GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mikayıl Cabbarov təhsilində tükürpədici zorakılıqlar...

Mikayıl Cabbarov təhsilində tükürpədici zorakılıqlar...

Tarix: 16-03-2015, 12:17 Bölmə :Ölkə Baxış: 0
Mikayıl Cabbarov təhsilində tükürpədici zorakılıqlar...

Yeni nazirin dövründə məktəblərdə şagirdlərin müəllimlər tərəfindən döyülməsi və işgəncəyə məruz qalması halları artıb, Hövsanda qovulan direktor həbs edilə bilər; şok statistika “Gündəm xəbər”də

Mikayıl Cabbarovun təhsil naziri təyinatından sonra işgəncə tendensiyası müşahidə olunmaqdadır. Misir Mərdanovun dönəmində də məktəblərdə şagirdlərin döyülməsi halları var idisə, indiki qədər ictimailəşmirdi, şikayətlər olmurdu. Ancaq M.Cabbarovun dövründə bu neqativ hallar çoxalmaqdadır.

Hər halda müşahidələr və faktlar belə deməyə əsas verir. Görünən budur ki, təhsil naziri prosesin qarşısını ala bilmir. Sadəcə, həmin məktəb direktorunu cəzalandırmaqla iş bitir. Halbuki, müəllimlərə və direktorlara əmr verilə bilər. Təhsil naziri isə qeyri-rəsmi xəbərdarlıq etsə də, nəticə yoxdur.

“Gündəm xəbər”in hazırladığı statistika tükürpədici faktlarla əhatə olunub. Belə ki, orta məktəblərdə şagirdlərin təhqir və işgəncə ilə üzləşməsi normaya çevrilməkdədir. Dünənə qədər müəllimlərin şagirdləri döyməsi, saçını qoparması, təhqir etməsi faktları olurdusa, ictimailəşmirdi. Son aylar isə bu cür neqativ hallar mətbuata sızmaqdadır. Növbəti belə bir fakt Cəlilabadda qeydə alınıb.

Rayonun 7 nömrəli orta məktəbində 6-cı sinif şagirdi 2-ci mərtəbədən aşağı düşüb. Ziya adlı sinif rəhbəri 12 yaşlı Əminə Əsədovanı təhqir edib. Qızın təhqir edilməsinə səbəb isə məktəbin dəhlizində bir oğlanın ondan siniflərinin yerini soruşması olub. Bunu görən sinif rəhbəri isə qızı təhdid edərək bildirib ki, sənin atana məktəbdə oğlanla söhbət etdiyini deyəcəyəm.

Ə.Əsədova isə deyib ki, o, sadəcə dərsin hansı otaqda keçiriləcəyini soruşub. Lakin müəllim qızı təhqir etməyə davam edib. 12 yaşlı qız isə pəncərəyə söykənərək ağlamağa başlayıb. Ziya müəllim qəfildən qızın üstünə qışqıraraq yerində oturmağı tələb edib.

Səsdən diksinən Ə.Əsədova pəncərədən aşağı düşüb. Qızı dərhal xəstəxanaya yerləşdiriblər. Ə.Əsədova 4 saata yaxın komada qalıb və

onu təcili Bakıya göndəriblər. Qızın ayaqları, qolları, çənəsi sınıb, başından travma alıb. Hadisə ilə bağlı məktəb direktoru heç bir açıqlama verməyib.

Cəlilabadda baş verən bu hadisənin xəbəri yayılan tarixdə isə Bakı şəhəri üzrə Təhsil İdarəsi Hövsandakı 118 nömrəli orta məktəbin direktorunu işindən azad etdi. Məlumata görə, məktəbin tarix müəllimi uzun müddət dərsə gəlməyib.

Məktəbin IX sinif şagirdi direktordan müəllimin dərsə gəlməməsinin səbəbini soruşub və onun başqa müəllimlə əvəz olunmasını istəyib. Məktəb direktorunun şagirdə cavabı isə belə olub: “Sənin atan evdən gedəndə yerində əvəzedici qoyur?”.

Direktorun cavabı valideynləri hiddətləndirib. Və nəticədə etiraz aksiyası keçirilib. Aksiya zamanı Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halının pisləşdiyindən o, dünyasını dəyişib. Məktəbin direktoru Qardaşxan Səlimov Təhsil Nazirliyi tərəfindən vəzifəsinin icrasından kənarlaşdırılıb.

Hövsandakı 118 saylı orta məktəbin qalmaqallı direktoru artıq həbs edilə bilər. Bu barədə məlumatı “Gündəm xəbər”ə verən kənd sakinləri deyib. Onların sözlərinə görə, bir gəncin ölümünə səbəb olan Qardaşxan Səlimovun işi araşdırılır və vaxtaşırı polis bölməsinə çağırılır. Araşdırma sonucunda isə direktor həbs olunacağı istisna deyil.

Onun şəhərdən kənara çıxması da istintaqla qadağan olunub. Xatırladaq ki, ötən ayın 19-da Q.Səlimov şagirdləri təhqir edib. Bundan sonra sakinlər etiraz aksiyası keçirərək onun işdən çıxarılmasını tələb ediblər.

Aksiya keçirilərkən Q.Səlimov öz şəxsi avtomobilində oraya gəldi. Adamlar maşının üzərinə hücum çəkiblər. Bu vaxt maşının qarşısında 21 yaşlı Hövsan sakini, yenicə ailə həyatı qurmuş Elmar Əliyev yerə yıxılıb. Daha sonra onun ürəktutmasından vəfat etdiyi aydınlaşıb. Yasamalın 53 saylı məktəbində isə müəllimənin birinci sinif şagirdinin saçını dibindən qopartması ciddi rezonans doğurmuşdu.

Belə ki, ibtidai sinif müəlliməsi Zülfiyyə Hacıyeva birinci sinifdə oxuyan balaca məktəbli qıza qarşı zorakılıq və vəhşilik edərək, yazısını düzgün yaza bilmədiyi üçün onun saçını dibindən qoparmışdı. Təhsil

Nazirliyindən 53 saylı məktəbə komissiya gəlib və bu da ciddi həyəcana səbəb olmuşdu.

Fevralın 14-da Sabunçu rayonundakı 90 saylı orta məktəbin 7-ci sinfində təhsil alan Orxan Həsənovun bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov tərəfindən döyülməsi ölkənin təhsil ocaqlarında şagirdlərə qarşı törədilən zorakılıq hallarının son həddi sayılırdı. Qeyd edək ki, müəllim Emil Cəbrayılov məktəbdən uzaqlaşdırılıb. Görünür ki, bu xoşagəlməz hallar səngiməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar aparacaq

    Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar ...

    18-11-2013, 16:03

  • 
  • Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı

    Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı ...

    16-10-2014, 14:43

  • 
  • Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına vəzifə verdi

    Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına ...

    11-12-2013, 13:49

  • 
  • Misir Mərdanovu bitirmək üçün yeni plan

    Misir Mərdanovu bitirmək üçün yeni plan ...

    2-12-2012, 23:10

  • 
  • Misir Mərdanovu bitirmək üçün yeni plan

    Misir Mərdanovu bitirmək üçün yeni plan ...

    2-12-2012, 23:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu