GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Daşkəsəndə fermeri necə çökdürürlər?

Daşkəsəndə fermeri necə çökdürürlər?

Tarix: 17-04-2015, 12:19 Bölmə :Manşet Baxış: 0
Daşkəsəndə fermeri necə çökdürürlər?

Bu barədə qəzetimizin ötən saylarında yazı dərc olunmuşdu. Kənd təsərrüfatı naziri Heydər Əsədov fermer Akif Rzayevin harayına çatacağını düşünürdük. Eşitdiyimizə görə, fermerə qarşı təzyiqlər daha da artmışdır. Əgər respublikanın ilk fermeri Akif Rzayevə dayaq durmaq istəyənlər yoxdursa, deməli, mövcud olan monopoliya sahibkarlığın inkişafına çox maneələr yaradacaqdır. Axı, iqtisadi böhrandan qeyri-neft sektorunun inkişafı ilə çıxa biləcəyimiz barədə aidiyyəti orqanlar daha dərindən düşünməlidirlər.

Odur ki, çətinliklə olsa da, fermer Akif Rzayevlə həmsöhbət ola bildik. Müsahibəni olduğu kimi dərc edirik:

-Akif kişi, nə vaxtdan sahibkarlıqla məşğulsunuz?

-Atam Nağı kişi də heyvandarlıqla məşğul olub. Gözümü açandan heyvandarlıqla məşğul olduğumuzu görmüşəm. Atamın yolunu davam etdirirəm. Əlimin zəhməti ilə “Hacı-Tağı” kəndli fermer təsərrüfatını qurmuşam. Hazırda təsərrüfatımda 3250 baş qoyun var. 2001-ci ildə də təsərrüfatımı çökdürməyə cəhd edənlər peyda olmuşdu. 2002-ci ildə aprelin 25-də Ulu öndərin qəbulunda oldum. O, mənə dayaq oldu, lazımi göstərişlər verdi. Mən daha da ruhlanıb təsərrüfatı genişləndirdim. Öz yanımdan dövlətçilik naminə könüllü bütün tədbirlərin fəalı oldum. Onlarla yoxsul ailəni himayəyə götürdüm. Hər prezident seçiləndə yüzlərlə xırda buynuzlu heyvan qurban kəsdim. Hər an da kəsəcəyəm.

Bəs belə olduğu halda, rayon rəhbərliyi sizi niyə sevmir?

-Əhəd Abıyev Daşkəsən rayon İH-nin başçısı təyin olunanda ilk təbrik edən də mən olmuşam. Hər bayramlarda, hər tədbirlərdə 30-50 qoyun kəsirdim. İH-nin başçısı hər tədbirdə birinci mənə söz verirdi. Məni digərlərinə misal çəkirdi. Meydanda qol-qola gəzirdik. İlham Əliyevə qarşı əvəzsiz vurğunluğumun bir hissəsini ona bəxş edirdim. Çünki prezidentimin yerli nümayəndəsidir.

-Deməli, icra hakimiyyətinin başçısı dostluğu bacarmayıb?

-Bacarırdı. Son zamanlar onu sabiq Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsəndəki kadrı Şahbaz Mehdiyev insanlardan ayrı saldı. Bunu hiss edirdim. Amma heç nə demirdim. Çünki kökümüzdə ara qarışdıran olmayıb.

-Şahbaz Mehdiyevlə aranızda nələrsə olmuşdumu?

-Şahbaz Mehdiyev DT və XK-nin rayon şöbəsinin müdiri işləyirdi. Hər an mənə əmi deyə müraciət edirdi. Hətta, qohum olmaq fikrinə də düşmüşdüm. Yaxından tanıyanda fikrimdən daşındım. Çünki yalançı şəxslə qohum olmaq istəməzdim.

-Axı, Şahbaz sizə “əmi” deyirdisə, necə oldu yalançı oldu?

-Bir torpaq sahəsini bir neçə nəfərə satıb qarşıdurmalar yaradırdı. Bir neçə dəfə məsləhət etmişdim ki, belə etməsin. O da üzümə demişdi ki, vəzifə ömürlük deyil. Zamanında pul yığmaq lazımdır. Başa düşdüm ki, Şahbaz pulu hər şeydən uca tutur. Ona görə qohum olmaq istəmədim.

- Bu barədə icra hakimiyyətinin başçısı Əhəd Abıyevlə söhbət etmisinizmi?

- Təxmini bilirdi. İnana bilməzdim ki, Şahbaz məndən qisas almağa cəsarət etsin. Həm də Ə. Abıyevin “saqqızını” Şahbazın oğurlaya biləcəyinə inanmırdım. Çünki İH-nin başçısı ilə əsl dostluq edirdim.

- Şahbaz Mehdiyev sizdən necə qisas ala bildi?

-O, bir neçə kənd sakinlərinə vədlər verməklə İH-nə gəlməsini təşkil etmişdi. Onlar icra hakimiyyətinə gəlib bildirdilər ki, mənim qoyun sürüm kənd ərazisindən yaylağa köçəndə sahələri otlayır, guya onların heyvanlarının örüş sahəsindən istifadə edirəm.

- Bəs İH-nin başçısı kənd sakinlərinə nə cavab verdi?

- Qurma olduğunu anlayırdı. Əhəd Abıyev şikayətlərdən təngə gəlib. Məndən xahiş etdi ki, “Birsultan” yaylağındakı örüş sahəsini kənd sakinlərinə verim. “Tatlar dərəsi”nə köçüm. Aradakı xətir-hörmət naminə razılaşdım. Siz deməyin, mənə vəd verilən ərazini də Şahbaz başqa şəxslərə satıbmış. Buraxılış vəsiqəsi ilə sürüm yaylağa çıxdı. Burada da Şahbazın dəstəsi yolları bağlamışdı. Şahbaza telefon açdım ki, bu nə oyundu? Nə etmək fikrindəsən?

O, mənə bildirdi ki, gəlim birlikdə hadisə yerinə gedək. Artıq mənə qarşı qurğu qurulduğunu hiss etmişdim. Bu barədə icra hakimiyyətinin başçısına da məlumat verdim. Şahbaz Mehdiyev qoçularına deyibmiş ki, məni möhkəm əzişdirsinlər. Lakin kənd sakinlərinin köməyi ilə aradan çıxarıldım. Rayona çatanda Şahbaz Mehdiyev mənə bildirdi ki, xəsarətim barədə şikayət edim. O, belə deməklə özünü sığortalayıbmış...

-Bu nə deməkdir?

-Mən polis şöbəsinə şikayət verdim. Həkim-ekspert rəy də verdi ki, bu hadisə olub 2013-cü ilin yayında.

- Şikayətin sonu nə oldu?

- Rayon prokurorluğunda dəfələrlə oldum. Oldu ki, Şahbaz Mehdiyevin xahişçisi olduğundan hələlik işə baxılmır. Şahbaz mənə də xahiş etdi ki, şikayətimdən imtina edim.

- Şikayətinizdən imtina etdinizmi?

-İmtina etməmişəm. Bu qədər müddətdə heç məni belə dəvət etməyiblər.

-İndi Şahbaz Mehdiyev qisaçılığından çəkilibmi?

- Mənə məxsus 550 hektar yaylaq örüş sahəsini 3 yerə bölüb. Sürümün həmin sahələrə getməsi üçün özgələrin sahəsindən keçməlidir. Bu da mümkün deyil. Yaylaq örüş sahəsinin ara məsafəsi 15 km-dir. Belə çıxır ki, təsərrüfatımı 3 yerə bölməliyəm. Məcbur olub təsərrüfatımı dağıtmalıyam.

- Bu barədə müraciətlər etmisinizmi?

- Etmişəm. Hələlik heç bir səs-soraq yoxdur.

- İcra hakimiyyətinin başçısı yenə dostunuzdurmu?

- Mən dost olaraq qalmışam. Şahbaz Mehdiyevin qurması ilə gülməli məzmunlu sərəncamlar imzalayanda dostluq, münasibət niyə Ə.Abıyevin gözünün önünə gəlməyib, bilmirəm. Yaxşı olardı ki, Ə.Abıyev 02.03. 2014-cü il tarixli, 122 saylı, 30.04. 2014-cü il tarixli 62 saylı sərəncamlarına nəzər salıb dostluğa qiymət versin.

Haşiyə: Daşkəsən Rayon Polis Şöbəsində öyrəndik ki, doğurdan da, 2013-cü ilin yayında Akif Rzayev şikayət verib. Göndərişlə ekspertdən xəsarət rəyi alınıb. Təhqiqat qanunauyğun aparılıb. Nəticəsi rayon prokuroru Elman Süleymanovdan soruşulsa yaxşıdır. Biz soruşa bilməsək də, yəqin qanunlar soruşacaq.

Vəkil Rüstəm

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun ilk həyat yoldaşını Akif Çovdarov öldürüb - ŞOK İDDİA

    Eldar Mahmudovun ilk həyat yoldaşını Akif ...

    18-11-2015, 15:55

  • 
  • Eynulla Fətullayevdən Akif Nağıya təhqiramiz cavab

    Eynulla Fətullayevdən Akif Nağıya təhqiramiz cavab ...

    15-12-2016, 00:11

  • 
  • Akif Muradverdiyevin məhkəməsi olacaq

    Akif Muradverdiyevin məhkəməsi olacaq ...

    8-11-2013, 14:45

  • 
  • Akif Səlimova şər atanlar cəzalandırıldı

    Akif Səlimova şər atanlar cəzalandırıldı ...

    10-09-2014, 09:28

  • 
  • Akif Çovdarov Mətanət İsgəndərlini də şərləyərək pul alıb?

    Akif Çovdarov Mətanət İsgəndərlini də şərləyərək ...

    27-04-2016, 23:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu