçısı burada fondun nümayəndəsinə vəkillik edir. Elə mənə də vəkillik etsin. Birləşib törətmisiniz bu cinayəti? Bunlar hələ uşaqdır. Mən tərbiyəli adamam, amma emosionalam. Xahiş edirəm, bəzi məsələlərə incə yanaşın. Mən yaltaq adam deyiləm. İnsanda şərəf yaxşı şeydir. Düzdür, danışıram, amma bilirəm ki, boş şeylərdir. Mən fonda olan borcu ödədikdən 3 gün sonra leqallaşma ilə bağlı mənə qarşı ittiham olundu. O boyda AMAY-a 57 milyon qiymət qoydular. Məni bunlar tutdurub - Sahibkarlığa Yardım Fondu və Korrupsiya İdarəsi”.
Sonra Müşfiq Nəcəfov zərərçəkən qismində ifadə verib. O, ifadəsində “Xudafərin MMC”-dən ev aldığını, təmir etdirdiyini bildirib. İstintaq onu zərərçəkmiş kimi tanıyıb. Amma Müşfiq Nəcəfov bu iş üzrə heç bir zərər çəkmədiyini deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?