Və ya Azay Quliyevin büdcə pullarını “bölüşdürülmə mexanizmi” niyə araşdırılmır?
Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi son müsabiqənin nəticələri birmənalı qəbul olunmadı. Qrant alan 387 təşkilatın fəaliyətini və layihələrini araşdırdıqda isə, böyük büdcə pullarının fırlandığı QHT sektorunda Azay Quliyevin qrup, tayfa və digər prinsiplərlə söykənən siyasəti səbəbindən, bu sahədən Azərbaycan dövlətinin gözlənilən effekti ala bilmədiyini də demək olar. Bəli, QHT Şurası Azərbaycan dövlətinin gözləntilərini nəniki doğruldub, hətta bu sahədə eybəcər mühit yaradaraq, daha gərgin bir vəziyyətin yaranmasına zəmin yaradıb.
Bunları görmək üçün, gəlin, QHT Şurasının son açıqladığı müsabaqənin nəticələrini təhlil edək, eyni zamanda, hansı təşkilatlara hansı layihələr əsasnda necə qrant verilməsinə diqqət edək:
Azay Quliyev qrantı hansı prinsiplərlə ayrır?
Bu sualın cavabı üçün son qrant siyahısı, ayrılan vəsaitlər, gülüş doğuran layihə istiqamətləri, həmçinin eyni sahə üçün verilən qrantların məbləğləri arasındakı fərqlər, ən əsası, qrup və tayfabazların daha çox pulla “mükafatlandırılması” halları bu sahənin “yol xəritəsi”i sayıla bilər. Bu xəritə, eyni zamanda, QHT sektorunun «Xaç atası» Azay Quliyevin diqqətçəkən “qrantpaylama prinsipləri”nin nədən ibarət olduğunu da göstərir. Azay Quliyev ilk növbədə:
- Öz ətrafı və şəxsi nəzarətində olan QHT-lərə;
- Şəxsinə yerli-yersiz şəninə tərif yağıdran, media və ictimai sektorda Azay Quliyevin “sürətli siyasi karyersı” üçün “tər tökən” QHT-lərə;
- Ehtyatlandığı, daha dəqiqi, ciddi şəkildə çəkindiyi populyar QHT-lərə;
- Ayrı-ayrı nüfuzlu şəxs və qruplara bağlı olan təşkilatlara;
Və ən nəhayət, konkret məram və məqsədləri bilinməyən, ancaq barələrində müəyyən şübhəli ehtimalların yayıldığı QHT-lərə müəyyən “prinsiplər” qarşılığında (Bununla bağlı cəmiyyətdə ciddi şaiyələr dolaşır) qrant ayırılmasında xüsusi maraqlı görünür.
Təbii ki, bu siyahıda istisnalar da var. Amma bu, 400-dək təşkilatın içində, ən yaxşı halda, 20 faizi əhatə edir. Azay Quliyev bu 20 faizin içində olan peşəkarlar vasitəsiylə həm də ictimai rəydəki maraqlarını təmin edir. Yəni, 80 pisin içində 20 yaxşı ilə şəxsinə yönələ biləcək ictimai qınaq və təpkiləri zərərsizləşdirə biləcəyini düşünür. Ancaq elə məqamlar var ki, Azay Quliyevin bu manevrini darmadağın etmək üçün bircəciyi yetərlidir. Bir qədər də dəqiqi desək, Azay Quliyevin şəxsinə və iş rejiminə yönələn “divar” həddən artıq zəif inşa edildiyindən, bircə təkanla üstünə aşmaq təhlükəsi həmişə qalır. Sadəcə, bunu duymaq, görmək üçün doğru mövqe, doğru baxış bucağı seçmək gərəkdir…
“Al, sənə 7 min verirəm, sənə isə...”
QHT Şurasının mart ayında qrant ayırdığı 387 təşkilat və onların bəzilərinin layihələrinə diqqət etdikdə, aydın olur ki, bəzi ciddi layihələrdən fərqli olaraq, qeyri-ciddi, amma başında az-çox tanınan adamların durduğu QHT-lər yenə də “süddən çıxmiş ağ qaşıq” gözü ilə görünüb. Məsələn, «Yeniyetmə və gənclərin radikal dini meyllərdən və zərərli vərdişlərdən çəkindirilməsi üçün seminarların keçirilməsi» layihələrini ötəri incələməklə, bunu görmək olar.
"Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinə (sədri Elmira Mehdiyeva) bu istiqamət üzrə 7 min manat, Xəlil Suleymanovun sədri olduğu "Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyinə isə 5 min ayrılıb, amma Azay Quliyev eyni istiqamət üzrə bir neçə təşkilata 9-11 min manat qrant verib. Sual olunur: Niyə?!
Biz bu suala növbəti araşdırmalarımızda cavab axtaracağıq. Hələliksə, Şura rəhbərliynin digər əməllərinə diqqəti yönəltmək istəyirik.
Baxın, Azay Quliyev yuxarıda adları qeyd edilən QHT-lər və onlarIn təqdim etdikləri layihələrlə (Bunun necə və hansı «prinsip»lərlə həyata keçirilməsi başqa mövzunun söhbətidir - müəllif.) müqayisədə, mənasız görünən sahələrə xüsusi səxavətlə yanaşıb. Elə götürək, Çiçək Məmmədlinin "Autizm - Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyini. Adıçəkilən birliyə son illər bəlalı xəstəliyə çevrilən autizm sindromlu uşaqların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və kompüter təlimlərinin təşkili üçün Şura sədri cəmi 8 min manat pul ayırmağı məqsədəuğyun sayıb. Amma nəzəri layihələr, məqsəd və məramının cəmiyyət üçün effekti xeylii məhdud olan QHT-lərin mənasız laqyihələrinə daha fərqli yanaşılıb.
Məsələn,kənd turizminin inkişafı üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üçün "Sosial və İqtisadi İnkişafın Tərəfdaşları” İctimai Birliyinin sədri Valid Vəliyevə10 min, yenə kənd turizminin inkişafında informasiyanın rolunun təbliğinə dair seminarların təşkili üçün "Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyevə 9 min, eyni istiqamətli layihə həyata keçirən "Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri Qalib Nəbiyevə isə 12 min manat ayırıb. "İqtisadi Münasibətlərin İştirakçılarının Maarifləndirilməsinə Kömək” İctimai Birliyinin sədri Amil Əliyevə «Fermer təsərrüfatlarının davamlı inkişafında innovativ texnologiyaların tətbiqinə dair maarifləndirmə işlərinin aparılması» istiqaməti üzrə ayrılan pul isə cəmiyyət üçün daha ağrılı sahələrin tədqiqi ilə məşğul olan peşəkarlara əsl təhqir sayıla bilər. Bəli, bu bu kimim çoxsaylı layihələr Azay Quliyevin təkcə büdcə vəsaitlərini şəxsi pulu kimi yönəltməsini təsdiqləmir, onun həm də ölkənin kənd təsərrüfatı sahəsindəki yerli şərait və mövcud vəziyyətdən xəbərsiz olduğunu dəqiq göstərir. Əksi olsaydı, büdcədən xalqın 10 minlərlə hesablanan pulunu belə mənasız layihələrə xərcləməzdi. Yox, əgər o, real vəziyyətdən xəbərdardırsa, o zaman qrantların ayrılması məsələsində “şapka”, “faiz” kimi ortalıqda dolaşan çirkin işlərin hesabını verəcəyi günün çox da uzaqda olmadığını da demək olar...
Azay Quliyevə Qarabağ deyil, fermerlər lazımdır?!
Diqqət edin, danışanda “dövlət”, “millət”, “Sakariya” deyən, hətta iştirak etdiyi tədbirlərdə Qarabağ problemindən ağızdolusu danışan Azay Quliyev "İqtisadi Münasibətlərin İştirakçılarının Maarifləndirilməsinə Kömək” İctimai Birliyinin sədri Amil Əliyevə «Fermer təsərrüfatlarının davamlı inkişafında innovativ texnologiyaların tətbiqinə dair maarifləndirmə işlərinin aparılması» üzrə 14 min qrant verdiyi halda, Nurlanə Qasımlının sədri olduğu "Humanitar Araşdırmalar" İctimai Birliyinin "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Avropa təhlükəsizliyinə təsiri” mövzusunda beynəlxalq ictimaiyyətin məlumatlandırılması layihəsinə isə cəmi 10 min manat ayrıb.
Biz bu layihələrə nə dərəcə ehtiyacın olması və onun həyata keçirilmə mexanizmi haqda təfərrüatlı məlumat vermək niyyətində deyilik. Zatən, Azay Quliyev və onun yaxın çevrəsinə daxil olan QHT-lər, o cümlədən bu sektorun nümayəndələri layihələrin hansı prinsiplərlə qiymətləndirildiyini və necə həyata keçirildiyini çox gözəl bilirlər. Onu da əla bilirlər ki, Azay Quliyevin həm ictimai-siyasi, həm də digər maraqlarını təmin etməsələr, növbəti qrant layihəsindən kənarda qalmaq təhlükəsiylə yanaşı, həm də hesabatlarının qəbulunda da problemlə üzləşə bilərlər. Bəli, 2014-cü ilin fevral ayında QHT-lərlə bağlı qanunda edilən məlum dəyişikliklərdən sonra özünü 3-cü sektorun məğlubedilməz “Xaç atası” sayan Azay Quliyevin «ənənəvi siyahısı»ndakı 300-dək təşkilat yuxarıda vurğulanan sıxıntıdansa, «əl əli, əldə üzü yuyar» prinsipinə sadiqlik nümayiş etdirməkdə, hələ ki, qərarlı görünürlər...
Şura sədri və onun qiymətləndirmə üzrə ekspertləri qeyd edilən səbəblərə görə, layihələri düz-əməlli oxumadan, ona ehtiyac olub-olmadığını müəyyənləşdirmədən, bir barmaq işarəsi ilə qrant ayırırlar. Belə olmasaydı, Mirələkbər Seyidovun sədri olduğu "Aqra” Elmin İnkişafına Dəstək İctimai Birliyinə Fikrət Həsən oğlu Rzayevin "Söz”, "Söz Konstruktorluğu”, "Sözün Sirri - Səsin Sirri” kitablarının nəşri üçün 9 min manat ayrılmazdı. Əlbəttə, mərhum Fikrət Rzayev klassik
dilçilik tədqiqatı sahəsində önəmli işlərə imza atıb. Ancaq onun hələ 1998-ci ildə 600 səhifəlik əlyazmasının üstündə bir daha və yenidən işlənilərək “Sözün sirri-səsin sirri” kitabı çap olunub. Ölümündən bir il əvvəl, yəni 2012-ci ildə isə Fikrət Rzayevin öz həyatından yazdığı “Söz” və “Söz konstruktorluğu” kitabları da təkrar nəşr edilib. Azay Quliyev və Şurada işləyən digər cavabdeh şəxslər isə «təkrar biliyin anasıdır» deyə, yəqin özlərinə haqq qazandıracaqlar. Hətta qabaqdangəlmişlik edərək, bu kitablara “sonsuz ehtiyac və zərurət”in olduğunu da deyəcəklər. Olsun, amma çox yaxşı olar ki, Mirələkbər Seyidovun sədri olduğu "Aqra” Elmin İnkişafına Dəstək İctimai Birliyinin "Söz”, "Söz Konstruktorluğu”, "Sözün Sirri - Səsin Sirri” kitablarının nəşri üçün ayrılan vəsaitə uyğun hazırlanan kitablar və onun tirajı cəmiyyətə saxta qaimələrlə deyil, əyani şəkildə nümayiş olunsun. Qoy camaat da görsün ki, doğurdan nə qədər kiitab şap ollinub...
Digər bir gülüş doğuran layihəyə diqqət edək: Ramil Göyüşovun sədri olduğu "Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinə Qazax və Ağstafa rayonlarında ictimai nəqliyyat qrafikinin dəqiqləşdirilməsi tədbirlərinin keçirilməsi məqsədiylə 7 min manat ayrılıb. Buna artıq ad vermək mümkün deyil. Bu, sadəcə, milləti və hökumətin üzvü kimi, bu sahəyə cavabdeh olan nəqliyyat naziri Ziya Məmməddovu barmağa dolamaqdan başqa bir şey deyil…
Cavid Qurbanovun atasına və deputatlara xüsusi qayğı var
Azay Quliyevin “hamam suyu ilə özünə dost qazanma” siyasəti də yetərincə maraq doğurur.
Məsələn, QHT Şurasının «Dövlət Dəmir Yollar» QSC-nin sədri, deputat Cavid Qurbanovun atasının sədri olduğu "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə hər qrant dövründə xüsusi səxavət göstərilməsinin Azay Quliyevə nə kimi üstünlüklər qazandırdığını təkcə özü yox, bilənlər də yaxşı bilir. Şura sədri bu dəfə də vədinə xilaf çıxmayıb. O, Cavid Qurbanovun atası Qənbər Qurbanova «Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi üçün tədbirlərin təşkili» çərçivəsində 10 min manat ayırıb. Cavid Qurbanovun atasının bu pula həqiqətən ehtiyacı olması ilə işimiz yoxdur. Ancaq onun büdcə pulu ilə görəcəyi işlər (?!) ciddi maraq doğurmaya bilməz.
Və yaxud, Azay Quliyevin deputat həmkarı Çingiz Qənizadənin sədri olduğu "Demokratiya və İnsan Hüquqlari Komitəsi” İctimai Birliyinə «Milli-mənəvi dəyərlər və ictimai davranış qaydaları haqqında təbliğat tədbirlərinin təşkili» üçün 12 min, "Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım” Xeyriyyə Fondunun sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, sabiq deputat Gülçöhrə Məmmədovaya təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyalarının tətbiqi üzrə 11 min, «İrəli» təşkilatına 19 min, qəzet və sayt redaktorlarının təsis etdiyi bütün QHT-lərə isə 9-16 min manat ayrımasına başqa necə ad vermək olar?!
Azay Quliyev bununla özünü nüfuzu olan şəxslərin, həm də mətbuatın hücumundan qorumaq marağını güdmürmü? Və ya kim təminat verə bilər ki, il ərzində 8-10 milyon manat üzərində çox rahat qərar verən Azay Quliyevin burada digər gizli maraq və siyasi iddiaları yoxdur?
Şura sədri öz çevrəsinə nə qədər pul ayırıb?
Azay Quliyevin ən yaxın çevrəsinə ayırdığı vəsaitlər də maraqlı sayıla bilər. Onun yaxın çevrəsində olan Rauf Zeyninin sədri olduğu Milli Qeyri-Hökumət Təşkilatları Forumuna «QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi» məqsədiylə 20 min, Şuranın rəsmi saytının baş yazarı olan Sənan Nəcəfovun "Sosial Təşəbbüslər Mərkəzi” İctimai Birliyinə «Region gəncləri üçün Fərdi İnkişaf Akademiyasının yaradılması» üçün 15 min, Vüqar Qədirovun "Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı” birliyinə "Xocalı soyqırımı: ikili standartlar və yüz ilin erməni yalanları” mövzusunda konfransların təşkili (?!) üçün 15 min, Əvəz Həsənovun “Humanitar Tədqiqatlar Cəmiyyəti” İctimai Birliyinə «Sərhəd bölgələrində təhlükəsiz yaşayış: icma davamlılığı sahəsində maarifləndirmə işinin aparılması»
məqsədiylə 16 min və sair təşkilatları daha yüksək rəqəmlərlə qiymətləndiriləməsinin isə bircə adı var - qrupbazlıq!
Və Azay Quliyevin sirli mühasibatlığı...
QHT-lərə Dövlət Dəstəyi Şurasından çızma-qara layihələrlə qrant alan təşkilatıların əksəriyyətinin həm Şuraya, həm də dövlət qurumlarına hesabat təqdim etmələrində çətinlik yaşamaları, bu gün bu sektordakıların hamısına gün kimi aydındır. Azay Quliyev və onun Şuradakı çevrəsi isə bu «çətinlik»dən də ustalıqla yararlanırlar.
Əldə etdiyimiz dəqiq məlumata görə, hər il Şuranın qrant ayırdığı 400-ə yaxın təşkilatın ən azı, 70-75 faizi maliyyə hesabatlarını hazırlamağı elə Şuranın rəsmilərinə həvalə edirlər. Təbii ki, hər bir hesabatın öz «qiyməti» var. Bir neçə ay əvvələ qədər bu işi Şuranın baş mühasibi Tofiq Həsənov yerinə yetirməsi haqda mətbuatda da məlumatlat dərc olunub. Lakin Azay Quliyev mətbuatın hədəfindən yayınmaq üçün Tofiq Həsənovu təqaüdə göndərsə də, baş mühasibin “fəaliyyət sahəsi”ni elə Şurada mühasib kimi işləyən Tofiq müəllimin yeznəsi Şahin Məhərrəmovun sərəncamına verməklə, yenidən mətbuatın hədəfi oldu. İkinci isə gənc kimi daha ehtirasli davranmaqla, bir neçə ayın içində «əl-qolu»nu daha da genişləndirib.
Araşdırmalarımıza görə, aylıq hesabatlar adamına və təşkilatına görə 100-200 manat arasında dəyişir. 387 təşkilatdan 300-nun Şura ilə yanaşı, dövlət orqanlarına da aylıq və rüblük hesabatlarını QHT rəsmiləri tərəfindən həyata keçirildiyini nəzərə alsaq, ay ərzində yığılan pulları təxmini rəqəmlərlə hesablamaq çətin deyil. Bu, orta hesabla hər ay 30-60 min manat edir. Bunu isə Şuranın mühasibinin tək yeyə biləcəyi inandırıcı deyil. Burada Azay Quliyevin birbaşa özünə qədər uzanan maliyyə piramidası var.
Şuranın aparat və rəhbər şəxslərinin qazancı təkcə «standart hesabat» hazırlayıb, pul qazanmaqdan çıxmır. Onların əksəryyətinin adları ayrı-ayrı QHT-lərin layihələrində koordintor, ekspert və sair kimi qeyd olunur. Və buna görə, ən azı, hər təşkilatdan 250-600 manatadək maaş da alanlar da var.
Bundan əlavə, sürücü, yanacaq, kompüterlərə texniki xidmət adıyla da aparatın saxlanılması üçün ayrılan vəsaitlərin təyinatından yayındırılması haqda da yeni idialar az deyil. Baxın, Şurada icraçı direktor, baş mühasib və hüquqşünas və digər vəzfiə sahiblərinin ezamiyyə, dəftərxana və sair xərclər adı altında xərşələnən vəsaiitlərə. Bunlarla bağlı ciddi şübhələr var..
Hələlik son...
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında yaşanan eybəcərliklər bunlardan ibarət olsaydı, bəlkə də bu yazını yazmaqdan vaz keçmək olardı. Burada övladlarının, yaxın qohumlarının adına yaradılan təşkilatlara, hətta təşkilatsız, yəni fərdi şəxslərə ayrılan vəsaitlərlə bağlı cəmiyyəti silkələyəcək faktlar var. Bundan əlavə, öz ailə üzvlərinin adını müxəlif layihələrə koordinator, ekspert və sair kimi yazanlar, bir-birinin qondarma layihələrində “ekspert” kimi iştirak edib, pul silinmələrinə yardım edənlər haqqında isə növbəti araşdırmalarımızda söhbət açılacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?