Mətbuat Şurası - Baş Prokurorluq - Vergilər Nazirliyi triosunun birgə əməliyyatı: Sifarişli istintaq, qərəzli yoxlama və qanunsuz hökmlər….
“Gündəm xəbər” qəzeti öz yazılarına görə hədəfə çevrilib
Müstəqil qəzeti 70 min manatdan çox vergdən yayınmaqda ittiham etmək reallığa uyğun deyil və bu mətbuata qarşı təzyiqdir Azərbaycan hakimiyyəti iflasa doğru yaxınlaşdıqca repressiya maşınını daha sərt şəkildə işə salır. Son vaxtların ardıcıl həbsləri, siyasi basqıları da bunu göstərir. Rejimin korrupsiya, qanunsuzluq, xalqa və dövlətə qarşı fəaliyyətini aşkar edən azad mediaya qarşı basqıların artması da eyni səbəbin üzündəndir. Beynəlxalq aləmdə artıq Azərbaycan hakimiyyəti azad mediaya qarşı müharibə edən rejimlərdən biri kimi tanınıb. Bu gün daha bir müstəqil mətbuat orqanı – “Gündəm Xəbər” qəzeti hədəfə alınıb. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərini Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilib. Başdan ayağa korrupsiyaya bulaşmış, Ali Qaunverici orqanına-parlamentə belə yerləri rüşvətlə satışa çıxaran bir hakimiyyətin media orqanını korrupsiyada ittiham etməsi gülünc və məntiqsizdir. Müstəqil qəzeti 70 min manatdan çox vergdən yayınmaqda ittiham etmək reallığa uyğun deyil və bu mətbuata qarşı təzyiqdir. “Gündəm xəbər” qəzetinin heç kimi fərq qoymadan tənqid etməsi, heç bir siyasi və iqtisadi qrupa bağlı olmaması çoxlarına xoş gəlmir. Görünən budur ki, müstəqil mətbuatı sevməyənlər arasında elə mətbuata son dərəcə bağlı olan şəxslərdə var. Misal kimi Mətbuat Şurasını göstərmək olar. Məhz Mətbuat Şurasının qəzetlə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciətindən sonra son iki ildə qəzetin həm yaradıcı, həmdə maliyyə vəziyyətinə ciddi təsir göstərib. Nəticədə Vergilər Nazirliyi əsassız olaraq qəzetin vergidən qaçdığını əsas gətirərək onu 106 min manat cərimələyib, qəzet iki ilə yaxındır ki, təzyiq altında qalıb. Hazırda bu istiamətdə qəzet öz hüquqlarını qorumaq məqsədilə hüquq mübarizəsi aparır. Baş verən qanunsuzluqlar və “Gündəm xəbər”ə qarşı hücumların miqyasını təsvir etmək üçün hadisələrin tam təfərrüatın diqqətinizə çatdırırıq. İlk olaraq bildirək ki,Cəfəri Şirin Abbasqulu oğlu 2006-cı il iyun ayının 6-da vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçərək VÖEN: 6100160032 almışdır. 2009-cu ilin iyun ayının 1-dən etibarən "Gündəm Xəbər" qəzetinin təsisçisi bu mətbu orqanı nəşr etdirməyə başlamışdır.. Qəzet hökümətin yüksək vəzifəli məmurlar və onların fəaliyyətləri barədə sərt tənqidi yazılar nəşr etmişdir. Bu üzdən qəzet daim təyziqlərə məruz qalmışdır.
“Gündəm xəbər” korrupsiya ittihamına necə tuş gəldi və ya Mətbuat Şurasının başından böyük səhvi
"Mətbuat Şurası" qəzet, qəzetin təsisçisi və baş redaktoru Cəfəri Şirin Abbasqulu oğlunun barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə "material" göndərmişdir. Əslində isə "Mətbuat Şurası"nın belə bir səlahiyyəti olmamışdır. Belə ki, "Mətbuat Şurası" adi bir ictimai birlik olmasına baxmayaraq ona verilən qeyri rəsmi səlahiyyətlər əsasında özünü KİV-lərə nəzarət edən orqan hesab edir və KİV-ləri cəzalandırmaq təhdidi ilə qorxu altında saxlayır. Halbuki "Mətbuat Şurası"nın Nizamnaməsinə əsasən onun belə bir səlahiyyəti yoxdur və qanunla da ola bilməz.
Əflatun Amaşovun cinayəti
"Mətbuat Şurası" Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Miibarizə İdarəsinə miiraciət edərkən şuranın əlində qəzetin baş redaktoru və təsisçisinin hər hansı bir cinayət törətməsi barədə heç bir sübut olmadığı halda yalan məlumat vermişdir. Yəni cinayət olmadığını bilə-bilə yalan məlumat vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsinə əsasən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə - şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya siini ittiham sıibutlarının yaradılması ilə bağh törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Prosessual Məcəlləsinin 205.2-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında hüquqi şəxsin (vəzifəli şəxsin) məktubuna cinayətin törədilməsini təsdiq edən sənədlər əlavə edilməlidir.
Baş Prokurorluq da səlahiyyətin aşıb
Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vergidən yayınma (Cinayət Məcəlləsinin 213-cü maddəsi) ilə istintaq aparmaq səlahiyyəti yoxdur. Azərbaycan Respubiikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi MŞ tərəfındən ona edilmiş müraciət üzrə Şirin Cəfərinin əməlində cinayət tərkibi olmadığıııa görə cinayət işinin başlanılmasını rədd etməli və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə cinayət olmadığını bilə-bilə Şirin Cəfərini ağır cinayətdə ittiham etməyinə görə MŞ-ın adından müraciəti imzalamış şəxs barəsində Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə cinayət işi başlamalı idi. Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə prokurorluq orqanlannın cinayət işinin istintaqını həyata keçirmək səlaiyyəti voxdur. Belə ki, Cinayət Pi'oscssual Məcəlləsinin 215.3-cü və 215.3.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100- 113, 120 125, 126.3. 135—138, 145, 140, 149. 154—164, 165.2J 65-2, 166.2, 167, 168, 179, 189-1,190, 191, 193-1, 195, 202, 202-1,203, 208. 210—212, 222, 223, 262, 268, 286—288, 290—302, 304, 307—315, 317, 317-1.2, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq prokurorluq torəfındon aparılır. Göründiiyü kimi prokurorluğun CM-nin 213-cü maddəsi ilə istintaq aparmaq səlahiyyəti yoxdur. CM-nin 213-cü maddəsi ilə cinayət işinin istintaqını aparmaq yalnız və yalnız Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Araşdırılması Departamentinin İstintaq İdarəsinin səlahiyyətindədir.
Qanunsuzluq zəncirinə Vergilər Nazirliyi qoşulur
Şirin Cəfəri do vergi yoxlaması qanunsuz keçirilib. Belə ki, növbədənkənar vergi yoxlaması Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin məktubu əsasında keçirildiyi yazılsa da, vergi yoxlaması Vergi Məcəllosinin 38.3.5-ci maddəsinə əsason, yəni "vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığı) aşkar edİldikdə" adı altında keçirilib. Növbədənkənar vergi yoxlaması qeyd edilən ad altında keçirildiyi halda yoxlayıcı Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Məhkəmə və ya hüquq – mühafızə orqanlarının qərarlarına əsaslanan audit şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri Nurməmmədov İmran Məmməd oğlu olmuşdur. Buradan açıq aydın görünür ki, növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən keçirildiyindən yoxlamanı aparan şəxsin bu sahə üzrə yoxlama aparmaq solahiyyəti olmayıb.
“Gündəm xəbər”ə qarşı hücumlar siyasi sifarişdir
Burada diqqəti çəkən halın biri də, ondan ibarətdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə edilən müraciətdə cinayət tərkibi olmadığındaıı Koırupsiyaya Qarşı Mübarizə İdarəsi Vergilər Nazirliyinə vergi yoxlaması keçirilməsi üçün müraciət edib. Həmin müraciətdə səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslar olmadığından vergi orqanı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qanunsuzluğunu ört-basdır etmək üçün növbədənkənar səyyar vergi yoxlamasını hüquq-mühafızə orqanlarının müraciəti adı ilə deyil, "vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığı) aşkar edildikdə" adı altında aparıb. Halbuki, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığı) aşkar edilməsi halı olmayıb və səyyar vergi yoxlaması haqqında AKT-da belə bir mənbə haqqında heç bir molumat verilməyib. Bu onu göstərir ki, Şirin Cəfərinin işində sifariş vardır.
Açıq aşkar qərəzçilik
Səyyar vergi yoxlaması AKT-ı da qanunsuzdur. Belə ki, qəzetin ilk tirajı 1500 olmuş, ən yüksək tirajı isə 2140 olmuşdur. Qəzetin tirajlarının 40 faizi satılmamış və geri qəbul edilmişdir (vozvrat). Qəzetlər mətbuat yayımı şirkətləri vasitəsi ilə satılmışdır. Mətbuat yayımı şirkətləri qozetin bir ədədni 24 qəpiyə almış, qalan 26 qəpik qəzetin satışı ilə məşğul olan şirkətlərə qalmışdır. Səyvar vergi yoxlaması zamanı həftəlik və az tirajla çıxan qəzetin dövriyyəsini, gündəlik və yiiksək tirajla çıxan "Azadlıq" və "Yeni Musavat" qəzetləriııin dövriyyəsi ilə eyniləşdiriblər. Bundan əlavə qəzetlər real satış qiyməti ilə - bir ədədi 40 qəpiyə hesablanmış, real satış qiymətindən qozetlərin satışı ilə məşğul olan şirkətlərə 26 qəpik verilməsini və qəzetlərin 40 faizinin satılmadığını nəzərə almamışlar.
Ardıcıl qanunsuzluqlar
Vergi Məcəlləsinin (VM) 39.2. maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Vergi Məcəlləsinin 109-cu maddəsinə əsasən yalnız aşağıdakı xərclər gəlirdən çıxılmır : 109.1. Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. Əyləncə və yemək xərclərinin(müvafıq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilmiş normalar daxilində müalicə-profılaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafıq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır. Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır. Ehtiyat fondlarına ayırma məbləğləri yalnız bu Məcəllənin 111-ci və 112-ci maddələrinə müvafıq surətdə gəlirdən çıxılır. Faktiki ezamiyyə xərclərinin müvafıq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. VM-in 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən (bax: VM-in 109-cu maddəsinə) başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Göründüyü kimi cavabdehlər hesabladığı gəlirlərdən xərcləri düzgün çıxmamışlar. VM-in 53.3. maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasmda və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. VM-nin 38.3-cü və 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığı) aşkar edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər. Qeyd etmək lazımdır ki, cavabdehlərdə mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi (azaldıldığı) aşkar edilməsi halı olmamışdır. Bununla da, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar əsassız olaraq açılmışdır. Yuxarıda göstərilənlər bir daha onu təsdiq edir ki, “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri haqda JV2 110777026447745 saylı, 10.08.2011-ci il tarixli Səyyar vergi yoxlaması AKT-ı tamamılə qanunsuzdur və həmin AKT əsasında verilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında JVs 1100777023482594 saylı 22.09.2011-ci il tarixli qərar heç bir hüquqi əsasamalik deyil.
Əsassız vergi cəriməsi və məhkəmə
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Şirin Cəfəri haqqında istintaqı yekunlaşdırıb məhkəməyə göndərməsi digər bir məqamla da məntiqsiz idi. Çünki, hazırda iş 1 Saylı İnzibati-İqtisad Məhkəməsindədir. Bu qəzetin Vergilər Nazirliyinə qarşı iddiası əsasında olan prosesdir. Hazırda məhkəmə ekspertizanın qərarın gözləyir. Qeyd edək ki, qəzetin məhkəmədə iddia qaldırması üçün kifayət qədər əsaslar olub. Beləki qəzetdə vergi yoxlaması sifarişli şəkildə həyata keçirilib. Bunun nəticəsində isə sifarişli bir rəy alınıb. Qəzetin bütün sənədlərinin vergi orqanlarına təqdim edilməsinə baxmayaraq vergi orqanı əssasız olaraq “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin tirajını “Gündəm xəbər” qəzetinə hesablayıb. Bunun əsasında da, qəzetin tirajı süni şəkildə, sənədlərdə çox göstərilib, qəzetlərin yüz faiz satıldığı iddia edilib və bunun əsasında da vergi hesablanıb. Bu da adi bir qanunsuzluqdur. Yəni qəzetin real gəliri, satışı və xərcləri nəzərə alınmayıb. Biz bu qanunsuzluq səbəbindən məhkəməyə müraciət etmişik. Hazırda iş Bir Saylı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Elçin Məmmədovun icraatındadır. Heç şübhəsiz ki, biz haqlı tərəfik. Haqlı tərəf olduğumuzdan məhkəmənin səyyar vergi yoxlama aktının ləğv etməsini gözləyirik. Çünki səyyar vergi yoxlaması aktının özü həqiqəti əks etdirmir. Eyni fəaliyyətlə məşğul olan “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin dövriyyələrini “Gündəm xəbər” qəzetinə tətbiq etməyin özü ədalətsilik və qanunsuzluqdur. Ümumiyyətlə Azərbaycanda qəzetlərin heç birinin yüz faizlik satışı yoxdur. Bu mənada “Gündəm xəbər” qəzetinin yüz faizlik satışının iddia olunması da, qanunsuz haldır. Biz gözləyirik ki, məhkəmə qeyd etdiyimiz məqamları nəzərə alaraq iddiamızı təmin edəcək. Bizim iddiamızda tələblərimiz açıq qoyulub. Biz tələb edirik ki, Vergi Auditi Departamentinin səyyar vergi yoxslaması aktı etibarsız hesab olunsun. Həmçinin vergi qanunvericiliyinin pozulmasına görə, məsuliyyətə cəlb olunma haqqında qərar ləğv edilsin.
Təzyiqlərin arxasında duran məqsəd
Məsələnin ən vacib məqamı bizim qəzet olaraq fəaliyyətimizə maneçilik törədilir və bu cür addımlarla onun qapadılmasına çalışılmasının səbəbləridir. Söhbət ondan gedir ki, “Gündəm xəbər” qəzeti öz yazılarına görə hədəfə çevrilib. Birinci problem Mətbuat Şurası ilə qəzet rəhbərliyi arasında münasibətlərdən yaranıb. Bundan sonra qəzetlərin inkişafı üçün əlindən gələni etməli olan Mətbuat Şurası Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə qanunvericilikdə əsas olmadan, heç məhkəmə qərarı verilmədən səyyar vergi yoxlaması təyin edib. Səyyar vergisi yoxlaması da, sifariş nəticəsində akt tərtib edib. Həmin akta görə, “Gündəm xəbər” qəzetinin sahibi Şirin Cəfərli guya 70 min manatdan çox maliyyəni vergidən yayındırıb. Bundan başqa, Şirin Cəfərliyə sözü gedən 70 min manatın 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilib. Biz əlbəttə ki, bununla razılaşa bilmərik. Məhz bu səbəbdən də, məhkəmə qarşısında iddia qaldırmışıq. Biz həm səyyar vergi yoxlanılması aktının etibarsız elan hesab edilməsini, həm də, məsuliyyətə cəlb olunması haqqında qərarın ləğvi məsələsini qoymuşuq. Tələbimizin əsası da var. Çünki səyyar vergi yoxlanması keçirilib və sonda akt tərtib edilib. Yuxarıda qeyd etdiyim məqamlar da bu aktda göstərilib.
Məntiqsizlik: Korrupsiyaya Qarşı Mübarizə İdarəsi istintaq aparır vergisə yoxlama
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu məsələni araşdırıbsa, bəs niyə proseduraya uyğun olaraq bu iş məhkəməyə gəlməyib? Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əgər indiyə qədər hansısa bir vergidən yayınma faktını aşkar etsəydi, təbii ki, siz dediyiniz addımı ataraq işi məhkəməyə göndərərdi. Amma nəzərə alın ki, bu iş düz iki ilə yaxındır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsindədir. Ancaq biz görürük ki, bu iş üzrə məsələ iki ildir ortada olsa da, hüquqi istiqamətdə addım atılmayıb. Əvəzində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu işi araşdırmaqda davam etdirir. Söhbət ondan gedir ki, qəzetin guya vergidən yaydığı iddia edilib və bu səbəbdəndə redaksiyanın üzərinə 70 min manat qoyulub, üstəlik bu məbləğin 50 faizi miqdarında əlavə maliyyə sanksiyası tətbiq edilib. Məhkəmə qərarı olmadan bunu etmək isə qanuni sayıla bilməz. Səyyar vergi yoxlamanın aparılmaının nəticəsində belə qərar verilib. Qərarı Auditor İdarəsi qəbul edib. Bununla bağlı əlbəttə qanunvericilikdə məhkəmənin qərarı nəzərdə tutumur. Qəbul edilən qərar icra olunmaq məqsədilə müvafiq orqanlara göndərilir. Bundan sonra qəzetin hesablarına həbs qoyulur və s. Ancaq səyyar vergi yoxlanması haqqında məhkəməyə müraciət edilibsə, qanunvericiliyə uyğun olaraq məsuliyyəti cəlb etmək haqda qərarın icrası dayandırılır. Ancaq biz məhkəmə prosesində qalib gələcəyimizə ümid edirik. Çünki bu məsələdə haqlı tərəf bizik. Biz məhkəmədə iddia qaldırmışıq. Nə qədər ki, tərəflər arasında hüquq davası yekunlaşmayıb qəzetin fəaliyyəti dayandırıla bilməz. Yəni bu müddət ərzində qəzetin üərinə qoyulan 106 min manat maliyyənin ödənilməsi üçün tədbirlərin həyata keçirilməsinə başlanıla bilməz. Azərbaycan reallığında müstəqil və heç kimdən asılı olmayan bir qəzetin 70 min manat vergidən qaçması, habelə 106 min cərimə ödəməsi məntiqsizlikdi. Azərbaycanda 106 min manat cərimə ödəməyə heç bir qəzetin imkanı yoxdur. Təbii ki, mən nisbətən azad və maliyyələşməyən qəzetləri nəzərdə tuturam. Öz satışından özünü maliyyələşdirən qəzetlərin böyük imkanları yoxdur. Mən tam əminəm ki, hakimiyyətin rəsmi və ya qeyri rəsmi maliyyələşdirdiyi qəzetlərdən savayı digər qəzetlər bunu ödəyə bilməz. Bunu hər kəs bilir. Korrupsiya İdarəsinin dövlət qəzeti olmayan fərdi bir insanla nə işi ola bilər? Axı Şirin Cəfərli məmur deyil. Bu halda onun hansı korrupsiya əməlləri ola bilər? İkincisi, Korrupsiya İdarəsi Vergilər Nazirliyinin verdiyi arayış əsasında cinayət işini aparıb. Təsəvvür edin ki, Vergilər Nazirliyi bir cəfəngiyyat ittiham irəli sürüb. Konkret desək “potoloka” baxaraq qəzetin olmayan tirajlarını və xərclərini yazıblar və onu vergidən qaçmaqda ittiham ediblər. Bundan sonra cəfəng və əsası olmayan bu işi cinayət işinə çeviriblər. Amma bu zamanda ortaya başqa suallar çıxır. Məsələn, əgər “Gündəm xəbər” qəzetində vergi nöqsanları varsa, bunun korrupsiyaya nə aidiyyəti var? Bu işə məhkəmədə baxıla bilər, çünki mübahisəlidir. Bəs bunun Korrupsiya İdarəsinə nə dəxili var axı? Bütün bunlar göstərir ki, qəzetə qarşı aparılan əməllər siyasi xarakter daşıyır. Əsas məsələ də odur ki, qəzet kimlərinsə maraqlarına toxunur və onu susdurmaq lazımdır. Bu məsələyə də, Mətbuat Şurası, Korrupsiya İdarəsi və Vergilər Nazirliyi qoşulub. Qəzeti susdurmaqdan başqa bir məqsəd yoxdur.
Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyik
Əgər bu işə məhkəmədə baxılsa irəli sürülən ittihamlar dağılacaq. Bu hal Əvəz Zeynallının işində də olmuşdur. Əvəz Zeynalının guya 70 min manatdan çox məbləği vergidən yayındırdığı iddia olunurdu. Ancaq bu iddia darmadağın edildi. Nəticədə 70 min manat gəlib 1-2 min manata düşdü. Ümumiyyətlə belə ittiham təsdiq edilmirsə, bu zaman onu irəli sürən məmurlar cəzalandırılmalı, məsuliyyətə cəlb olunmalıdır. “Gündəm xəbər” Vergilər Nazirliyinin yanında Vergi Auditi Departamentinə ərizə ilə müraciəti olub. Bütün sənədlər də onlara təqdim edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsininin istintaqını aparıb guya amerika kəşf edirmiş kimi məhkəməyə göndərdiyi də elə bu işdir. Ümumiyyətlə, qanunvericiliyin tələblərinə görə, Vergilər Nazirliyi yanında vergi cinayətlərinin ibtidadi araşdırılması departamentindən başqa heç bir orqan vergi cinayətlərinə dair araşdırma apara bilməz. O cümlədən də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi. Amma istintaqın Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılması və belə yüksək məbləğdə vergilərin hesablanması göstərir ki, bu proses idarə edilir. Bütün hallarda “Gündəm xəbər”-in boğulmasına və fəaliyyətinin dayanmasına yönəlib. Biz öz haqqımızı sona qədər müdafiə edəcəyik. Əgər haqqımız burada təmin edilsə əlavə şikayət verməyəcəyik. Yox, əgər təmin edilməsə, şübhəsiz ki, Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyik. Qələbəmizə əminik, çünki, yazılan akt 99 faiz şişirdilib.
“Gündəm xəbər” qəzetinin baş redaktoru Nəsimi Şərəfxanlı
Sorğu
Yeni dizaynımız necədir?