Nazir Yavər Camalov isə qardaşını xilas etməyin yollarını axtarır; Yaxın iki ay ərzində “vurulacaq” başçıların siyahısı “Gündəm Xəbər”də!
Yaxın aylarda ölkədə 20 icra başçısının dəyişdirilməsi ilə bağlı sərəncam veriləcəyi gözlənilir.
Bu sözləri «Gündəm Xəbər»ə iqtidara yaxın mənbə deyib. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi ilə Hesablama Palatasının ayrı-ayrılıqda rayonlarda apardıqları yoxlama nəticəsində belə bir siyasi qərar verilib. Sadəcə həmin qərarların rəsmiləşdirilməsi üçün münasib zaman gözlənilir:
«Mümkündür ki, bu məsələ ilə bağlı günü sabahdan rəsmi sərəncamların verilməsinə başlanılsın. Yəni məsələ bu qədər ciddi səviyyəyə gəlib çatıb. Sadəcə hakimiyyət
olimpiya öncəsi icra başçılarına verilən tapşırıqların icrasının «çığır»ından çıxmasından ehtiyatlanır. Ona görə də icra həmin icra başçılarının barəsində veriləcək sərəncamlar üçün daha münaasib zamanı gözləyirllər».
Müsahibimiz deyir ki, «vurulacaq» icra başçılarının arasında kənd təsərrüfatı naziri Heydər Əsədovun verdiyi hesabatda adı olanlarla yanaşı, Hesablama Palatasının ötən il yoxladığı rayonların rəhbərlərinin də adı var:
«İlk sırada subsidiyaların mənimsənilməsinə görə, Beyləqan, Ağcabədi, Xocavənd və diər icra başçılarının adı öndə gəlir. Bundan başqa, dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi «maliyyə əməliyyatlar»ı apararaq korrupsiyaya yol verən Şirvan şəhəri, Şəmkir, Zərdab, Gədəbəy, Ağstafa, Hacıqabul, Neftçala, Masallı, Ağsu, Göygöl, Göyçay və Balakən rayonlarının rəhbərləri haqqında da siyasi qərar var. Baxmayraq ki, bu icra başçılarının bəziləri hətta ən yüksək dairələrə bağlıdır, ancaq hakimiyyət onları da «vurmaq»da qərarlıdır. Çünki bu icra başçıları dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl etməyərək, çox ciddi korrupsiyalara yol veriblər. Elə bu günlərdə Hesablama Palatasının açıqladığı rəsmi məllumatdan aydın olur ki, adıçəkilən icra başçıları layihə - smeta sənədlərinin hazırlanmasına satınalma prosedurları keçirilmədən və müvafiq dövlət orqanının razılıq məktubu
alınmadan vəsaitləri istədiklləri kimi xərcləyiblər. Hesablama Palatasının Kollegiyası nəzarət tədbirlərinin nəticələrini müzakirə edərək müəyyən edilən nöqsanların aradan qaldırılması istiqamətində, bu nöqsanlara yol vermiş vəzifəli şəxslər barədə qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi, görülmüş işlər barədə Hesablama Palatasına məlumat verilməsi barədə qərar qəbul edib. Həmin qərar icra üçün qeyd olunan şəhər və rayonların icra hakimiyyətlərinə də göndərilib. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumat verilib. Qeyd edək ki, hesabat aprelin 14 – də Milli Məclisdə müzakirəyə çıxarılacaq. Bu isə həmin icra başçılarının daha pis vəziyyətə düşmələrinə zəmin yarada bilər».
Müsahibimz deyir ki, Şirvanın icra başçısı Mərdan Camalov üzləşdiyi gərgin vəziyyətdən qurtarmaq üçün nazir işləyən qardaşından kömək istəyib:
«Bilirsiniz ki, Mərdan Camalovun qardaşı Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. Ancaq onun nazir qardaşı olması da vəziyyətdən hələ də çıxmasına kömək etməyib. Bildiyimə görə, Yavər Camalov qardaşını «vurulma» prosesindən yayındırmağa ciddi köklənib, amma onun bu cəhdləri də hələki fayda vermir. Ancaq qardaşlar ruhdan düşməyiblər. Onlar bütün vasitələrlə əsl həqiqətin prezidentə çatmasına mane
olmağa çalışırlar. Buna nə dərəcə nail olacaqları isə yaxın 2 ay ərzində aydın olacaq».
Sorğu
Yeni dizaynımız necədir?