GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Oqtay Şirəliyevin yarıtmaz fəaliyyəti nəticəsində İran səhiyyəsi inkişaf edir

Oqtay Şirəliyevin yarıtmaz fəaliyyəti nəticəsində İran səhiyyəsi inkişaf edir

Tarix: 9-04-2014, 12:23 Bölmə :Manşet Baxış: 1 466
Oqtay Şirəliyevin yarıtmaz fəaliyyəti nəticəsində İran səhiyyəsi inkişaf edir
Səhiyyə sistemini “özəl klinikasına” çevirən nazirdən Mehriban Əliyevaya şikayət olundu

O.Şirəliyevin İran səhiyyəsinin inkişafına verdiyi “töhfələr”

Bu gün Azərbaycanda ən çox tənqid olunan, özbaşınalığın və korrupsiyanın total şəkil aldığı sahələrdən biri, bəlkə də birincisi səhiyyə sistemidir. Ölkə səhiyyəsində vəziyyət dözülməz həddə çatıb. Ən adi xəstəlikdən müalicə olunmaq üçün həmvətənlərimiz İrana üz tutur, dərdlərinə çarə axtarırlar. Hər il səhiyyə sahəsinə miyonlarla manat vəsait ayrılmasına, xəstəxanaların təmir olunaraq müasir avadanlıqlarla təmin edilməsinə baxmayaraq, bu sahənin problemləri ümummilli xarakter alıb. Təssəvvür edin ki, qonşu İranda yol xərcləri, ölkədə qalmaq üçün tələb olunan vəsait də daxil olunmaqla müalicə almaq Bakıda hər hansı bir klinikadakı müalicədən ucuz başa gəlir. Ən dəhşətlisi isə odur ki, insanların Azərbaycan həkiminə inamı qalmayıb. Bizim səhiyyə sistemində elə eybəcərliklər baş verir ki, adamı ən azından heyrətə gətirir. Təbii ki, bütün bu əməllər uzun illərdir ki, səhiyyə sistemini “özəl klinikasına” çevirən, toxunulmaz məmur imici formalaşdıran Səhiyyə naziri Oqtay Şirəliyevin fəaliyyətinin bəhrəsidir. Xalqın sağlamlığının keşiyində durmalı olan Səhiyyə Nazirliyi cənab Şirəliyevin “gərgin əməyi” nəticəsində özü xəstə duruma düşüb. Personasını hər baxımdan gizli saxlamağa çalışan nazir səhiyyə sistemində xüsusi monopoliya yaradaraq bu sahəni hamı üçün əlçatmaz edib. Hətta hakimiyyət daxilində ən güclü fiqurların belə ölkə səhiyyəsinə müdaxilə imkanları sıfıra bərabərdir. Özünü səhiyyənin tam mütləq hakimi kimi aparan O. Şirəliyev bu sistemdəki ən xırda detallardan tutmuş ən böyük əməliyyatlara qədər bütün sahələri əlinə cəmləşdirərək nəhəng biznes piradimidası formalaşdırmışdır. Xəstəxanalarda bişən kaşadan tutmuş ölkəyə gətirilən dərman pereparatlarına qədər səhiyyəyə aid olan bütün şəbəkələr nazirin şəxsi nəzarəti altındadır. Elə O.Şirəliyevin ətrafında formalaşdırılmış “toxunulmaz nazir” mifinin nəticəsidir ki, Azərbaycan səhiyyəsi mövcud olduğu zamandan bəri bəlkə də ən ağır günlərini yaşayır.
Dövlət xəstəxanalarında hökm sürən rüşvətxorluq, ələbaxanlıq halları barəsində çox yazılıb, çox deyilsə də nədənsə bu problemi həll etmək Səhiyyə naziri üçün müşkülə çevrilib. Bütün ölkə boyunca korrupsiyaya və rüşvətxorluğa qarşı ən üst səviyyədə mübarizə aparılsa da səhiyyə sistemi sanki “aydan arı, sudan duruymuş” kimi bu proseslərdən kənarda qalıb. Cəmiyyətin imkansız, kasıb təbəqələri üçün ölkə xəstəxanalarında müalicə olunmaq əlçatmaz olub. Pulsuz oldunsa, Azərbaycan xəstəxanalarında müalicə olunmaq ölümə bərabərdir. Xəstəxananın qapısındaca xəstələrin “soyulması” prosesi başlayır və binəva xəstə başını tutub qaçana qədər bu əməliyyat davam edir. O.Şirəliyevin səhiyyə sistemindəki “ən böyük uğurlarından” biri də elə rüşvətin bu sahədə çiçəklənməsidir. Bir çox dərmanlar xəstələrə dövlət hesabına pulsuz verilməli olduğu halda xəstəxanalada xəstələrdən onların da pulunu alırlar. Müalicə olunmaq üçün xəstəxanada qalmağa məcbur olanlardan isə xüsusi olaraq “palata pulu” belə alınır. Odur ki, cənab nazirin fəaliyyətinin nəticəsidir ki, Azərbaycan səhiyyəsi məhv olduğu halda bu gün bizim xəstələrin hesabına İran səhiyyəsi inkişaf mərhələsinə qədəm qoyub. Hər gün minlərlə insan ölkə xəstəxanalarında hökm sürən özbaşınalıqlardan can qurtarmaq üçün min bir əziyyətlə İrana üz tutmağa məcbur olur. Bir çox hallarda qonşu ölkə həkimləri azərbaycanlı həmkarlarının qoyduğu diaqnozu, yazdığı reseptləri heyrətlə qarşılayırlar. Hər il səhv diaqnoz səbəbi ilə neçə-neçə insanların həyatına son qoyulub. Ana və uşaq ölümü ölkədə rekord həddə çatıb. Ölkə telekanalları hər gün əcnəbi həkimlərin reklamı ilə məşğul olur, bütün proqramlarda xarici ölkə mütəxəssisləri çıxış edirlər. Məgər cənab Şirəliyevin rəhbərlik etdiyi səhiyyə sistemində layiqli bir mütəxxəsis yoxdurmu ki, ölkə əcnəbilərin qazanc mənbəyinə çevrilib? Savadlı, öz sahəsinin gözəl bilicisi olan yüzlərlə həkimlərimiz ölkədən didərgin salınanda bizim səhiyyənin faciəli günləri başlandı. Dövlətin öz vətəndaşının sağlamlığı üçün hər sərf etdiyi milyonlarla manat vəsait mənimsənildiyi üçün insanlar xəstəxanalarda zülm çəkirlər. Oqtay Şirəliyev az-çox müsbət imic formalaşdırmağı bacaran özəl klinikalara elə divan tutub ki, artıq onların da fəaliyyəti iflic vəziyyətinə düşüb.

Səhiyyə nazirinin “keyfiyyətsiz dərman bazarı”

Səhiyyə nazirinin çoxillik fəaliyyətinin nəticəsidir ki, Azərbaycan həm də bütün dünyada keyfiyyətsiz dərman bazarı kimi tanınıb. Bu sahəyə nəzarəti tamamilə ələ alan nazir dərman biznesini özü üçün gəlirli sahəyə çevirməyi bacarıb. Dərman satışı sahəsində inhisar yaradan səhiyyə naziri bu sahədə rəqabət mühitini boğduğu üçün bazarda istədiyi qiyməti diqtə edir. Təsadüfi deyil ki, dərmanların qiymətinə görə Azərbaycan regionun “lider dövləti” olaraq qalır. Qiymətləri əl yandıran dərmanlar isə keyfiyyət baxımından aşağı səviyyədə olub müalicədən çox əlavə problemlər yaratmağa yarayır. Dərman satışı ilə məşğul olmaq üçün verilən lisenziyaların dövlət qiyməti 5500 manat müəyyən olunub. Amma, nazirin bu sahədəki “qiymət siyasəti” də özünəməxsusdur. Əldə etdiyimiz məlumatlara görə, nazirlikdən belə bir lisenziyanın alınması üçün 40-50 min manat məbləğində rüşvət tələb olunur. Dərman bazarının şəriksiz ideri olan O.Şirəliyev dərman pereparatlarının idxalını və bütün aptekləri şəxsi nəzarətinə alaraq bu sahədə istədiyi qaydanı diqtə edir. Nazir ölkədə fəaliyyət göstərən bütün nömrəli aptekləri inhisara alaraq xaricdən idxal olunan dərmanların satışında hər il böyük məbləğdə gəlir əldə edir. Təkcə paytaxda belə nömrəli apteklərin sayı 400-ə yaxındır və bu apteklər Səhiyyə Nazirini iş birliyi qurduğu dərman şirkətlərinin məhsullarının satışı ilə məşğuldur. Hansısa aptek nazirin tərəfdaş olduğu şirkətlərin məhsullarını satmaqdan imtina edərsə sərt şəkildə cəzalandırılır. Hətta belə sözəbaxmaz apteklər əksər hallarda qapadılır. Xaricdən ucuz qiymətə idxal olunan keyfiyyətsiz dərman pereparatları nazirin apteklərində “od qiymətinə” satılır. Bir çox dövlətlər artıq belə keyfiyyətsiz dərmanların istehsalı ilə məşğul olan ölkələrdən dərman alınmasına qadağa qoyduğu halda, O.Şirəliyevin “qayğısı” nəticəsində Azərbaycan bu firmalar üçün gəlirli bazara çevrilib. Gürcüstan Hindistan firmalarında istehsal olunan keyfiyyətsiz dərmanların idxalına bir neçə ildir ki, qadağa qoysa da nazirin aptekləri bu pereparatları baha qiymətə satmaqda davam edir. Oqtay Şirəliyevin nəzarətində olan apteklər daha çox Hindistan mənşəli dərmanların idxalı ilə məşğul olur. Keyfiyyət baxımından normal standartlardan aşağı olan belə dərmanlar vasitəsilə xalqımızın milli genefondu məhv edilir. Bakıda yerləşən və şəxsən O.Şirəliyevin nəzarətində olan 10-a yaxın böyük dərman depolarının hər biri belə keyfiyyətsiz dərmanlarla dolub daşır. Nazir həmçinin Ukrayna, Rusiya, Polşa, Almaniya və digər Avropa ölkələrindən dərman idxalını da öz inhisarında saxlayır. Dərman bazarında elə şərait yaranıb ki, bilavasitə Səhiyyə Nazirindən başqa kimsənin ölkəyə mal idxal etməsi mümkünsüzdür. O.Şirəliyevin dərman biznesinin çiçəklənməsi üçün bütün həkimlər də səfərbər olunublar. Hamıya məlumdur ki, həkimlər yazdığı reseptlərdəki dərmanları almaq üçün xəstələri konkret apteklərə göndərir və bunun müqabilində faiz alırlar. Beləcə həm nazirin biznesinə öz töhfələrini verirlər, həm də özləri qazanırlar. Xaricdən ölkəyə gətirilən ucuz və keyfiyyətsiz dərmanların genefondumuza vurduğu yaraları isə xalqımız hələ çox hiss edəcək.

Oqtay Şirəliyev özəl klinikaları necə ram edir?

Oqtay Şirəliyev ölkədə fəaliyyət göstərən bütün özəl klinikaların fəaliyyətini də öz nəzarətinə alıb. Bu sahədə də inhisarçı mövqe qazanan nazir özəl klinikaları şəxsi gəlir mənbəyinə çevirib. Belə klinikalarda müalicənin qiymətləri çox baha olduğu üçün az təminatlı təbəqənin imkanları sıfra bərabər olur. Lakin, səhiyyə naziri bunun da çıxış yolunu tapıb. Dövlət xəstəxanalarına üz tutan xəstələr müyinə olunduqdan sonra məcburi qaydada özəl klinikalar göndərilir. Əksər dövlət xəstəxanaları analizlər üçün xəstələri özəl klinikalara yönləndirirlər. Sual olunur ki, hər il milyonlarla manat vəsait xəstəxanaların maddi bazasının gücləndirilməsinə sərf olunduğu halda nə üçün xəstələr məcburi şəkildə baha qiymətlərə özəl klinikalarda analizlər verməyə, müayinə olunmağa göndərilirlər? Təbii ki, burada da Səhiyyə Nazirinin “qayğıkeşliyi” mühüm rol oynayır. Nəzarətində olan özəl klinikaların fəaliyyətini stimullaşdırmaq üçün nazir bu varianta üsyünlük verir. Ümumiyyətlə, özəl klinikaların açılması üçün nazirlik tərəfindən verilən lisenziyalar fantastik qiymətlərlə təkif olunur. Bu vasitə ilə O.Şirəliyev hər il əlavə olaraq külli miqdarda vəsait qazanır. Bütün səhiyyə sistemini “özəlləşdirməyə” müvəffəq olan nazir özəl sektoru da öz qanunlarına tabe etməklə tamamilə ram edib.

Azərbaycan səhiyyəsinin “sərxoş günləri”

Səhiyyə naziri xalq arasında həm də digər bir xüsusiyyəti ilə məhşurdur. Oqtay Şirəliyevin içki düşkünü olmasını ölkədə bilməyən yoxdur. Qiymətli suvenirlər toplamağı xoşlayan, dənikənarı gəzintilərin aşiqi olan nazir dünyanın haqsızlıqlarına dözmədiyi anlarda şərab istehsal etməyi çox sevir. Yəqin elə bu sevimli məşğuliyyəti səbəbindəndir ki, o, səhiyyənin illərlə qalaqlanan problemlərinin həllinə vaxt tapmır. Kef məclislərindən başı ayılmayan nazir Azərbaycan səhiyyəsini də sərxoş etməyi bacarıb. Bu sərxoşluğun paxmeli isə heç də yaxşı gələcək vəd eləmir.

Səhiyyə nazirinin fəaliyyətindən Mehriban Əliyevaya müraciət olundu

Səhiyyə sistemindəki qanunsuzluqlardan, özbaşınalıqlardan, rüşvət və korrupsiya faktlarından kifayət qədər yazılsa da, deyilsə də, hələ ki, Oqtay Şirəliyevin fəaliyyətinə “dur” deyilmir. Azərbaycan səhiyyəsini xəstə duruma salan nazir özünü bu sistemin əvəzedilməz lideri elan edərək ölkə qanunlarını tapdalayır, insanlar arasında dövlətə qarşı narazılıq formalaşdırır. Səhiyyə nazirinin yarıtmaz fəaliyyətindən cana yığılan vətəndaşlar qəzetimiz vasitəsilə O.Şirəliyevin əməllərindən millət vəkili Mehriban xanım Əliyevaya şikayət müraciəti ünvanlayıblar. Müraciətdə səhiyyə nazirinin Azərbaycan səhiyyəsində yaratdığı bərbad vəziyyətə son qoyulması, Oqtay Şirəliyev haqqında konkret tədbirlər görülməsi xahiş olunur. Doğrudan da, xəstə duruma salınan Azərbaycan səhiyyəsinin müalicə olunması vaxtı çatıb.
Nicat Mahmudov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oqtay Şirəliyevin ifşası

    Oqtay Şirəliyevin ifşası ...

    20-12-2013, 16:30

  • 
  • Oqtay Şirəliyevin pulsuz müayinə oyunu

    Oqtay Şirəliyevin pulsuz müayinə oyunu ...

    30-03-2014, 14:33

  • 
  • Səhiyyə Nazirliyində «pulsuz dərman maxinasiyası»

    Səhiyyə Nazirliyində «pulsuz dərman maxinasiyası» ...

    18-04-2013, 10:33

  • 
  • Artıq səhiyyə işçiləri həyəcan təbilini döyəcləyirlər, nazir Oqtay Şirəliyev isə hər şeydən xəbərsiz kimi susmağa üstünlük verir

    Artıq səhiyyə işçiləri həyəcan təbilini ...

    31-03-2015, 01:10

  • 
  • Oqtay Şirəliyevin «reanimasiya biznesi»

    Oqtay Şirəliyevin «reanimasiya biznesi» ...

    10-12-2012, 17:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu