Prokurorluq direktor oğlunun tükürpədici cinayət işinə xitam verməyə hazırlaşır və cərimə ilə ört-basdır etməyə çalışır
İsmayıllıda baş verən tükürpədici hadisə ilə bağlı istintaq davam edir. “Gündəm xəbər”ə daxil olan məlumata görə, ötən il rayonun Gideyli kənd orta məktəbinin direktoru Həsən Məmmədovun oğlu Aqşin məktəbli qızı zorlamada ittiham olunub.
Əldə etdiyimiz məlumata görə, məktəb direktorunu və övladını qoruyan qüvvə var. Bu qüvvənin himayəsi ilə direktor oğlu həbsdən yayına bilir. İddialara görə, yüksək rütbəli şəxsin müdafiəsinə güvənən H.Məmmədov istintaqla qeyri-rəsmi razılaşıb.
Mənbənin qeydlərinə görə, ailənin gücsüzlüyündən istifadə edən direktorun övladı hazırda heç bir problem yaşamır.
Onun nə saxlanması, nə sutkalıq cəzalandırılması gözlənilir. İstintaq isə İnzibati Xətalar Məcəlləsi ilə məsələni bağlamaq fikrindədir.
Aqşin Məmmədov Bakıda yaşayan və İsmayıllıya qohumunun toyuna ailəsi ilə gələn Nailə Nuriyevanı (ad-soyad şərtidir) gecə qaçıraraq, üç gün gizlədib, ona təcavüz edib. Hadisə toy axşamı baş verib. Ailəsi polisə müraciət etdikdən sonra məktəbli qız tapılıb.
Aqşinin evli olduğu bildirilir. Onun uzaqdan bu ailə ilə qohumluğu və məktəbli qızla tanışlığı da olub. Arabir onların Bakıda yaşadığı evə gedib-gəlirmiş. Ancaq qızın ailəsi uzaq qohumun belə bir iş görəcəyini ağlına gətirməyib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda 149.1 maddəsi ilə cinayət işi açılıb. Daha sonra iş Qəbələ Rayon Prokurorluğuna verilib və müstəntiq Elçin Sadıqovun icraatındadır. Hazırda məktəb direktorunun övladının azadlıqda gəzdiyi və istintaqın davam etdiyi qeyd olunur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?