Hesablama Palatası da nazirin tibb sektorunu məhvə sürüklədiyini açıqladı; klinikalarda ölümlər, həkim səhlənkarlığı, yalnış diaqnozlar, dərman və əməliyyatın bahalığı, İrana gedənlərin artması real vəziyyəti əks etdirir
Azərbaycan səhiyyəsini iflic edən nazirin yarıtmaz siyasəti göz qabağındadır. Səhiyyə naziri Oqtay Şirəliyevin yaratdığı bərbad sistem artıq rəsmən təsdiqlənir. Əli İnsanovdan sonra təyin olunan nazir səhiyyə sahəsində irəliləyişə doğru heç bir addım atmayıb.
Son illər klinikalarda ölümlər, həkim səhlənkarlığı, yalnış diaqnozlar, dərmanların və əməliyyatların bahalığı, xəstələrin soyulması, rüşvət, İrana müalicəyə gedənlərin sayının artması bunu deməyə əsas verir. Odur ki, səhiyyə sistemi artıq qanqrena verməkdədir.
Azərbaycanda özəl klinikaların qiymətləri əl yandırır. Dövlət xəstəxanalarında isə rüşvət ayaq tutub yeriyir. Bundan başqa dövlət xəstəxanalarında bir çox xidmətlər ödənişli sistemlə fəaliyyət göstərir.
Ölkədə günəmuzd işçilərin böyük əksəriyyət təşkil etdiyi şəraitdə isə əhalinin böyük hissəsi sosial sıcortadan məhrumdur.
Bu üzdən də azərbaycanlı xəstələr müalicə üçün İrana, Rusiyaya, Türkiyəyə və digər xarici ölkərə axın edir. Bir qayda olaraq özəl klinikalarda qiymətlərin yüksək olmasına baxmayaraq, xidmət çox aşağı səviyyədədir. Hətta bir çox xəstələr müalicənin keyfiyyətsizliyindən, tibbi xidmətlərin qiymətlərinin bahalığından narazılıq edir.
Azərbaycanda ən bərbad sosial sahələrdən biri olan səhiyyə sistemindəki özbaşınalıqlara və açıq soyğunçuluğa isə bir qayda olaraq Səhiyyə Nazirliyi başda olmaqla bütün əlaqədar dövlət qurumları susqunluq nümayiş etdirirlər.
Dəfələrlə özəl xəstəxanalarda ölüm hadisələrinin baş verməsinə və həkimlərin səhvləri nəticəsində sağlam adamların sağalmaz xəstəliyə düçar olmaları halları olmasına baxmayaraq demək olar ki, bu sahədə bir cəzasızlıq mühiti şökm sürməkdədir.
Bundan başqa bir qayda olaraq dövlət xəstəxanalarında çalışan həkimlər özəl klinikalarla, dərman firmaları ilə sağlamlıq mərkəzləri ilə əlbir çalışırlar. Onlar xəstələri özəl klinikalara, bəlli apteklərə və sağlamlıq mərkəzlərinə yönləndirirlər və buna görə faiz alırlar.
Bu da sonucda xəstələrin istismar olunmasına və dövlətin sosial siyasətinin zəifləməsinə gətirib çıxarır. Ümumiyyətlə isə Səhiyyə Nazirliyi dövlətin Sosial siyasətini həyata keçirməkdənsə, daha çox imkansız xəstələrin son qəpiyini də əlindən alınması üçün bütün imkanlarını səfərbər edib.
Əgər belə olmasaydı, nazirlik səhiyyə sahəsində soyğunçuluğun qarşısını almaq üçün hansısa tədbirləri həyata keçirərdi. Hazırda isə səhiyyə sahəsində dövlətin sosial siyasəti demək olar ki, hiss olunmur.
Bütün bu reallıqlar dolayısı ilə Hesablama Palatasının hesabatında da öz əksini tapıb. Hesabatda Səhiyyə Nazirliyininin fəaliyyətində aşkar olunan ciddi nöqsanlardan da bəhs olunub. Hesabatda bildirilir ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ayrılan vəsaitlərin və icrasının auditi aparılıb.
Audit zamanı müəyyən edilib ki, stansiya tərəfindən büdcə vəsaiti üzrə proqnozlar tərtib edilərkən qanunvericilik aktlarının bir sıra tələblərinə əməl edilməyib. Cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. Xərc maddələri üzrə proqnoz rəqəmləri müvafiq iqtisadi əsaslandırma və hesablamalar aparılmadan yalnız əvvəlki illərin göstəriciləri əsas götürülərək tərtib edilib.
Hesabat ilində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə ayrılan vəsaitlərin istifadəsinin auditi aparılıb. Müəyyən olunub ki, Həkim-Sanitar Xidməti tərəfindən büdcə xərcləri üzrə proqnoz göstəriciləri hazırlanarkən normativ aktların bəzi tələbləri gözlənilməyib.
Bir sıra xərc maddələri üzrə iqtisadi əsaslandırmalar aparılmayıb. Bəzi hallarda Xidmət və Mərkəzi Dəmiryol Xəstəxanası tərəfindən Vahid Büdcə Təsnifatının tələbləri gözlənilməyərək vəsaitlərin təyinatı dəyişdirilib.
Bir sıra xərc maddələri üzrə iqtisadi əsaslandırmalar aparılmayıb. Bəzi hallarda Xidmət və Mərkəzi Dəmiryol Xəstəxanası tərəfindən Vahid Büdcə Təsnifatının tələbləri gözlənilməyərək vəsaitlərin təyinatı dəyişdirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?