Saytımızda 04.09.2013-cü il tarixində “İcra başçısı haqqında şok iddia: Bacanağı ermənidir” sərlövhəli yazı dərc olunub. Həmin yazıda sabiq daxili işlər naziri Tahir Əliyevin 1994-cü ildə Şuşanın və Laçının işğalı ilə aparılmış məhkəmə işində Laçının hazırki icra başçısı Akif Səlimov haqqında səsləndirdiyi təhiramiz ifadələrin də yer aldığı video yayımlanıb.
Biz, “gundemxeber.az” olaraq bu günə qədər kimliyindən asılı olmayaraq heç bir kimsənin təhqir olunmasına yol verməmişik, vermərik də. Lakin bəzi hallarda sayta nəzarət edən şəxslər bilərəkdən və yaxud da bilməyərəkdən mətbuatda yayılan qərəzli yazıları da saytımıza yerləşdiriblər. Bununla bağlı "gundemxeber.az" saytının rəhbərliyi hər zaman ciddi tədbirlər görüb. Yaranmış bu vəziyyətdə də biz, yol verilən nöqsanın ciddiliyini nəzərə alaraq, saytda qeyri-peşəkar yazıların yer almasına imkan yaradan şəxslə əməkdaşlığa son vermişik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?