Beynəlxalq təşkilatlar hakimiyyəti Tofiq Yaqublu ilə İlqar Məmmədovu azad etməyə çağırdı
Müsavatın başqan müavini Tofiq Yaqublu vəkili Akif Əlizadə ilə görüşüb. T.Yaqublu saxlanma şəraitindən narazılıq etməyib. Vəkilin məlumatına görə, T.Yaqublu REAL hərəkatının sədri İlqar Məmmədovla bir yerdə saxlanmır. T.Yaqublunun digər vəkili Nemət Kərimli isə iftira araşdırma məlumatları yaymamaq barədə iltizama qol çəkdirilib. N.Kərimlinin dediyinə görə, vəkillik fəaliyyəti tarixində ikinci dəfə belə vəziyyətlə qarşılaşır. Vəkili Xalid Bağırov da REAL sədri ilə görüşüb. İlqar Məmmədov əsasən içməli su problemindən şikayətlənib. Fevralın 8-də isə REAL sədrinin apelyasiya şikayətinə baxılacaq. Bu haqda digər vəkili Fuad Ağayev bloqunda yazıb. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramuntla Joseph Debono İsmayıllıda və bundan 3 gün sonra Bakıda etiraz aksiyalarının zorakılıqla dağıdılmasına və 80-dək nümayişçinin saxlanmasına diqqət çəkiblər. Həmməruzəçilər T.Yaqublu və İ.Məmmədovun həbsi ilə bağlı narahatlıqlarını bildiriblər. Onların bəyanatında xatırladılır ki, İlqar Məmmədov Avropa Şurasının Bakıdakı Siyasi Araşdırmalar Məktəbinin direktorudur və 2013-cü ilə nəzərdə tutulmuş seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırır. “Bu həbslər əsaslı şübhələr və legitim narahatlıqlar doğurur. Biz Azərbaycan hakimiyyətini həbs edilmiş müxalifət siyasətçilərinin azad olunması üçün bütün mümkün hüquqi vasitələrdən istifadə etməyə çağırırıq”. “Human Rights Watch” təşkilatı yaydığı hesabatda son həbslərdən dərin narahatlıq bildirir. Təşkilatın Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Gogia ehtiyat edir ki, ötən ay baş verən bu hadisələrdən hökuməti tənqid edən bu 2 müxalifət təmsilçisini susdurmaq üçün bəhanə kimi istifadə edilə bilər. G.Gogia deyir ki, Azərbaycan hakimiyyəti T.Yaqublu və İ.Məmmədovu azad etməli və ittihamlara əsaslı sübutlar göstərməlidir. “Amnesty İnternational” təşkilatı da hakimiyyəti siyasətçiləri dərhal azad etməyə çağırıb. Bəyanatda onlara qarşı ittihamların qondarma olduğu bildirilir. Təşkilatın Avropa və Mərkəzi Asiya direktoru David Diaz-Jogeix deyib ki, bu cinayət işlərinin siyasi motivli olduğunu deməyə tam əsas var: “İlqar Məmmədov Əliyev hökumətinin kəskin tənqidçisi sayılır və dinc toplaşma və ifadə azadlığı uğrunda mübarizə aparır”. “Bu yaxınlarda Azərbaycanda siyasi məhbuslara dair AŞPA qətnaməsinin rədd edilməsinin ardınca, Azərbaycan hökumətinin seçkilər ərəfəsində fərqli düşüncənin təqibində getdikcə daha çox cəsarətlənməsindən narahatdır”, Diaz-Jogeix deyib. “Azərbaycan hakimiyyəti aparıcı müxalifət qəzeti “Yeni Müsavat”ın şərhçisi Tofiq Yaqublunun üzərindən kütləvi iğtişaşların təşkili ilə bağlı ittihamları götürməli və onu dərhal həbsdən azad etməlidir”. Belə bir bəyanatda Jurnalistləri Müdafiə Komitəsi çıxış edib. Nüfuzlu “New-York Times” qəzeti də ölkədəki repressiyalardan yazıb. Aslan
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?