GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Heydər Babayevin biznesindən əhaliyə “terror”...

Heydər Babayevin biznesindən əhaliyə “terror”...

Tarix: 1-05-2015, 11:14 Bölmə :Manşet Baxış: 0
Heydər Babayevin biznesindən əhaliyə “terror”...

“Çudo-Peçka” restoranlarında zay məhsullar sırınır, köhnəlmiş yeməklər qızıdırılıb satılır; vaxtı keçmiş tortlar saxlanır; nə maliyyə gəlirləri açıqlanır, nə hesabat, gənclərin isə əməyi istismar olunur

Azərbaycanın qənnadı mağazaları və ayaqüstü yeməkxanalarında rüsvayçı şərait hökm sürür. Xüsusilə də sabiq nazirin restoranlar şəbəkəsi əhaliyə zay məhsullar sırıyır. “Gündəm-xəbər”ə müraciət edən bir qrup vətəndaş şikayət edir ki, iqtisadi inkişaf naziri olmuş Heydər Babayevin “Çudo Peçka” restoranları köhnəlmiş, qalmış, xarab yeməkləri qızdırıb isatır. Peraşki, qutab, şirniyyatlar köhnə qalan məmulatlar olur.

Artıq dəfələrlə şikayət olunmasına baxmayaraq, şəraitin yaxşılaşdırılması üçün bir iş görülmür. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Çudo Peçka" MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkarlamışdı.

"Çudo Peçka"nın "hədəfləri" 80 faizə kökləndiyindən keyfiyyət, müştəriyə yüksək xidmət kimi məsələlər arxa plana keçib. İstehlakçının sağlamlığı üçün vacib məqamlardan sayılan yararlılıq müddəti şəbəkədə "sirr" kimi qorunur.

Xüsusilə isti yay günlərində kremli məhsulların yararlılıq müddəti vacib hesab edildiyindən tortlarla bağlı vəziyyət daha acınacaqlıdır. Tortların istehsal tarixi, yararlılıq müddəti, tərkibi məhsulun üzərində göstərilmir. Halbuki, tortların saxlanma müddəti 36 saatdan artıq olmamalıdır. “Çudo Peçka” şirniyyat, qənnadı mağaza-kafelər şəbəkəsinin mağazalarında isə tortlar 10 gündən artıq saxlanılır.

Onu da deyək ki, Bakıda “Çudo Peçka” restoranlar şəbəkəsi əvvəlki fəallığı ilə diqqəti cəlb etmir. Şəhərdə bir vaxtlar dəbdə olan və müştəri izdihamı müşahidə edilən bu restoranların fəaliyyəti çox zəifləyib.

Müğənni Röyanın keçmiş qayınatası Çingiz Cəlilovdan “Çudo Peçka”nın alınması ilə müəssisələrin işində başlanan geriləmə KFC restoranlarının açılması ilə daha da dərinləşib.

“Çudo Peçka”da aparılan araşdırmalar və ciyər kökəsində (peraşki) qurd aşkarlanması müəssisənin fəaliyyət imkanlarını bir qədər də daraldıb.

İndi bu restoranlarda canlanmanın şahidi olmaq mümkün deyil. Mənbə bilddirir ki, kökədə qurd aşkarlanması faktının efirdə ictimailəşdirilməsivətəndaşların “Çudo Peçka”ya olan münasibətini və inamını yerə vurdu. Ardınca KFC restoranlarının şəhərin müxtəlif yerlərində sürətlə açılması rəqabətdə uduzmaqla nəticələndi. Artıq ciyər kökəsi çoxdandır menyüdən çıxarılıb.

Şirniyyat qida rasionunun əsasını təşkil etdiyindən bu sektor gəlirli sahədir. Lakin bu günə qədər sektorda əsas istehsalçı hesab olunan “Çudo Peçka” nə maliyyə gəlirlərinin, nə də xərclərinin strukturunu açıqlamayıb.

Əslində şəbəkənin Məhdud Məsuliyyətli Müəssisə təşkilati-hüquqi formasının seçməsi də əbəs deyil. Çünki bu cür cəmiyyətin sahibləri üçün əsas üstünlüklər cəmiyyətin öhdəlikləri üçün cavabdeh olmamalarından, itkilərinin onların qoyduqları mayalarla məhdudlaşdırılmasından, səhmdar cəmiyyətlərindən daha az qaydalara və hesabat tələblərinə tabe olmalarından ibarətdir. Digər tərəfdən,

adətən böyük dövriyyəyə malik müəssisələrin gəlir və xərcləri, sosial proqramları onların veb səhfələrində əksini tapır. “Çudo Peçka” isə yalnız “facebook” sosial şəbəkəsində səhifəyə malikdir. Bu səhifədə də ancaq müəssisənin məhsullarının reklamı əksini tapıb. “Çudo Peçka” üçün ucuz reklam daha sərfəlidir, nəinki Korporativ Sosial Məsuliyyət.

Müasir dövrdə şirkətlərin istehlakçıları qarşısında etimadının formalaşması, beləliklə, satışın artması reklamdan daha çox həmin şirkətin KSM sahəsindəki fəaliyyətindən qaynaqlanır. Reklam müəssisənin hər hansı məhsulunun imicini formalaşdırırsa, KSM fəaliyyətləri ümumilikdə şirkətin özünün müsbət imicini yaradır.

Düzdür, KSM Azərbaycanda şirkətlərin fəaliyyətinə son 5 ildə daxil edilib. Bəzi şirkətlər daxili KSM qaydaları formalaşdırıblar. Lakin “Çudo Peçka” ötən 11 ildə sosial sərmayə proqramlarına açıq olmayıb. Şirkətin bununla bağlı daxili qaydaları da yoxdur.

Eyni zamanda, “Çudo Peçka” bu gün əmək hüquqlarının daha çox tapdandığı müəssisələr sırasındadır. Yəni müəssisədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir sıra maddələri kobud şəkildə tapdanır. Şəbəkənin mağazalarında əsasən gənclərin, tələbələrin əməyindən istifadə edilir ki, gərgin iş rejiminin müqabilində onlara minimum əmək haqqından bir qədər artıq məvacib - 150 manat verilir.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti “Çudo Peçka” MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar etmişdi.

Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan 36 ünvanında fəaliyyət göstərən “Çudo Peçka” MMC-də tort məhsullarının qablaşdırılmasında sanitar normaların pozulduğu, tozlu qablaşdırma materiallarından istifadə olunduğu üzə çıxarılmışdı.

Məlum olmuşdu ki, anbarda xammalın saxlanma rejiminə, tortların hazırlanmasında normalara əməl olunmur. Kulinar məmulatların hazırlandığı sexdə xammallar antisanitar vəziyyətdə saxlanılır. Peraşki istehsalı üçün alınan iribuynuzlu heyvanın ağ və qaraciyərinin qəbulu zamanı xidmət əməkdaşları orqonoleptik baxış keçirərkən ağciyərin üzərində qurd aşkar edilmişdi.

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Çudo Peçka”nın əti haradan aldığı bilinmir

    “Çudo Peçka”nın əti haradan aldığı bilinmir ...

    26-06-2013, 01:01

  • 
  • Dövlət Komitəsinin qərarı «Çudo Peçka»da işləmədi

    Dövlət Komitəsinin qərarı «Çudo Peçka»da işləmədi ...

    20-01-2014, 13:50

  • 
  • Heydər Babayevin biznesi iflas etdi

    Heydər Babayevin biznesi iflas etdi ...

    13-04-2015, 22:28

  • 
  • “Çudo Peçka”nın daha 2 mağazası bağlandı - İşçilər məhkəməyə müraciət edəcəklər

    “Çudo Peçka”nın daha 2 mağazası bağlandı - ...

    19-02-2017, 23:52

  • 
  • "Çudo Peçka"nın sahibi 12 il müddətinə azadlıqdan məhrum edilib

    "Çudo Peçka"nın sahibi 12 il müddətinə ...

    9-08-2018, 19:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu