Prezidentin sabiq işlər müdiri, qaçaqmalçılıq ittihamı ilə tutulmuş Akif Muradverdiyevin məhkəməsi noyabrın 15-nə təyin olunub.
Bunu “Media forum” saytına Akif Muradverdiyevin vəkili Mətləb Qasımov deyib.
Akif Muradverdiyev iyunun 20-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, o, Bakının beynəlxalq hava limanından Rusiya Federasiyasına aparmaq məqsədilə qızıl pul sikkələrini Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirib.
Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işinə başlayıb, Akif Muradverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Akif Muradverdiyevin istintaqı oktyabrın 28-də yekunlaşıb. İşə Xəzər Rayon Məhkəməsi baxacaq.
Sorğu
Yeni dizaynımız necədir?