Əli Həsənov zirvəsindən Mətbuat Şurasına verilən tapşırıq
Daha bir müstəqil medianı vergi cəriməsi ilə susdurmaq istəyirlər
Biz öz haqqımızı sona qədər müdafiə edəcəyik
Bəlli olduğu kimi “Gündəm xəbər” qəzetinin heç kimi fərq qoymadan tənqid etməsi, heç bir siyasi və iqtisadi qrupa bağlı olmaması çoxlarına xoş gəlmir. Görünən budur ki, müstəqil mətbuatı sevməyənlər arasında elə mətbuata son dərəcə bağlı olan şəxslərdə var. Misal kimi Mətbuat Şurasını göstərmək olar. Məhz Mətbuat Şurasının qəzetlə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciətindən sonra son iki ildə qəzetin həm yaradıcı, həmdə maliyyə vəziyyətinə ciddi təsir göstərib. Nəticədə Vergilər Nazirliyi əsassız olaraq qəzetin vergidən qaçdığını əsas gətirərək onu 106 min manat cərimələyib, qəzet iki ilə yaxındır ki, təzyiq altında qalıb. Hazırda bu istiamətdə qəzet öz hüquqlarını qorumaq məqsədilə hüquq mübarizəsi aparır. Bu gün Vergilər Nazirliyinə qarşı iddia ilə bağlı növbəti proses keçiriləcək.
Əflatun Amaşovdan başlayan qanunsuzluq
2009-cu ilin iyun ayının I-dən etibarən "Gündəm Xəbər" qəzetini nəşr etdirməyə başlamışdır. "Gündəm Xəbər" qəzetinin təsisçisi vo baş redaktorudur. "Gündəm Xəbər" qəzeti əvvəllər həftədə bir dəfə, sonra isə həftədə iki dəfə nəşr olunmuşdur. Qəzet hökümətin yiiksək vəzifəli məmurlar və onların ləaliyyətləri barədə sərt tənqidi yazılar nəşr etmişdir. Bu üzdən qəzet daim təyziqlərə moruz qalmışdır. Amaşov və Mətbuat Şurası Cinayət məsuliyyəti daşıyır: bilə-bilə yalan xəbərçilik etmə - şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham siibutlarının yaradılması "Məbuat Şurası" qəzet, qəzetin təsisçisi və baş redaktoru Cəfəri Şirin Abbasqulu oğlunun barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə material göndərmişdir. "Mətbuat Şurası"nın belə bir səlahiyyəti olmamışdır. Belə ki, "Mətbuat Şurası" adi bir ictimai birlik olmasına baxmayaraq ona verilən qeyri rəsmi səlahiyyətJər əsasında özıinü KİV-lərə nəzarot edən orqan hesab edir və KİV-ləri cəzalandırmaq təhdidi ilə qorxu altında saxlayır. Halbuki "Mətbuat Şurasf'nın Nizamnaməsinə əsasən onun belə bir səlahiyyəti yoxdur və qanunla da ola bilməz. "Mətbuat Şurası" Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə miiraciət edorkon şuranın olindo qəzetin baş redaktoru vo təsisçisinin hər hansı bir cinayət törətməsi barədə heç bir sübut olmadığı halda yalan məlumat vermişdir. Yəni cinayət olmadığını bilə-bilə yalan məlumat vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsinə əsasən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə - şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham siibutlarının yaradılması ilə bağlı törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan mohrum etmə ilə cəzalandırılır. Cinayət Prosessual Məcəlləsinin 205.2-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında hüquqi şəxsin (vəzifəli şoxsin) məktubuna cinayətin törədilməsini təsdiq edən sənədlər əlavə edilməlidir.
Səyyar vergi yoxlamasının qanunsuzluqları
Qəzetimizin təsisçisi Şirin Cəfəri ilə bağlı vergi yoxlaması qanunsuz keçirilib. Belə ki, növbədənkənar vergi yoxlaması Azərbaycan Respublikası Baş Prokuroru yantnda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin məktubu əsasında keçirildiyi yazılsa da, vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, yoni "vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığt) aşkar edildikdə" adı altında keçirilib. Növbədənkənar vergi yoxlaması qeyd cdilən ad altında keçirildiyi halda yoxlayıcı Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Məhkəmə və ya hüquq - mühafızə orqanlarının qərarlarına əsaslanan audit şöbəsinin böyiik dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri Nurməmınədov İmran Məmməd oğlu olmuşdur. Buradan açıq aydın görünür ki, növbədənkənar səyyar vergi yoxlaması Veri Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən keçirildiyindən yoxlamanı aparan şəxsin bu sahə üzrə yoxlama aparmaq səlahiyyəti olmayıb. Səyyar vergi yoxlaması AKT-ı qanunsuzdur. Belə ki, qəzetin ilk tirajı 1500 olmuş, ən yiiksək tirajı isə 2140 olmuşdur. Qəzetin tirajlarının 40 faizi satılmamış və geri qəbul cdilmişdir (vozvrat). Qəzetlər mətbuat yayımı şirkətləri vasitəsi ilə satılmışdır. Motbuat yayımı şirkətləri qəzetin bir ədədni 24 qəpiyo almış, qalan 26 qəpik qəzetin satışı ilə məşğul olan şirkətlərə qalmışdır. Səyyar vergi yoxlaması zamanı həftəlik və az tirajla çıxan qəzetin dövriyyəsini, giindəlik və yüksək tirajla çıxan "Azadlıq" vo "Yeni Musavat" qəzetləriııin dövriyyosi ilo eyniləşdiriblər. Bundan əlavə qəzetlor rea! satış qiyməti ilə - bir odədi 40 qəpiyə hesablanmış, real satış qiymotindən qəzetlərin satışı ilo məşğul olan şirkətlərə 26 qəpik verilməsini və qəzetlərin 40 faizinin satılmadığım nəzərə almamışlar.
Əsassız vergi cəriməsi və məhkəmə
Hazırda iş 1 Saylı İnzibati-İqtisad Məhkəməsindədir. Bu bizim iddiamız əsasında olan prosesdir. İndiyə qədər məhkəmə prosesi keçirilməyib. Hazırlıq iclası fevralın 8-nə təyin edilib. Qeyd eləmək lazımdır ki, bizim məhkəmədə iddia qaldırmağımız üçün kifayət qədər əsaslar olub. Beləki qəzetdə vergi yoxlaması sifarişli şəkildə həyata keçirilib. Bunun nəticəsində isə sifarişli bir rəy alınıb. Qəzetin bütün sənədlərinin vergi orqanlarına təqdim edilməsinə baxmayaraq vergi orqanı əssasız olaraq “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin tirajını “Gündəm xəbər” qəzetinə hesablayıb. Bunun əsasında da, qəzetin tirajı süni şəkildə, sənədlərdə çox göstərilib, qəzetlərin yüz faiz satıldığı iddia edilib və bunun əsasında da vergi hesablanıb. Bu da adi bir qanunsuzluqdur. Yəni qəzetin real gəliri, satışı və xərcləri nəzərə alınmayıb. Biz bu qanunsuzluq səbəbindən məhkəməyə müraciət etmişik. Hazırda iş Bir Saylı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Elçin Məmmədovun icraatındadır. Heç şübhəsiz ki, biz haqlı tərəfik. Haqlı tərəf olduğumuzdan məhkəmənin səyyar vergi yoxlama aktının ləğv etməsini gözləyirik. Çünki səyyar vergi yoxlaması aktının özü həqiqəti əks etdirmir. Eyni fəaliyyətlə məşğul olan “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin dövriyyələrini “Gündəm xəbər” qəzetinə tətbiq etməyin özü ədalətsilik və qanunsuzluqdur. Ümumiyyətlə Azərbaycanda qəzetlərin heç birinin yüz faizlik satışı yoxdur. Bu mənada “Gündəm xəbər” qəzetinin yüz faizlik satışının iddia olunması da, qanunsuz haldır. Biz gözləyirik ki, məhkəmə qeyd etdiyimiz məqamları nəzərə alaraq iddiamızı təmin edəcək. Bizim iddiamızda tələblərimiz açıq qoyulub. Biz tələb edirik ki, Vergi Auditi Departamentinin səyyar vergi yoxslaması aktı etibarsız hesab olunsun. Həmçinin vergi qanunvericiliyinin pozulmasına görə, məsuliyyətə cəlb olunma haqqında qərar ləğv edilsin.
Təzyiqlərin arxasında duran məqsəd
Məsələnin ən vacib məqamı bizim qəzet olaraq fəaliyyətimizə maneçilik törədilir və bu cür addımlarla onun qapadılmasına çalışılmasının səbəbləridir. Söhbət ondan gedir ki, “Gündəm xəbər” qəzeti öz yazılarına görə hədəfə çevrilib. Birinci problem Mətbuat Şurası ilə qəzet rəhbərliyi arasında münasibətlərdən yaranıb. Bundan sonra qəzetlərin inkişafı üçün əlindən gələni etməli olan Mətbuat Şurası Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə qanunvericilikdə əsas olmadan, heç məhkəmə qərarı verilmədən səyyar vergi yoxlaması təyin edib. Səyyar vergisi yoxlaması da, sifariş nəticəsində akt tərtib edib. Həmin akta görə, “Gündəm xəbər” qəzetinin sahibi Şirin Cəfərli guya 70 min manatdan çox maliyyəni vergidən yayındırıb. Bundan başqa, Şirin Cəfərliyə sözü gedən 70 min manatın 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilib. Biz əlbəttə ki, bununla razılaşa bilmərik. Məhz bu səbəbdən də, məhkəmə qarşısında iddia qaldırmışıq. Biz həm səyyar vergi yoxlanılması aktının etibarsız elan hesab edilməsini, həm də, məsuliyyətə cəlb olunması haqqında qərarın ləğvi məsələsini qoymuşuq. Tələbimizin əsası da var. Çünki səyyar vergi yoxlanması keçirilib və sonda akt tərtib edilib. Yuxarıda qeyd etdiyim məqamlar da bu aktda göstərilib.
Məntiqsizlik: Korrupsiyaya Qarşı Mübarizə İdarəsi istintaq aparır vergisə yoxlama
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu məsələni araşdırıbsa, bəs niyə proseduraya uyğun olaraq bu iş məhkəməyə gəlməyib? Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əgər indiyə qədər hansısa bir vergidən yayınma faktını aşkar etsəydi, təbii ki, siz dediyiniz addımı ataraq işi məhkəməyə göndərərdi. Amma nəzərə alın ki, bu iş düz iki ilə yaxındır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsindədir. Ancaq biz görürük ki, bu iş üzrə məsələ iki ildir ortada olsa da, hüquqi istiqamətdə addım atılmayıb. Əvəzində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu işi araşdırmaqda davam etdirir. Söhbət ondan gedir ki, qəzetin guya vergidən yaydığı iddia edilib və bu səbəbdəndə redaksiyanın üzərinə 70 min manat qoyulub, üstəlik bu məbləğin 50 faizi miqdarında əlavə maliyyə sanksiyası tətbiq edilib. Məhkəmə qərarı olmadan bunu etmək isə qanuni sayıla bilməz. Səyyar vergi yoxlamanın aparılmaının nəticəsində belə qərar verilib. Qərarı Auditor İdarəsi qəbul edib. Bununla bağlı əlbəttə qanunvericilikdə məhkəmənin qərarı nəzərdə tutumur. Qəbul edilən qərar icra olunmaq məqsədilə müvafiq orqanlara göndərilir. Bundan sonra qəzetin hesablarına həbs qoyulur və s. Ancaq səyyar vergi yoxlanması haqqında məhkəməyə müraciət edilibsə, qanunvericiliyə uyğun olaraq məsuliyyəti cəlb etmək haqda qərarın icrası dayandırılır. Ancaq biz məhkəmə prosesində qalib gələcəyimizə ümid edirik. Çünki bu məsələdə haqlı tərəf bizik. Biz məhkəmədə iddia qaldırmışıq. Nə qədər ki, tərəflər arasında hüquq davası yekunlaşmayıb qəzetin fəaliyyəti dayandırıla bilməz. Yəni bu müddət ərzində qəzetin üərinə qoyulan 106 min manat maliyyənin ödənilməsi üçün tədbirlərin həyata keçirilməsinə başlanıla bilməz. Azərbaycan reallığında müstəqil və heç kimdən asılı olmayan bir qəzetin 70 min manat vergidən qaçması, habelə 106 min cərimə ödəməsi məntiqsizlikdi. Azərbaycanda 106 min manat cərimə ödəməyə heç bir qəzetin imkanı yoxdur. Təbii ki, mən nisbətən azad və maliyyələşməyən qəzetləri nəzərdə tuturam. Öz satışından özünü maliyyələşdirən qəzetlərin böyük imkanları yoxdur. Mən tam əminəm ki, hakimiyyətin rəsmi və ya qeyri rəsmi maliyyələşdirdiyi qəzetlərdən savayı digər qəzetlər bunu ödəyə bilməz. Bunu hər kəs bilir.
Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyik
Bizim Vergilər Nazirliyinin yanında Vergi Auditi Departamentinə ərizə ilə müraciətimiz olub. Bütün sənədlərimizi də onlara təqdim etmişdik. Təbii ki, vergi yoxlaması sifarişli keçirildiyindən 2011-ci ilin sentyabrında bizim bu quruma verdiyimiz ərizə ləğv edildi. Səbəb də, bu oldu ki, biz əsassız olaraq onlara müraciət etmişik. Bizdə məcbur qalıb məhkəməyə üz tutduq. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olan işdə elə bu işdir. Ümumiyyətlə deyim ki, qanunvericiliyin tələblərinə görə, Vergilər Nazirliyi yanında vergi cinayətlərinin ibtidadi araşdırılması departamentindən başqa heç bir orqan vergi cinayətlərinə dair araşdırma apara bilməz. O cümlədən də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi. Amma istintaqın Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılması və belə yüksək məbləğdə vergilərin hesablanması göstərir ki, bu proses idarə edilir. Bütün hallarda “Gündəm xəbər”-in boğulmasına və fəaliyyətinin dayanmasına yönəlib. Biz öz haqqımızı sona qədər müdafiə edəcəyik. Əgər haqqımız burada təmin edilsə əlavə şikayət verməyəcəyik. Yox, əgər təmin edilməsə, şübhəsiz ki, Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyik. Biz məhkəməyə redaksiyada aparılan yoxlama zamanı qəzetlərin hansı tirajla çap edilməsinə dair sənədlər təqdim etmişik. Eyni zamanda qəzetlərin satışından əldə olunan məbləğlə bağlı sənədlər təqdim etmişik. Məhkəmədə də, tam sübut olunub ki, yazılan akt 99 faiz şişirdilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?