GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ölüm dərmanı yayan mafia - ARAŞDIRMA

Ölüm dərmanı yayan mafia - ARAŞDIRMA

Tarix: 22-05-2017, 13:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 821
Ölüm dərmanı yayan mafia - ARAŞDIRMA


Azərbaycanda iki əsas şirkət aptek sahəsinə nəzarət edir. Bunlardan biri “Avromed”, digəri isə “Zəfəran” dır

Bu gün elə ailə yoxdur ki, hansısa dərman peraparatlarından istifadə etməsin. Və əksər hallarda son söz bu olur: ”Dərman təsir etmir. İrandan, Türkiyədən dərman gətizdirdik”. Yəqin ki, maraqlıdır, nədən Azərbaycanda belə durum yaranıb və bunun kökündə nələr və kimlər dayanır. “Gündəm Xəbər” qəzeti olaraq apardığımız bir neçə günlük araşdırmanı nəzərinizə çatdırırıq.

Ölüm dərmanı yayan mafia - ARAŞDIRMA


Ölkədə nə qədər aptek var?
Araşdırmaya ilk olaraq bu suala cavab tapmaqla başladıq. Apteklər üçün hansı qaydalar mövcuddur?. İlk qayda apteklərin lisenziyaya sahib olmalarıdır. Amma son bir neçə il ərzində bu sahədə sözün həqiqi mənasında bir yiyəsizlik yaranıb. Çünki bu gün Bakıda və bölgələrdə fəaliyyət göstərən apteklərin 80 faizi lisenziyasız fəaliyyət göstərir. Sadəcə olaraq bu elə bir şəkildə həyata keçirilir ki, diqqəti cəlb etmir. “Gündəm Xəbər”in apardığı araşdırma nəticəsində aydın oldu ki, bu gün Azərbaycanda iki əsas şirkət aptek sahəsinə nəzarət edir. Bunlardan biri “Avromed”, digəri isə “Zəfəran” dır. “Avromed”in demək olar ki, şəhərin hər yerində aptekləri var və “Avromed”ə tabe olan daha bir neçə şirkət də mövcuddur. Və əsas məsələ də bu şirkətlərdə baş verir. Belə ki, aptek açmaq istəyən və lisenziya ala bilməyən şəxs “Avromed”ə daxil olan şirkətlərlə əlaqə yaratmalı və onların adıyla fəaliyyət göstərməlidir. Bu cür apteklərdən lisenziya tələb etdik də isə bildirilir ki, lisenziyaları “Avromed”dədir. Əslində isə elə bir lisenziya yoxdur və qaydalara əsasən lisenziya aptekin qapısı üzərinə vurulmalıdır ki, müştəri aptekə daxil olan kimi onu görsün. Amma apardığımız araşdırmalar göstərdi ki, əksər apteklərin lisenziyası yoxdur. Millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə yaradılan “Avromed” şirkətində baş verənlərdən bildirilir ki, Cavanşir Feyziyevin heç xəbəri də yoxdur. Çünki bu işi şirkətə daxil olan bir neçə şirkət həyata keçirir. Səhiyyə nazirliyi isə hələ də bu məsələyə göz yumur.
Apteklər üçün sadə şərt
Bu gün apteklərlə bağlı növbəti ciddi qanunpozuntulıarı apteklərin yerləşdikləri obyektlərlə bağlıdır. Rəsmi qaydaya görə aptek ən azı 38 kvm-lik yerləşməlidir. Amma baxın görək bu gün Bakıda neçə aptek bu qaydaya əməl edir?. Yəqin ki, 80 faiz aptekin bu qaydalara əməl etmədiyi açıq şəkildə görünür. Bu məsələdə də “Avromed”ə daxil olan bir neçə şirkətin “əziyyəti” var. Belə ki, məlum apteklərə himayədarlıq etməklə məsələni yoluna qoya biliblər.
Dağıstandan gətirilən dərmanların sirri
Dərman fırıldaqları və ya Çin necə Serbiya olur?
Bu gün apteklərlə bağlı başqa və daha dəhşətli problem ölkəyə dərmanların gətirilməsi ilə bağlıdır. Apardığımız araşdırmalar göstərir ki, bu gün Bakıda tək-tük apteklərdə keyfiyyətli dərman tapmaq mümkündür. Çünki ölkəyə gətirilən dərmanların əksəriyyəti normaya cavab vermir. Hazırda ölkəyə gətirilən dərmanların çox böyük hissəsi Dağıstanda hazırlanır. “Gündəm Xəbər”in apardığı araşdırmalar göstərir ki, Dağıstanda fəaliyyət göstərən dərman sexlərinin əksəriyyəti Belorusiyada fəaliyyət göstərən dərman zavodunun lisenziyasını ala biliblər. Amma hazırladıqları dərmanların keyfiyyəti aşağıdır. Bundan başqa azərbaycanlı işbazlar yeni üsul da yaradıblar. Belə ki, daha çox gəlir əldə etmək üçün dərmanların həcmini azaldırlar. Məsələn, hansısa dərmanın çəkisi 10 qram olmalıdır. Amma sifarişçi sifariş verib dərmanın çəkisinin 5 qram olmasını istəyir. Nəticə də dərman ona ucuz başa gəlir. Amma dərmanı qəbul edən xəstə burada itirir. Çünki 10 qramlıq dərmanla 5 qramlıq dərmanın təsirində böyük fərq var. Bu səbəbdən də əhali dərmanı daha çox Türkiyədən, İrandan almağa çalışır.Başqa maraqlı bir fakt isə aptek bazarında qanunsuz dərmanların dövriyyəsidir. Apardığımız araşdırmalar göstərir ki, ölkədə küstar üsullarla hazırlanan dərmanların da sayı çoxdur. Bunun üçün isə tutalım Belorusiyadan 4 ton dərman gətirilirsə, bazarda eyni dərman 10 ton satılır. Bu zaman aydın olur ki, 6 ton dərman Dağıstanda heç bir qaydaya əməl etməyən sexlərdə hazırlanıb və tərkibi bərbad haldadır.
Çin necə Serbiya olur?
Başqa ciddi məsələlərdən biri də Avropadan gətirilən dərmanlarla bağlıdır. “Gündəm Xəbər”in araşdırması təsdiqləyir ki, ölkəyə dərmanlar daha çox Serbiyadan gətirilir. Daha doğrusu Serbiyada fəaliyyət göstərən şirkətlərin lisenziyası ilə. Əslində isə bu dərmanlar aşağı keyfiyyətlə Çindən gətirilir. Bəs bu necə olur ki, Serbiya şirkətlərinin lisenziyası ilə satışa çıxarılır? Apardığımız araşdırmalar göstərir ki, Çindən olan iş adamları Serbiyada şirkət təsis edir, daha sonra bu şirkətin lisenziyasını alaraq Çində dərman istehsalına başlayırlar. Buna görə də dərmanlar Serbiya şirkətlərinin lisenziyaları ilə fəaliyyət göstərirlər. Halbu ki, Serbiyada bu şirkətlər faktiki olaraq fəaliyyət göstərmirlər.
Beləliklə gördüyünüz kimi insanların həyatına böyük təhlükələr var. Bundan çıxış yolu isə hələ ki, görünmür. Araşdırmalarımız davam edir. Yazıda adı çəkilən “Avromed” rəsmilərinin mövqeyini dərc etməyə hazırıq.

Cəfər

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputat prezidentin qərarına qarşı “Avromed” dərmanı ucuzlaşdırmır, apteklərdə bahalaşma davam edir

    Deputat prezidentin qərarına qarşı “Avromed” ...

    3-05-2015, 14:02

  • 
  • Azərbaycanda həkimlərlə apteklərin alverinə son qoyulur - VİDEO

    Azərbaycanda həkimlərlə apteklərin alverinə son ...

    20-10-2015, 22:26

  • 
  • Cavanşir Feyziyevin aptek əməliyyatı...

    Cavanşir Feyziyevin aptek əməliyyatı... ...

    12-03-2015, 10:18

  • 
  • Oqtay Şirəliyevin aptek bazarında “təmizləmə” əməliyyatı

    Oqtay Şirəliyevin aptek bazarında “təmizləmə” ...

    20-05-2014, 10:12

  • 
  • Nazirlikdən dərman vasitələrinin buraxılması ilə bağlı yeni QƏRAR

    Nazirlikdən dərman vasitələrinin buraxılması ilə ...

    11-11-2015, 15:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu